Modern.az

10 minə yaxın Gürcüstan vətəndaşı Brüsseldən siyasi sığınacaq istəyib

10 minə yaxın Gürcüstan vətəndaşı Brüsseldən siyasi sığınacaq istəyib

19 Dekabr 2018, 19:33

Bu ilin birinci yarısında 9 680 Gürcüstan vətəndaşı Avropa İttifaqına (Aİ) üzv ölkələrdən sığınacaq istəyib.

 

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə Aİ ölkələrinə Gürcüstan vətəndaşlarının sığınacaqla bağlı müraciətləri iki dəfə artıb. Belə ki, 2017-ci ilin birinci yarısında sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı 4 770 nəfər təşkil edib.

 

Hesabatda qeyd olunub ki, Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti 2 905 nəfər olmaqla Fransadan sığınacaq istəyib. Daha sonra Almaniya (2700 nəfər), Yunanıstan (595), İsveçrə (540 nəfər), İtaliya (530) və İspaniya (405) gəlir.

 

Avropa Komissiyası Aİ ölkələrinə sığınacaqla bağlı Gürcüstan vətəndaşlarının müraciətlərinin sayının artmasını narahatlıq doğurduğunu qeyd edib. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir