Modern.az

Üç deputata yeni vəzifə verilir  

Üç deputata yeni vəzifə verilir   

24 Dekabr 2018, 10:52

Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbər seçiləcək.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik təklif edilir.

 

Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın  namizədliyi irəli sürülüb.

 

Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbərlərin seçilməsi məsələsi  parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu