Modern.az

ABŞ dövlət katibi Nizamini fars şairi adlandırdı

ABŞ dövlət katibi Nizamini fars şairi adlandırdı

Ölkə

22 Dekabr 2018, 09:52

ABŞ dövlət katibi Maykl Pompeo dekabrın 21-də İran xalqını qışın gəlməsi və ilin ən qısa günü münasibətilə təbrik edib.

Modern.az saytı xəbər verir ki, Pompeo bu haqda özünün “Twitter” hesabında yazıb.

Maraqlıdır ki, Pompeo təbrik mesajında Nizami Gəncəvidən də sitat gətirib. Bununla belə, ABŞ xarici siyasət idarəsinin rəhbəri Azərbaycan şairi Nizami Gəncəvini fars şairi adlandırıb.

“Məğrur İran xalqı bu gün ən uzun gecəni və işığın zülmətə qalib gəlməsini qeyd edir. Onlara rifah və azadlıq arzu edirəm. Fars şairi Nizami belə deyib:

Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşayır”. Yalda bayramınız mübarək!”

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!