Modern.az

Azərbaycanda 161 əcnəbi miqrant saxlanılıb

Azərbaycanda 161 əcnəbi miqrant saxlanılıb

19 Dekabr 2018, 17:29

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 161 nəfər əcnəbi saxlanılıb.

Bu barədə Modern.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki,  onlardan 3 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş tədbirlər zamanı aşkar olunub.

Saxlanılmış 4 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyət göstərməsi, digər 157 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Miqrasiya qanunvericiliyini pozan 144 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər 17 miqrantın Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu