Modern.az

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR

18 Dekabr 2018, 18:30

Ankarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycan nümayəndə heyəti Ankara şəhərindəki Heydər Əliyev parkını ziyarət edib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından ulu öndərin abidəsi önünə əklil qoyulub. Nümayəndə heyəti həmçinin Atatürk mövzoleyini də ziyarət edib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından Atatürkün məzarı önünə əklil qoyulub.

 

Sonra nümayəndə heyətləri plenar açılış iclasında geniş tərkibdə iştirak ediblər. İclasda həmsədrlərin açılış nitqləri səsləndirilib və regional təhlükəsizlik mühitinin vəziyyətinə dair brifinqlər təqdim olunub.

 

Daha sonra iclas yardımçı işçi qruplarda davam edib.

 

Dekabrın 20-dək davam edəcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, hər iki ölkənin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri, eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.
Hərbi dialoq çəçivəsində müzakirələrdə cari ildə görülmüş işlər təhlil edilərək 2019-cu il üçün fəaliyyət planı razılaşdırılacaq.

 

Qeyd edək ki, iclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi, korpus generalı Mətin Gürakdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...