Modern.az

Deputat Peyvənd İnstitutunun Avropa üzrə təmsilçisini qəbul etdi

Deputat Peyvənd İnstitutunun Avropa üzrə təmsilçisini qəbul etdi

19 Dekabr 2018, 17:33

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman Əmiraslanov “Sabin” Peyvənd İnstitutunun Avropa üzrə təmsilçisi Eka Paataşvilini qəbul edib.

 

Modern.az xəbər verir ki, görüş zamanı  komitə sədri ötən 20 il ərzində Azərbaycanın beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı nəticəsində əldə olunmuş nailiyyətlər barədə danışmış və bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.

Eka Paataşvili isə öz növbəsində “Sabin” Peyvənd İnstitutunun fəaliyyət göstərdiyi 25 il ərzində Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-lə birgə 53 ölkədə immunizasiya sistemi və qanunvericiliyin təkmilləşdirilməsi  məqsədi ilə parlamentlər, səhiyyə, maliyyə, təhsil nazirlikləri və digər dövlət qurumları ilə əməkdaşlığı haqqında ətraflı məlumat verərək, bu əməkdaşlığın Azərbaycanla da inkişaf etdirilməsi niyyətində olduqlarını vurğulayıb.  

Bundan başqa hal-hazırda “Sabin” Peyvənd İnstitutunun Azərbaycandakı fəaliyyətinin əsas prioritet sahələri kimi immunizasiya ilə bağlı beynəlxalq qanunvericilik təcrübəsinin öyrənilərək, qanunvericilik bazasının təkmilləşdirilməsi, tibb işçilərinin maarifləndirici təlimlərə qatılması, təhsil ocaqları ilə əməkdaşlıq nəticəsində immunizasiya sahəsində tələbələrin və tibbi personalın məlumatının artırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmış, adı çəkilən  istiqamətlərdə birgə layihələr çərçivəsində gələcək fəaliyyətin  həyata keçirilməsi barədə qərar qəbul edilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı