Modern.az

Dövlət Gerbi ilə bağlı sənəd birinci oxunuşdan keçdi

Dövlət Gerbi ilə bağlı sənəd birinci oxunuşdan keçdi

18 Dekabr 2018, 13:55

Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.


Modern.az xəbər verir ki, 9 maddədən ibarət olan sənəd Azərbaycanın Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir.

Qanun layihəsi ilə Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. Layihəyə əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.

Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir