Modern.az

“Nenkecan” Azərbaycanı unutmadı

“Nenkecan” Azərbaycanı unutmadı

Aktual

19 Dekabr 2018, 15:57

105 ildən sonra ilk sayı  Krımda 2011-ci ilin 3 mart ünündə işıq üzü görən  türk dünyasının ədəbi-bədii və elmi məqalələr toplusu olan  ilk qadın dərgisi “Nenkecan” bu il Azərbaycanı da unutmadı.

 

Modern.az xəbər verir ki, “Nenkecan”ın 2018-ci ildəki son sayı “Azərbaycan Cümhuriyyətinin 100 illiyi”nə həsr olunub. Azərbaycan və Krımın əsrlərə söykənən  olan tarixi və əlaqələri vardır. XIX əsrin ikinci yarısında isə hər iki millətin ulu mütəfəkkirləri, nasir və filosofları, türk dünyasının tarixinə öz adlarını qızıl hərflərlə yazan Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və ismayıl Qaspralının iş, əəməl və fikir birliyi yönündəki əlaqələri 105 il əvvəl adı “Alemi-Nisvan” olan  jurnal Şəfiqə Sultan Qaspralı və Azərbaycanın ilk baş naziri Nəsib bəy Yusifbəylinin ideyası ilə işıq üzü görmüşdü. Jurnalın baş redaktoru da elə Şəfiqə xanım Qaspralı idi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Azərbaycan  türkləri ilə eyni sırada krım tatarı Cahangir bəy Kazımbəy, Cəfər bəy Rustambəyov və onların xanımları da var idi. 1924-cü ildə Səməd Ağamalı oğlunun dəvəti ilə Bəkir Çobanzadə və digər krim tatar gəncləri Azərbaycana oxumağa, təhsil almağa gəldilər...

O gənclər necə oldu, başlarına hansı hadisələr gəldi, tarixin hansı tufan və burulğanlarına düşdülər, Bakıda kimlər qaldı... Azərbaycan onlara Vətən oldu. Bütün bunlar, eləcə də bugün Azərbaycanda yaşayan krım tatarlarının  sonrakı taleləri, Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsizadənin danışdıqları, Milli Məclisin deputatı, millət vəkili Cavanşir Feyziyevin “Krımdan gələn səda: Dildə,fikirdə, əməldə birlik”, jurnalın baş redaktoru Zera Bəkirovanın Məmməd Aslan haqqında xatirələri, eləcə də Azərbaycan elminə bu gün də öz əsərləri ilə işıq tutan alimlərimizin həyat hekayələri yer alıb.

 

Təsadüfi deyil ki, jurnalın baş redaktoru Zera Bekirova öz məqaləsində qeyd edir: “Xalqımızın Azərbaycan Xalq Cümhuriyyətinə, bu  qonaqpərvər xalqa böyük təşəkkür borcumuz var.Lakin Krım tatarları da bu ölkənin qarşısında borclu qalmadılar- elm, sənət, musiqi, kənd təsərrüfatı, iqtisadiyyatında və digər sahələrində fəaliyyət göstərərək, müstəqilliyin yenidən qazanılmasında canlarını əsirgəmədilər”.

Yaxın günlərdə “Nenkecan” jurnalının Azərbaycanın  Demokratik Respublikasının 100 illiyinə həsr edilmiş nömrəsinin Bakıda təqdimatı keçiriləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır