Modern.az

Qərbi Kaspi Universitetində ingilis dili müəllimlərinin forumu keçiriləcək

Qərbi Kaspi Universitetində ingilis dili müəllimlərinin forumu keçiriləcək

18 Dekabr 2018, 10:39

Dekabrın 27-də Qərbi Kaspi Universitetində ingilis dili müəllimlərinin Forumu keçiriləcək.

 

Forumun keçirilməsində məqsəd orta məktəb müəllimlərini ixtisaslaşdıqları istiqamət üzrə yeni bilik və informasiyalarla tanış etmək, Qərbi Kaspi Universitetinin uzunmüddətli ixtisaslaşma və beynəlxalq əməkdaşlıq əlaqələri sayəsində əldə etdiyi təcrübəni bölüşmək, məlumat mübadiləsi həyata keçirmək, universitet və məktəb müəllimləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına töhvə verməkdən ibarətdir.

Forumda dörd məruzə nəzərdə tutulur:

 

- Qərbi Kaspi Universitetinin Filologiya və Tərcümə Məktəbinin dekanı, Ədəbiyyat üzrə fəlsəfə doktoru, dosent, Maurus Roller - Almaniyada "Didaktika və Təhsil"

- Qərbi Kaspi Universitetinin müəllimi, Resursların inkişafı və şəhər işləri üzrə fəlsəfə doktoru, dosent, professor Joseph Daubenmire - "Azərbaycanda ingilis dili dərsini tədris etməyin xaricilər üçün perspektivləri"

- Qərbi Kaspi Universitetinin müəllimi Nigar Babayeva - "İngilis dilinin tədrisində didaktik metodların tətbiqi"

- Qərbi Kaspi Universitetinin müəllimi Xeyransa Zeynalova - "İngilis dilinin tələffüzünün tədrisi metodları"

Forum universitetin Əhməd Rəcəbli 3-cü paralel/21 ünvanında yerləşən ən yeni tədris binasında təşkil olunacaq.
Qeydiyyat üçün məktəbin nömrəsinin, müəllimin ad və soyadının, əlaqə nömrəsinin qeyd olunan email ünvanına yazılması tələb olunur: [email protected]

 

Əlavə məlumat üçün Ləman Quliyeva (0502636344 GSM nömrəsi) ilə əlaqə saxlanıla bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi