16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - REPORTAJ - “Mixaylo”nun ölümü filmdəki kimi olmayıb - Araşdırmaçı alimdən maraqlı FAKTLAR
“Mixaylo”nun ölümü filmdəki kimi olmayıb - Araşdırmaçı alimdən maraqlı FAKTLAR
21.12.2018, 10:10

Prezident İlham Əliyevin sərəncamı ilə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi dövlət səviyyəsində qeyd edilir.

26 yaşında həlak olan, “Mixaylo” kimi tanınan kəşfiyyatçı M.Hüseynzadə ilə bağlı təkcə Azərbaycanda deyil, Rusiya, Almaniya, İtaliya arxivlərində də qiymətli sənədlər qorunub saxlanılır.

Modern.az-ın məlumatına görə, ötən 4 il ərzində həmin arxivlərdə tədqiqatlar apararaq M.Hüseynzadə ilə bağlı məlumatlar əldə edən və bu araşdırmalarına davam edən sosioloq, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov əldə etdiyi faktları Trend-ə açıqlayıb.

Alimin sözlərinə görə, aşkar edilmiş sənədlərin hər biri M.Hüseynzadənin çox istedadlı, yüksək intellektə malik, cəsarətli, eyni zamanda nəzakətli insan olduğunu bir daha təsdiqləyir: 

“Mixaylo adi partizan olmayıb, o, xüsusi kəşfiyyat-diversiya qrupunun başçısı olub. Bu qrupu o özü yaradıb. Mehdi alman, fransız, italyan dillərində sərbəst danışa bilib. Çox yüksək istedada və intellektə malik Mehdi sloven dilini və bu ölkənin folklorunu da öyrənməyə başlayıb. Hətta müharibə vaxtı həm rəssamlıqla, həm də dilçiliklə məşğul olub. Mehdi Hüseynzadə kəşfiyyat zamanı rəssamlıq bacarığından və dil biliklərindən istifadə edərək özünü həm italiyalı hərbçi, həm rəssam, həm də sloveniyalı kəndli kimi təqdim edib. Mehdinin yüksək intellektə malik olduğunu almanlar da həmişə vurğulayıblar”.

Bəzi əməliyyatlar yanlış olaraq Mehdi Hüseynzadəyə aid edilir

İ.Abbasov qeyd edib ki, M.Hüseynzadənin apardığı əməliyyatlar çox olsa da, onların hamısı tam araşdırılmayıb.

Araşdırmaçının sözlərinə görə, Sovet İttifaqı Qəhrəmanının yaratdığı qrupun gördüyü işlərin əksəriyyəti onun əsirlikdən qaçarkən qoşulduğu ilk briqadanın – 800 nəfərdən ibarət “Birinci zərbə rus briqadası”nın adına yazılıb.

O, M.Hüseynzadənin apardığı əməliyyatlarla bağlı bəzi yanlış məlumatlara da aydınlıq gətirib: 

“Mənbələrin çoxunda Mehdinin Udine şəhərində həbsxanaya basqın etdiyi və orada 700 nəfəri xilas etməsi barədə məlumatlar var. Bu əməliyyat 7 fevral 1945-ci ildə həyata keçirilib. O zaman Mehdi artıq həlak olmuşdu. Əməliyyata başqa bir azərbaycanlı – Əli Babayev başçılıq edib. Bundan başqa, onun iki təyyarə ilə aerodrom partlatdığı da deyilir. Mən Sloveniyanın və İtaliyanın arxivlərində olmuşam, bu barədə məlumat tapmamışam. Ona görə də bu məlumatın Mehdi ilə bağlı olması barədə deyilənlər hələ ki əsassızdır”.

Alim bildirib ki, sənədlərə əsasən M.Hüseynzadə 20-dən çox əməliyyat keçirib, bir neçəsi isə xüsusilə mühüm strateji əhəmiyyətə malik olub. Belə əməliyyatlar zamanı o, Triest şəhərində kinoteatrı, Karlo Geqa küçəsində “Əsgər evi” adlı alman restoranını, “İl Pikkolo” qəzetinin redaksiyasını partladıb və Pistoya qəsəbəsində dəmir yolu stansiyası məntəqəsində güclü partlayış (həmin partlayışa görə dəmir yolu iki həftə bağlı olub – İ.A.) törədib.

Araşdırmaçı əlavə edib ki, Mehdinin Triest şəhərində kinoteatrı partlatdıqdan iki gün sonra yazdığı şeiri də maraq doğurur: 

“Onunla bağlı yeni aşkar edilən sənədlərdən biri 1944-cü il aprelin 4-də yazdığı “İtaliyada başladım” adlı şeirdir. Bu şeiri yazmamışdan iki gün əvvəl İtaliyanın Triest şəhərində kinoteatrı partladıb. Həmin partlayışdan sonra onu hər yerdə axtarıblar, amma Mehdi bu şeiri Pula şəhərində yazıb”. 

Mehdi özünü sonuncu gülləsi ilə ürəyindən vuraraq öldürüb


Alimin sözlərinə görə, M.Hüseynzadə onun həyatından bəhs edən “Uzaq sahillər”də filmində göstərildiyi kimi partlayışda həlak olmayıb. M.Hüseynzadənin ölümü ilə bağlı bir neçə fərziyyə səsləndiyini deyən İ.Abbasov bildirib ki, o, planlaşdırılmış döyüş əməliyyatı zamanı həlak olmayıb.

Həmin vəziyyəti faktlar əsasında təsvir edən İ.Abbasov deyib ki, alman əsgərləri ərzağa görə Vitovle kəndinə gəldikdə M.Hüseynzadə də həmin kənddə öz yoldaşları ilə birlikdə birgünlük dincəlirmiş: 

“Lakin partizanlar hərbçilərin onlara görə gəldiyini düşünüblər və atışma başlayıb. Döyüşdə qrupdakı 8 nəfərdən 4-ü iştirak edib. O zaman bir nəfər həlak olub, iki nəfər əsir götürülüb, Mehdi isə ağır yaralanıb. Həmin əsirlərdən biri olan Adam Zorn 1950-ci illərdə Mehdinin iştirak etdiyi döyüş haqqında yazıb”.

İ.Abbasov qeyd edib ki, M.Hüseynzadə Vitovle kəndində faşistlərlə apardığı döyüşdə 8 güllə yarası alıb. Bu döyüşdən sonra hətta 1 gün sağ qalıb: 

“Mehdi döyüşdən 1 gün sonra özünü sonuncu gülləsi ilə ürəyindən vuraraq öldürüb. Beləliklə, dəfn edilərkən onun bədənində 8 deyil, 9 güllə yarası olub. Mehdi ilə şəxsən tanış olan, 1930-cu il təvəllüdlü İvan Başin də bunu açıqlayıb”.

Alimin sözlərinə görə, Mehdinin ölümündə satqınlıq amilinin olması iddiası sənədlərdə öz əksini tapmayıb: “Almanlar Mehdinin başına 500 min reyxsmarka qoymuşdular. 1944-cü ildə bu pulla 50 “Mercedes-Benz” almaq olardı. Amma yerli sakinlər onu satmayıblar. Sənədlərdə də bu pulun kiməsə verilməsi barədə məlumatlar yoxdur”.

Mehdinin meyiti oğurlanıb

İ.Abbasov deyib ki, M.Hüseynzadəni kəndlilər həlak olduğu ərazidə – Vitovle kəndində dəfn ediblər, lakin sonradan onun meyiti oğurlanıb və başqa ərazidə dəfn edilib:

“Mehdinin dostu olan Cavad Həkimlinin sözlərinə görə, almanlar Vitovle kəndində Mehdinin dəfn olunduğu əraziyə gözətçi qoyublar ki, heç kim onun məzarını ziyarət etməsin. Dəfndən iki həftə sonra Mehdinin yoldaşları gecə gözətçini öldürüb, meyiti oradan oğurlayıblar və həmin vaxt partizanların nəzarətində olan Çepovan kəndində (müharibə vaxtı İtaliyanın, hazırda isə Sloveniyanın kəndi – İ.A.) müsəlman qayda-qanunlarına uyğun şəkildə dəfn ediblər. Bu əməliyyata başçılıq edən isə Mehdinin yaxın dostu olmuş Şamil Hüryanov (partizanlar arasında Bayramov) 1945-ci il martın ortalarında həlak olub”.

Mehdinin ikinci dəfn mərasiminin çox təmtəraqlı keçdiyini deyən alimin sözlərinə görə, həmin tarix hələ dəqiq müəyyən edilməyib: 

“Bəziləri Mehdinin ikinci dəfə noyabrın 16-da, bəziləri isə noyabrın 17-20-si aralığında dəfn edildiyini yazırlar. Mərasimdə iştirak edənlər həmin gün güclü yağış yağdığını desə də, dəfnin konkret hansı gündə olduğunu müəyyən etmək mümkün olmayıb”.

İ.Abbasov qeyd edib ki, SSRİ-nin xüsusi xidmət orqanları M.Hüseynzadə ilə bağlı araşdırmalara 1951-ci ildən başlayıblar, yalnız 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adını verməyi qərara alıblar.

Alim əlavə edib ki, Mehdi həlak olduqdan sonra onun Sloveniyada vuruşduğu Sloven Sahilyanı 9-cu korpusu tərəfindən Yuqoslaviya dövlətinin başçısı İosip Broz Titoya şifroqram göndərilib və xahiş olunub ki, M.Hüseynzadəyə Yuqoslaviyanın Xalq Qəhrəmanı adı verilsin, amma hansısa səbəbdən bu müraciət cavabsız qalıb.

Araşdırmaçı bildirib ki, Yuqoslaviyada döyüşən 8000-ə yaxın partizan arasında yalnız M.Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı adını alıb: 

“İtaliyada döyüşənlər arasında isə bu adı alan ilk şəxs olub, ondan sonra daha iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb”.




xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi
16.01.2019, 12:33

İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!   
16.01.2019, 12:32

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!  

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi   
16.01.2019, 12:17

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi  

Ötən il 1250 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb
16.01.2019, 12:17

Ötən il 1250 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu   
16.01.2019, 12:09

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu  

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır” - ETİRAZ
16.01.2019, 12:06

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır- ETİRAZ

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi   
16.01.2019, 11:56

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi  

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər
16.01.2019, 11:55

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR
16.01.2019, 11:54

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 
16.01.2019, 11:50

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib
16.01.2019, 11:45

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Ermənistanın ən gənc deputatı – FOTOLAR
16.01.2019, 11:19

Ermənistanın ən gənc deputatı – FOTOLAR

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi
16.01.2019, 11:07

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı   
16.01.2019, 10:59

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı  

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu
16.01.2019, 10:57

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu

Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019, 10:55

nya daşnakları Qarabağa toplaşacaq

Ağacları qanunsuz kəsənlər saxlanıldı   
16.01.2019, 10:53

Ağacları qanunsuz kəsənlər saxlanıldı  

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib
16.01.2019, 10:46

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı
16.01.2019, 10:31

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA
16.01.2019, 10:23

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı
16.01.2019, 10:18

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib
16.01.2019, 10:12

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu   
16.01.2019, 10:11

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu  

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu
16.01.2019, 10:02

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu

Ermənistan atəşkəsi 26 dəfə pozdu    
16.01.2019, 09:58

Ermənistan atəşkəsi 26 dəfə pozdu  

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək
16.01.2019, 09:35

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR   
16.01.2019, 09:25

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR  

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək
16.01.2019, 09:20

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ   
16.01.2019, 08:16

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ  

Manat və dollar bu gün hansı məzənnədə olacaq?
16.01.2019, 08:09

Manat və dollar bu gün hansı məzənnədə olacaq?

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı
16.01.2019, 00:59

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi
16.01.2019, 00:20

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi
16.01.2019, 00:11

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.01.2019, 23:51

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
15.01.2019, 23:41

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR

“Boko Haram”  daha bir şəhəri ələ keçirdi
15.01.2019, 23:18

“Boko Haram” daha bir şəhəri ələ keçirdi

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək
15.01.2019, 23:06

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO
15.01.2019, 22:50

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı
15.01.2019, 22:32

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır
15.01.2019, 22:14

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb
15.01.2019, 22:00

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb

Paşinyan gözlənilmədən Gürcüstana gəldi
15.01.2019, 21:39

Paşinyan gözlənilmədən Gürcüstana gəldi

Gələn aydan sayğaclara baxış keçiriləcək
15.01.2019, 21:22

Gələn aydan sayğaclara baxış keçiriləcək

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi
15.01.2019, 21:06

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi   
15.01.2019, 20:52

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi  

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə
15.01.2019, 20:46

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə

Bakıda külək ağacı maşının üzərinə aşırdı
15.01.2019, 20:30

Bakıda külək ağacı maşının üzərinə aşırdı

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı
15.01.2019, 20:19

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı
15.01.2019, 20:01

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı

37,1 milyard manatlıq məhsul satılıb...
15.01.2019, 19:37

37,1 milyard manatlıq məhsul satılıb...

ARXİV