Modern.az

Azay Quliyev seçicilərini qəbul edib

Azay Quliyev seçicilərini qəbul edib

19 Dekabr 2018, 19:59

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib. Deputat seçiciləriylə görüşərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən əmlak, məşğulluq, sosial, təhsil məsələləri və digər mövzuları əhatə edib. 

 

Qəbula gələn seçicilərin bir qisminin problemlərinin həlli ilə bağlı yerindəcə müvafiq qurumlarla əlaqə yaradılaraq lazımi addımlar atılıb. Azay Quliyev bildirib ki, seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır və onların həlli üçün müvafiq işlər görür.

Deputat deyib ki, seçicilərin ona ünvanladığı müraciətləri aidiyyatı qurumlara göndərməklə yanaşı, onların icra vəziyyətini də daim diqqətdə saxlayır.

Məlumat üçün bildiririk ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?