16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - CƏMİYYƏT - Azərbaycanda orqan nəqlinin 10 ili - 614 nəfər transplantasiyaya məruz qalıb
Azərbaycanda orqan nəqlinin 10 ili - 614 nəfər transplantasiyaya məruz qalıb
18.12.2018, 11:05

Son vaxtlar transplantasiya - insan orqanizminin bir hissəsinin digər insana köçürülməsi xəbərlərinə tez-tez rast gəlirik. Xəstənin həyatını başqa cür xilas etmək mümkün olmadıqda ona digər bir insandan orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşib. İlk köçürülən orqan böyrək olub. 

İnsanlar üzərində təcrübədən əvvəl isə 1902-ci ildə avstriyalı alim E.Ulman tərəfindən itlər üzərində böyrək köçürülməsi əməliyyatları aparılıb. Ancaq heyvanlar üzərində əldə olunan nəticələr insanlarda eyni effekti verməyib. İlk dövrlərdə böyrək köçürülən xəstələrin demək olar ki, hamısı az yaşayıb. Yalnız 1954-cü ildə amerikalı həkimlər Bostonda ilk yüksək nəticəli transplantasiya əməliyyatına imza atıblar.

 

Orqan köçürülməsində Cavadzadə imzası

 

Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Ölmüş insandan götürülmüş böyrəyin xəstəyə köçürülməsi urologiyada yeni bir mərhələ kimi qiymətləndirilib. Sonradan bu nəailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb. Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılıb. Akademik Mirməmməd Cavadzadə həm canlıdan, həm də meyitdən transplantasiya əməliyyatını icra edib.

Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsi Azərbaycanda transplantasiya əməliyyatlarının dayandırılmasına səbəb olub.

 

Qanunların dililə orqan nəqli

 

Müstəqilliyin ilk illərində bütün sahələrdəki gerilik səhiyyədən də yan keçməyib. Buna baxmayaraq, orqan transplantasiyası əməliyyatlarının icrası üçün bir çox addımlar atılıb. Belə ki, 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanun qəbul olunub, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub.


Daha sonra Nazirlər Kabineti 2011-ci il noyabrın 17-də insan orqanları və toxumalarının transplantasiyası ilə bağlı bir neçə qərar qəbul edib. “İnsan orqan və ya toxumalarının transplantasiyası Qaydaları və Şərtləri”nə əsasən, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan, toxumaların donorun və ya insan meyitinin orqan və toxumaları ilə əvəz edilməsinə yol verilir. Orqan və toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir. Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilə bilər. Transplantasiyaya 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla), resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və toxumaların götürülməsi, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və toxumaların götürülməsi, insan orqanlarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi, donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağan edilir.


Nazirlər Kabinetinin təsdiq etdiyi “İnsan orqan və toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na görə, akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Mərkəzi Gömrük Hospitalı, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi və Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Diaqnostika Mərkəzində transplantasiya əməliyyatları həyata keçirilə bilər.


“Transplantasiya üçün insan orqan və ya toxumalarının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması Qaydaları”na görə isə şəxs donorluqla bağlı münasibətini bildirmədikdə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edərsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan götürülməsinə yol verilmir. Meyitdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsinə qanunvericiliyin tələbləri gözlənilməklə, həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını təsdiq edən inkaredilməz faktın olmasından sonra tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir. Donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və ya toxumalardan isə donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozuntular yaratmayacaq miqdarda və həcmdə götürmək olar. Hazırda “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna canlı və ölü donor anlayışı əlavə edilir. Aparılan işlər çərçivəsində yaxın vaxtlarda Azərbaycanda meyitdən orqan götürülməsinin mümkün olacağı bildirilir.

 

Azərbaycanda orqan nəqlinin yeni erası...

 

Müstəqil Azərbaycanın tarixində bir insanın orqanının başqa bir şəxsə köçürülməsi əməliyyatı 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında professor Kamal Abdullayevin rəhbərliyi, iranlı mütəxəssislərin iştirakı ilə bir neçə böyrək transplantasiya əməliyyatı icra olunub. Amma bu da davamlı olaraq icra edilməyib.

Azərbaycanda qaraciyərin köçürülməsinə Mərkəzi Neftçilər Xəstəxanasında 12 dekabr 2008-ci ildə başlanılıb. Bu orqan ilk dəfə doktor Mircəlal Kazımi tərəfindən Rasim Məmmədov adlı xəstəyə köçürülüb. Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib və lazımi avandalıqlarla təchiz olunub. Heydər Əliyev Fondunun mərkəzə hədiyyə etdiyi “CUSA Excel” avadanlığı əməliyyatların daha uğurla aparılmasına geniş imkanlar açıb. Bu nadir avadanlıq ultrason və aspirator funksiyaları nəticəsində qaraciyər transplantasiyası zamanı cərrahiyyə prosedurunu asanlaşdırır və toxumaların zədələnməsinin qarşısını alır.

 

10 illik transplantologiya tarixi...


Beləliklə, 12 dekabr 2018-ci ildə Azərbaycanda qaraciyər transplantasiyası əməliyyatlarının 10 ili tamam oldu. Bu barədə Modern.az-a danışan Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bunu ölkəmiz üçün böyük hadisə sayır:


“Transplonotologiya elmin elə bir sahəsidir ki, burada hadisə təkcə əməliyyatla  bitmir. Bizdə əməliyyatdan əvvəl, əməliyyat vaxtı və əməliyyatdan sonrakı periodda xəstəni təqdib edən milli komanda yox idi. Cənab Prezidentin də hər zaman söylədiyi kimi insan kapitalına yatırım yatırmaq siyasəti gənclərin xaricdə təhsil alaraq, ölkəyə qayıdışında özünü göstərdi. Bizlər illər əvvəl xaricə təhsil üçün göndərildik və geri qayıtdıqda, bunun bəhrəsini xəstələrimizi sağaltmaqla gördük. 2008-ci ilin oktyabrında Mərkəzi Nfetçilər Xəstəxanasının rəhmətlik baş həkimi Fəxrəddin Cavadovun dəvətilə Azərbaycana qayıtdım və orqan əməliyyatlarına başlamaq üçün hazırlıqlar görüldü. Nəhayət, 12 dekabr 2008-ci ildə ilk qaraciyər transplanasiyası əməliyyatı tərəfimzidən icra olundu. Bu dövrdən sonra isə artıq transplontoloji əməliyyatlar davamlı keçirilməyə başladı. Həmin dövrə qədər orqan köçürülməsinə ehtiyacı olan xəstələrin 100 faizi xarici dövlətlərə transplontoloji əməliyyatlar üçün gedirdilər. Bu isə xəstələr üçün fiziki və mənəvi əziyyət, eyni zamanda ciddi mənada maddi yük idi. Çünki xaricdəki qiymətlər bizdəki hazırkı əməliyyat qiymətlərindən 4-5 dəfə yüksəkdir.

İldən-ilə məliyyatlarımızın sayı artdı. Nəticə etibarilə azərbaycanlı mütəxəssislərdən ibarət komanda tam formalaşdı. 2011-ci ildə isə bu komanda ilk dəfə böyrək transplantasiya əməliyyatını Naxçıvan Muxtar Respubliaksında Naxçıvan Diaqnostika Mərkəzində icra elədi. O dövrdən bu günə qədər ən mürəkkəb əməliyyatlar bizim komanda tərəfindən icra olunur.

Tərəfimzidən ilk dəfə uşaqlar üzərində qaraciyər transplantasiyası, ilk dəfə olaraq eyni xəstə üzərində həm böyrək, həm qaraciyər transplantasiyası həyata keçirilib. Bugünədək 600-dən çox insana komandamız tərəfindən qaraciyər və böyrək köçürülüb. Bunların içərisində həm uşaqlar, həm də böyük xəstələr var. Təəssüflər olsun ki, bu əməliyyatlar yalnız və yalnız canlı qohum donordan istifadə edilərək icra olunur. Hələ ki meyit orqanlarından köçürülmə icra olunmur. Həm həkim, həm də vətəndaş olaraq inanıram ki, yaxın gələcəkdə qanunvericilikdə dəyişiklik olacaq. Çünki hökumət və Səhiyyə Nazirliyi bunun üzərində işləyir. Qanuna dəyişiklik edildikdən sorna meyit orqanlarından da istifadə edə biləcəyik. Ümumilikdə nəticələrimiz qənaətbəxşdir. Nəticələrin yüksək olma səbəblərinin göstəricilərindən biri də ondan ibarətdir ki, qaraciyər transplantasiya əməliyyatı bölməmiz Avropa qaraciyər transplantasiya reystrinə həqiqi üzv kimi qəbul edilib. Bilirsiniz bu üzvlük adi məsələ deyil. Avropada həmin reystrin qurucularından və icraçı müdirlərindən biri Fransadan, digəri Almaniyadan gələn professorlar bizim nəticələrimizi audit etdi. Bundan sonra bizi üzv kimi qəbul etdilər. İndiki dövrdə böyrək transplantasiya əməliyyatlarımızın nəticələri Amerika böyrək transplantasiyası Assosasiyasının nəticələrinə yaxındır. Hətta nərəzə alaq ki, bizə müraciət edən xəstələrin bir çoxu xəstəliyin ağırlaşmış formasında gəlir”.

 

Orqan köçürülən xəstələrin sayı və qiymətlər

 

Şöbə müdiri Azərbaycanda həyata keçirilən orqan transplantasiyalarının statistikasını da açıqlayıb:

“2018-ci il başlayandan bugünədək 13 xəstəyə qaraciyər, 79 xəstəyə böyrək köçürülüb. Qaraciyər köçürülənlərdən 4 nəfəri uşaq, böyrək köçürülənlərdən isə 17 nəfəri uşaqdır.

10 il ərzində Azərbaycanda 614 şəxsə orqan nəql edilib. Xəstələrdən 146 nəfərinə qaraciyər, 468 nəfərinə böyrək köçürülüb”.

Transplantasiya qiymətlərinə gəlincə, Mərkəzi Gömrük Hospitalından saytımıza verilən məlumata görə, böyrək əməliyyatı 12 min, qaraciyər əməliyyatı isə 45 min manata həyata keçirilir.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb”
16.01.2019, 11:48

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb”

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib
16.01.2019, 11:45

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Ermənistanın ən gənc deputatı – FOTOLAR
16.01.2019, 11:19

Ermənistanın ən gənc deputatı – FOTOLAR

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi
16.01.2019, 11:07

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı   
16.01.2019, 10:59

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı  

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu
16.01.2019, 10:57

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu

Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019, 10:55

nya daşnakları Qarabağa toplaşacaq

Ağacları qanunsuz kəsənlər saxlanıldı   
16.01.2019, 10:53

Ağacları qanunsuz kəsənlər saxlanıldı  

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib
16.01.2019, 10:46

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı
16.01.2019, 10:31

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA
16.01.2019, 10:23

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı
16.01.2019, 10:18

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib
16.01.2019, 10:12

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu   
16.01.2019, 10:11

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu  

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu
16.01.2019, 10:02

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu

Ermənistan atəşkəsi 26 dəfə pozdu    
16.01.2019, 09:58

Ermənistan atəşkəsi 26 dəfə pozdu  

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək
16.01.2019, 09:35

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR   
16.01.2019, 09:25

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR  

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək
16.01.2019, 09:20

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ   
16.01.2019, 08:16

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ  

Manat və dollar bu gün hansı məzənnədə olacaq?
16.01.2019, 08:09

Manat və dollar bu gün hansı məzənnədə olacaq?

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı
16.01.2019, 00:59

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi
16.01.2019, 00:20

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi
16.01.2019, 00:11

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.01.2019, 23:51

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
15.01.2019, 23:41

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR

“Boko Haram”  daha bir şəhəri ələ keçirdi
15.01.2019, 23:18

“Boko Haram” daha bir şəhəri ələ keçirdi

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək
15.01.2019, 23:06

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO
15.01.2019, 22:50

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı
15.01.2019, 22:32

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır
15.01.2019, 22:14

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb
15.01.2019, 22:00

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb

Paşinyan gözlənilmədən Gürcüstana gəldi
15.01.2019, 21:39

Paşinyan gözlənilmədən Gürcüstana gəldi

Gələn aydan sayğaclara baxış keçiriləcək
15.01.2019, 21:22

Gələn aydan sayğaclara baxış keçiriləcək

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi
15.01.2019, 21:06

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi   
15.01.2019, 20:52

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi  

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə
15.01.2019, 20:46

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə

Bakıda külək ağacı maşının üzərinə aşırdı
15.01.2019, 20:30

Bakıda külək ağacı maşının üzərinə aşırdı

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı
15.01.2019, 20:19

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı
15.01.2019, 20:01

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı

37,1 milyard manatlıq məhsul satılıb...
15.01.2019, 19:37

37,1 milyard manatlıq məhsul satılıb...

Sabah Xətai qazsız qalacaq
15.01.2019, 19:31

Sabah Xətai qazsız qalacaq

Şamaxıda yol qəzası - ölən var
15.01.2019, 19:12

Şamaxıda yol qəzası - ölən var

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı
15.01.2019, 18:55

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı

Novruz Məmmədov tapşırıqlar verdi
15.01.2019, 18:42

Novruz Məmmədov tapşırıqlar verdi

“ASAN”da konsulluq xidmətləri göstəriləcək
15.01.2019, 18:25

“ASAN”da konsulluq xidmətləri göstəriləcək

Prezident səfiri geri çağırdı
15.01.2019, 18:15

Prezident səfiri geri çağırdı

Mətbuat Şurası “Təzadlar”ı yenidən “qara siyahı”ya sala bilər
15.01.2019, 18:10

Mətbuat Şurası “Təzadlar”ı yenidən “qara siyahı”ya sala bilər

Dubayda “Azərbaycan Ticarət Evi” açıldı
15.01.2019, 18:00

Dubayda “Azərbaycan Ticarət Evi” açıldı

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI
15.01.2019, 18:00

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI

ARXİV