Modern.az

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb

18 Dekabr 2018, 18:04

Millət vəkili Qənirə Paşayeva Antalyada Antalya Gazeteçiler Cəmiyyəti tərəfindən "Nuri Dağtekin Özel Ödülü"nə layiq görülüb.

Modern.az xəbər verir ki, mükafatı təqdim edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  millət vəkili Q.Paşayevanın Azərbaycan-Türkiyə münasibətləri, Türk Dünyası istiqamətində fəaliyyətini xüsusi qiymətləndirərək onu təbrik edib, uğurlar diləyib. Q.Paşayeva səhhətində olan problemi ilə əlaqədar mükafatlandırma mərasimində iştirak edə bilməyib və mükafatı onun yerinə Türkiyədə yaşayan azərbaycanlı hüquqşünas Lalə Həsənova alıb.

Mükafatlandırma mərasiminin linkini burdan izləyə bilərsiniz.

//www.youtube.com/watch?v=NDO8YIsWYg0&feature=youtu.be 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır