Modern.az

Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”  

Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”   

18 Dekabr 2018, 17:45

“Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə hazırki mürəkkəb beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması  ilə bağlı yeni şərtlər formalaşdırır. Bu heç şübhəsiz ki, ölkəmizin həyata keçirdiyi dərin strateji diplomatiya sayəsində mümkün olub”. 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında  çıxış edərkən deyib.

Hikmət Babaoğlu bildirib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi, bəzən üzv olmadığımız beynəlxalq, regional  təşkilatlarda belə  Ermənistanın üzv olmasına baxmayaraq, Azərbaycan ondan qat-qat nüfuzludur.

Sosial şəbəkələrdə Azərbaycanın əleyhinə aparılan kampaniyalara münasibətini bildirən Hikmət Babaoğlu bu hadisələrin təsadüfi olmadığını deyib:

“Hazırda biz yeni sosium dövründə yaşayırıq ki, bu cəmiyyətə informasiya cəmiyyəti deyirlər. Çox təəssüf ki, real həyatdan kənarda yeni bir virtual ictimai münasibətlər sistemi formalaşıb. Biz buna sadəcə virtual ictimai münasibətlər sistemi deyib keçə bilərik. Amma bu belə deyil. Çünki sosial həyat real həyatımızın keyfiyyətini müəyyənləşdirən onun istiqamətlərini müəyənləşdirən bir məkandır. Burada ictimai münasibətlərində hüquqi müstəvidə tənzimlənməsi aktuallıqdır. İndiki mərhələdə biz bunu məhdudlaşdıra bilmərik. Amma bunun hüquqla tənzimlənməsi üçün addımlar atılmalıdır. Almaniyada bununla bağlı qanun qəbul edilib. Bu qanun birbaşa sosial şəbəkələrlə olmasa da, federal qanunların sosial şəbəkələrdə qorunması ilə bağlı xüsusi polis, təhqiqat qrupları yaradılıb. Hesab edirəm ki, Azərbaycanda da nəhayət kibercinayətkarlığa qarşı polis orqanlarında xüsusi qrupların yaradılması və sosial şəbəklərdə mübarizə aparılması vacibdir. Hər hansı hadisə baş verdikdə mütləq deyil ki, kimsə şikayətçi olsun. Hesab edirəm ki, bizim çox nüfuzlu hüquq-mühafizə orqanları var. Onlar bu hadisələrlə bağlı ictimai sifarişi gözləmədən dərhal ölçü götürməlidir”.

Millət vəkilinin fikrincə, ən təhlükəli məqam odur ki, informasiya yeni insan növu formalaşdırır: “Yeni insan növu artıq milli dəyərlər üzərindən identifikasiya olunan insane növü deyil. Bu istehlak etdiyi informasiya üzərindən özünü identifikasiya edən fərdlərdir ki, bud a yeni bir sosial baza yaradır. Bütün bunları nəzərə alaraq Azərbaycanda sistemli şəkildə addımlar atılmalı, amma indiki mərhələdə sosial şəbəkələrdə hüquqi münasibətləri tənzimləmək üçün hüquq mühafizə orqanları xüsusi qruplar yaratmalıdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi