Modern.az

İki nəfəri xəncərlə hədələyib pullarını aldılar - BAKIDA

İki nəfəri xəncərlə hədələyib pullarını aldılar - BAKIDA

Aktual

18 Dekabr 2018, 14:27

Quldurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakinləri olan 2 nəfər dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 18-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyev və Biləsuvar rayon sakini Samir Muradov saxlanılıblar.

 

Nərimanov RPİ-də araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır