Modern.az

Azərbaycan nümayəndə heyəti Bursaya gedib

Azərbaycan nümayəndə heyəti Bursaya gedib

11 Dekabr 2009, 13:24

Dekabrın 11-dən  14-dək  Türkiyənin Bursa şəhərində ən yeni tariximizdə Türk və İslam dünyasının insan hüquqları sahəsində üzləşdiyi  haqsızlıqlara həsr  olunmuş  simpozium keçiriləcək. Modern.az xəbər verir ki, bütün müsəlman ölkələrin təmsil olunacağı simpoziuma Azərbaycandan da nümayəndə heyəti gedib. Deputatlar Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Fazil Mustaf, Milli Elmlər Akademiyasının şöbə müdiri Rəna Mirzəzadə, Türkdilli Olkələrin Parlament Jurnalistlər Assosiasiyasının sədr müavini Elşad Eyvazlı və digər şəxslərin daxil olduğu Azərbaycan nümayəndə heyəti bu gün yola düşüb.

Simpozuim Türkiyə hökuməti və TİKA təşkilatı tərəfindən təşkil olunur. Toplantıda  dünyanın  müxtəlif  bölgələrində  məskunlaşmış türklərin  məruz  qaldıqları haqsızlıqlardan danışılacaq, problemin  həlli  yolları  barədə fikir mübadiləsi  aparılacaq. Millət vəkili Qənirə Paşayeva saytımıza bildirib ki, simpoziumda  Ermənistanın  işğalçılıq  siyasəti, bu ölkənin Azərbaycanın 20 faiz ərazisini işğal etməsi, 1 milyondan artıq soydaşımızın öz ata-baba  yurdlarından  didərgin  düşməsi, Xocalı soyqırımı barədə ətraflı çıxış edəcək.  Deputat həmçinin, ermənilərin işğal olunmuş ərazilərimizdə çoxlu  sayda mədəni və tarixi abidələrimizi dağıtması barədə toplantı  iştirakçılarına məlumat verəcək. Tədbirdə Azərbaycan  həqiqətlərini  əks  etdirən,  Ermənistanın  işğalçılıq  siyasətini  faktlarla  təsdiq  edən müxtəlif  dillərdə kitablardan  və  sənədli  filmlərdən   ibarət  sərgi  də  nümayiş  etdiriləcək. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İstanbulun bir sıra  sivil toplumlarında və universitetlərində görüşləri də nəzərdə tutulub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir