22 mart 2019, Cümə
Ana Səhifə - QARABAĞ - Qarabağın Azərbaycanlı İcması Minsk Qrupunun həmsədrlərinə MÜRACİƏT ETDİ - BƏYANAT  
Qarabağın Azərbaycanlı İcması Minsk Qrupunun həmsədrlərinə MÜRACİƏT ETDİ - BƏYANAT  
21.12.2018, 17:23

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 20 dekabr qurultayının ardından bəyanat yayıb.

Modern.az xəbər verir ki, qurumun İdarə Heyətinin yeni sədri Tural Gəncəliyevin imzaladığı bəyanatda aşağıdakılar bildirilib:

“Keçən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlayan erməni separatizmi dalğası milli zəmində münaqişəyə, əzəli Azərbaycan torpaqları olan Ermənistandan, eləcə də Dağlıq Qarabağ bölgəsindən soydaşlarımızın qovulmasına, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünəticəsində Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğalına,  bu ərazilərdə etnik təmizləmə siyasətinin həyata keçirilməsinə, bir milyondan artıq həmvətənimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdur.

 

30 ildir ki davam edən münaqişənin ilk günlərindən hələ keçmiş Sovetlər İttifaqının tərkibində ikən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə açıq ərazi iddiaları irəli sürməyə və yerli azərbaycanlı əhaliyə qarşı zorakılıqla və terrorla müşayiət olunan təcavüzkar separatizmi fəal şəkildə dəstəkləməyə başladı. Eyni zamanda Ermənistan tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan birtərəfli qaydada ayrılması və Ermənistana birləşdirilməsi məqsədilə bir sıra qeyri-qanuni qərarlar qəbul edildi. Lakin hələ Sovetlər İttifaqının mövcudluğu dövründə  - 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixli aktlarının SSRİ Konstitusiyasına uyğunsuzluğu” haqqında qərar qəbul edərək Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qeyri-qanuni olduğunu elan etmişdi.

 

Bütün bu faktlar göstərir ki, hələ o zaman Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının SSRİ qanunlarına zidd olması ali konstitusiya səviyyəsində təsdiqlənmişdi. Odur ki, Azərbaycan müstəqillik əldə etdikdə də həmin dövrün mövcud qanunlarına əsasən Dağlıq Qarabağ birmənalı olaraq Azərbaycanın tərkib hissəsi kimi qəbul olunmuşdu.  

 

Bütün bunlara baxmayaraq Ermənistan BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq hərbi gücdən istifadə etməklə Azərbaycana qarşı açıq müharibəyə başladı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi daxil olmaqla ətraf yeddi rayonu işğal etdi. İşğal olunmuş ərazilərdə, o cümlədən Dağlıq Qarabağda köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törətdi. Hazırda sayı 80.000 nəfərdən artıq olan Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri 30 ilə yaxındır ki, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədirlər.

 

Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu təsbit etməklə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu tələb Qoşulmama Hərəkatı, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrində də öz əksini tapır.

 

Lakin Ermənistan bütün bunlara məhəl qoymayaraq işğala əsaslanan status-kvonu saxlamaqla Azərbaycanın işğal edilmiş ərazilərini, o cümlədən Dağlıq Qarabağı ilhaq siyasəti yürüdür və qəsdən bu əməllərinə xalqların öz müqəddəratını təyin etmə donu geyindirməyə çalışır. Bu məqsədlə Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının hətta mövcudluğunu da inkar etməyə cəhd göstərir, işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda Azərbaycan xalqına məxsus maddi-mədəni irsi məhv edir və qeyri-qanuni məskunlaşdırmanı davam etdirir.

 

Beynəlxalq hüququn ali prinsiplərindən olan xalqların öz müqəddəratını təyinetmə hüququ digərlərinin hüquqlarının pozulmasını, zorakılıq əməllərinin törədilməsini heç bir halda qəbul etmir. Fundamental insan hüquq və azadlıqları universal xarakter daşıyır, ayrılmazdır və bütün insanlığa şamil olunaraq bərabər əsasda və ayrı-seçkilik olmadan tətbiq olunmalıdır.

 

ATƏT-in sənədlərinə uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Ermənistan və Azərbaycan münaqişə tərəfləri olduqları halda, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları maraqlı tərəflər kimi müəyyən olunmuşdur.  

 

Münaqişənin ədalətli həlli prosesi çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin öz doğma torpaqlarına - Dağlıq-Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin olunmalıdır.

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır.

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının birgə yaşayışı şəraitində ədalətli sülh, dayanıqlı regional sabitlik və təhlükəsizlik təmin oluna bilər. Bu istiqamətdə mühüm addımlardan biri kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşviq edilməlidir.Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması konstruktiv dialoqa hazırdır. 

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması beynəlxalq ictimaiyyətə, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə müraciət edərək, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə vermək məqsədilə səyləri artırmağa və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasları dəstəkləməyə çağırır.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək
22.03.2019, 13:19

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

Xəzərdə 4.5 ballıq zəlzələ oldu
21.03.2019, 21:45

Xəzərdə 4.5 ballıq zəlzələ oldu

Rusiyadan NATO açıqlaması
21.03.2019, 21:24

Rusiyadan NATO açıqlaması

Bakıda mebel sexi yanıb
21.03.2019, 21:10

Bakıda mebel sexi yanıb

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
21.03.2019, 20:52

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü
21.03.2019, 16:34

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
21.03.2019, 16:32

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”
21.03.2019, 16:10

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
21.03.2019, 15:50

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib
21.03.2019, 15:28

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib

Bakı-Sumqayıt magistralında yol qəzası
21.03.2019, 15:15

Bakı-Sumqayıt magistralında yol qəzası

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA
21.03.2019, 14:53

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?
21.03.2019, 14:22

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq
21.03.2019, 13:37

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21.03.2019, 13:28

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var
21.03.2019, 13:26

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı
21.03.2019, 13:00

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı

Azercell daha bir uğura imza atdı
21.03.2019, 12:34

Azercell daha bir uğura imza atdı

Qaradağda 2 otaqlı evdə YANĞIN
21.03.2019, 12:17

Qaradağda 2 otaqlı evdə YANĞIN

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21.03.2019, 11:26

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Polis həyətində çətənə əkəni saxladı
21.03.2019, 11:25

Polis həyətində çətənə əkəni saxladı

Bakı Novruzu belə qeyd edir - FOTOLAR
21.03.2019, 11:15

Bakı Novruzu belə qeyd edir - FOTOLAR

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ
21.03.2019, 11:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ

ARXİV