Modern.az

“Neftçi”nin oyununda insident

“Neftçi”nin oyununda insident

Aktual

19 Dekabr 2018, 20:17

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində növbəti oyun keçirilib. Modern.az xəbər verir ki, Sumqayıtda "Kapital Bank Arena"da keçirilən oyunda "Sumqayıt" "Neftçi"ni qəbul edib. Qarşılaşmada insident yaşanıb. Belə ki, "Neftçi" hesabı açdıqdan sonra meydan sahiblərinin azarkeş qrupu ilə yaxınlıqda əyləşən "Neftçi"nin bir neçə futbolçusu və texniki əməkdaşları arasında mübahisə düşüb. Nəticədə qonaq komandanın nümayəndələri həmin sektoru tərk etməli olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır