Modern.az

Azadlıq prospektində tikilən ikimərtəbəli tunel açılıb

Azadlıq prospektində tikilən ikimərtəbəli tunel açılıb

11 Dekabr 2009, 13:09

Dekabrın 11-də Bakıda Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağına daxil olan tunelin açılışı olub. Mərasimdə Prezident İlham Əliyevdə iştirak edib.
İkimərtəbəli tunelin brinci mərtəbəsində dördzolaqlı avtomobil yolu, ikinci mərtəbədə isə geniş dayanacaq inşa olunub.

Tunelin örtülü hissəsi 310 metr, giriş və çıxışları ilə birlikdə ümumi uzunluğu 610 metrdir. 2007-ci ildən başlayan tikinti işlərini Nəqliyyat Nazirliyinin sifarişi ilə Türkiyənin “Yapılar İnşaat-Ticarət LTD” şirkəti yerinə yetirib.
Yol qovşağında piyadalar üçün 5 keçid inşa olunub.


 
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır