Modern.az

ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü

ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü

18 Dekabr 2018, 16:21

Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla “Səfir saatı” layihəsi çərçivəsində mühazirə ilə çıxış etmək məqsədi ilə universitetdə qonaq olan ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam Gil ilə görüşüb.

 

Modern.az xəbər verir ki, rektor K.Abdulla ABŞ və Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu deyib. O, bu əlaqələrin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Azərbaycanın dünya ölkələri arasında siyasi, iqtisadi, mədəni addımlar atdığını və sülhsevər qüvvələr tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Rektor iki ölkə arasındakı əlaqələrin inkişaf prosesində U.Gilin şəxsi təşəbbüslərinin də vacib və faydalı olduğunu söyləyib. K.Abdulla U.Gilə ADU-nun dəvətini qəbul edərək “Səfir saatı”nda mühazirə oxumağa razılıq verdiyi  üçün təşəkkür edib. O, bildirib ki, görüş tələbələr üçün faydalı, qonaq üçün maraqlı olacağına ümid edir.

Qonaq U.Gil Azərbaycanda fəaliyyət göstərməsindən məmnun olduğunu bildirib. O, fəaliyyəti dövründə ölkə haqqında biliklərini zənginləşdirdiyini qeyd edib. Azərbaycanın ABŞ üçün əhəmiyyətli ölkə olduğunu deyən U.Gil ölkələrin dost və tərəfdaş olduğunu söyləyib.

Görüşdən sonra qonaq “Səfir saatı”nda tələbələri maraqlandıran sualları cavablandırıb. Həmçinin, özünün diplomatik fəaliyyətindən danışan U.Gil uğurlu karyera qurmağın yolları haqqında tövsiyələr verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi