Modern.az

Tahir Kərimli: “Azərbaycanın himni yenidən aranjiman olunacaq”

Tahir Kərimli: “Azərbaycanın himni yenidən aranjiman olunacaq”

18 Dekabr 2018, 13:42

“Himnlə bağlı müzakirələr mənim əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu. Himnin mahiyyəti ilə bağlı daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O, qeyd edib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır.

Tahir Kərimli söyləyib ki, Müsavat Partiyasının başqanı (Arif Hacılı) himnin sözlərinin dəyişməz olduğunu deyir.

“Halbuki onun özü 1992-ci ildə himndə bəzi sözlərin dəyişilməsi ilə bağlı təkliflər vermişdi. Buna görə də, onun ittihamlarını qəbul etmirəm ”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...