Modern.az

Nazirlik: “Ermənstanlı sədr Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq, özünü təqdim edib” - AÇIQLAMA  

Nazirlik: “Ermənstanlı sədr Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq, özünü təqdim edib” - AÇIQLAMA   

Aktual

19 Dekabr 2018, 18:19

Ermənistan mətbuatı Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyanın Avropaya ezamiyyəti zamanı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin sədri Arif Məmmədovla qeyri-rəsmi xarakter daşıyan görüşü barədə məlumat yayıb
 

Modern.az məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, cari ilin 5-6 dekabr tarixlərində Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika üzrə Regional Bürosunda təşkil edilmiş müşavirədə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov da iştirak edib.

“Həmin müşavirədə Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan kofe fasiləsində Azərbaycan nümayəndə heyətinə yaxınlaşıb, bu vəzifəyə yeni təyin olduğunu qeyd edərək özünü təqdim edib. Tərəflər arasında heç bir rəsmi və ya qeyri-rəsmi görüş baş tutmayıb”, deyə Nazirlik bəyan edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir