Modern.az

Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb 

Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb 

18 Dekabr 2018, 15:21

Bu gün Rusiyanın paytaxtı Moskva şəhər Qubkin adına “Neft və Qaz” İnstitutunda sayca 6-cı Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan bu foruma gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə qatılıb. Ümumilikdə 20 nəfərin iştirak etdiyi heyətin tərkibində gənclər təşkilatlarının nümayəndələri, gənc sahibkarlar, gənclərlə iş sahəsində çalışan müəssisə və təşkilatların üzvləri var. 


Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyası Gənclərlə İş üzrə Federal Agentliyin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Dmitri İvanov, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Olqa Timofeyeva, Qubkin adına Neft və Qaz Universitetinin prorektorları Marina Filatova və Aleksandr Muradov da forumda iştirak edirdilər. 


Rəsmilər Azərbaycan və Rusiya arası əlaqələrin möhkəmlənməsində, gələcək inkişafında digər sahələrin olduğu kimi, gənclər sahəsinin də çox böyük əhəmiyyət daşıdığını bildirdilər. 


Hər iki ölkə gənclərinin diplomatik, humanitar, sahibkarlıq və digər sahələrdə ünsiyyəti, fikir mübadiləsi aparmaları inkişafın əsasını təşkil edir. Rusiyanın müxtəlif universitetlərində təhsil alan çox sayda Azərbaycanlı gəncin olduğu və Rusiya Hökümətinin müxtəlif sahələrdə Azərbaycanlı tələbələr üçün qrant ayırdığı, onları diqqətdə saxladığı da rəsmilər tərəfindən forum iştirakçılarına bildirildi.

 

Forumda çıxış edən gənclər və idman naziri Azad Rəhimov artıq ənənə halını alan, sayca 6-cı dəfə keçirilən bu tədbirin hər iki ölkənin gəncləri arasında sıx əlaqələrin qurulmasında, qarşılıqlı fikir, informasiya mübadiləsinin aparılmasında əvəzsiz rol oynadığını bildirib. Azad Rəhimov ölkə başçısı cənab İlham Əliyein: “Bütün sahələrdə effektiv dinamika Azərbaycan-Rusiya münasibətlərinin ruhunu, xasiyyətini göstərmiş olur” fikrini də toplantı iştirakçılarının diqqətinə çatdırdı. Çıxışı zamanı nazir Azad Rəhimov bildirdi:

“İlk dəfə, 2013-cü ildə Bakıda, “Yeni nəsil: sərhədsiz məsuliyyət” başlığı altında keçirilən forumda qəbul olunan Qətnamə qarşılıqlı dialoq və əməkdaşlığın möhkəm bünövrəsini qoyub, gələcək əməkdaşılığa təkan verdi. 2009-cu ildə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan AMOR Təşkilatı da hər iki ölkə gənclərinin müxtəlif toplantılarda bir araya gələrək, müxtəlif mövzular ətrafında dioloq qurub, fikir mübadiləsi aparmalarında böyük rol oynayır". 

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatara üzv olduğunu diqqətə çatdıran nazir Azad Rəhimov bugünün həqiqətlərindən irəli gələrək, Azərbaycanın müxtəlif ölkələlə qarşılıqlı əməkdaşlığına, inkişafa xüsusi əhəmiyyət verdiyini bildirib. Çıxışının sonunda nazir Azad Rəhimov Forum çərçivəsində müzakirə olunacaq aktual mövzularda gəncləri aktiv olmağa və qarşılıqlı fikir mübadiləsi aparmağa çağırıb.

Məlumat üçün bildirək ki, forumun proqramına əsasən gənclər “Könüllülük”, ”Gənclər təşkilatları” və ”Sahibkarlıq” mövzusunda keçirilən panel iclaslarda müzakirələrələ qoşulublar. 


Proqramın davamı olaraq, Azərbaycan nümayəndə heyəti 19 dekabr tarixində Dağıstanən paytaxtı Mahaçqalaya yola düşəcəklər. Səfər çərçivəsində mütəlif təqdimatların keçirilməsi, qarşılıqlı təqcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır