16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - İQTİSADİYYAT - 2018-ci il aqrar sahədə nələrlə yadda qaldı...
2018-ci il aqrar sahədə nələrlə yadda qaldı...
24.12.2018, 16:10

Növbəti ilə sayılı günlər qalır. Geridə qoyduğumuz il mühüm ictimai, siyasi, iqtisadi, mədəni hadisələrlə yadda qalmaqdadır. Bəs görəsən, ölkə prezidentinin qeyri-neft sektorunun inkişafı ilə bağlı böyük gözləntiləri olan kənd təsərrüfatında hansı irəliləyişlər oldu, yaxud hansı problemləri növbəti ilə daşıyırıq?

2018-ci ilin mühüm aqrar layihələri

Yola salmaqda olduğumuz il kənd təsərrüfatı sahəsində mühüm struktur islahatları ilə də yadda qaldı.

Modern.az 2018-ci ildə kənd təsərrüfatı sahəsində həyata keçirilən mühüm aqrar layihələrin xronologiyasını təqdim edir:

Prezident İlham Əliyev mayın 22-də “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” imzaladığı fərmanla Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti yaradılıb.

Prezidentin 31 iyul tarixli Fərmanına əsasən, nazirliyin rayon və şəhər idarələri ləğv edilərək əvəzində Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) təsis edilib. Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurası təsis edilib. Həmçinin, nazirlik yanında Aqrar Məşvərət Şurası yaradılıb.

Hesabat dövründə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC ləğv edilərək, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC təşkil edilib. Kənd Təsərrüfatı Layihələri və Kreditlərin idarə Olunması üzrə Dövlət Xidmətinin bazasında Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb, “Aqrolizinq” ASC-nin portfeli, eyni zamanda kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli qiymətlərlə satışı funksiyası yeni quruma verilib.

Həmçinin, Bakıda “Agtech and Green Energy” mövzusunda ilk Beynəlxalq Forumun keçirilməsi mühüm hadisələrdəndir. 


Aqrar sahəyə dair qurumların istifadəyə verilməsi

Hesabat dövründə Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu əsaslı təmirdən sonra istifadəyə verilib. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin açılışı olub.

Yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyası istifadəyə verilib.

Həmçinin, Qarabağ Atçılıq Kompleksinin, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin açılışı olub.

Sabirabadda könüllülük əsasında pay torpaqlarının birləşdirilməsi ilə ilk kooperativ yaradılıb. 


Kənd təsərrüfatı rəqəmlərin dili ilə

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Modern.az-a bildirib ki,2018-ci statistika ili başa çatmasa da, müəyyən göstəricilər barədə danışmaq mümkündür:

“Bu ilin doqquz ayı ərzində kənd təsərrüfatının həcmi 4,3 faiz artıb. Kənd təsərrüfatının texnika ilə təminatı yaxşılaşıb, yanvar-sentyabr aylarında 5700 kənd təsərrüfatı texnikası alınıb. Ölkədə müstəqillik dövründə ilk dəfə 514 ton yaş barama istehsal olunub ki, bu da bir il əvvəlki göstəricidən təxminən iki dəfə çoxdur. Pambıq yığımı davam edir, amma indidən yüksək göstəricilər barədə danışmaq olar. Ötən ilə nisbətən pambıq əkini sahəsi 4 min hektar azalsa da, bu il daha çox pambıq yığılıb. Bu günə kimi pambıq qəbulu məntəqələrinə 228,487 ton pambıq təhvil verilib. Sahələr və rəqəmlər çoxdur, amma real mənzərə göstərir ki, bu il kənd təsərrüfatında artım trendi başlayıb, kənd təsərrüfatı məhsullarının həcmində artan xətt müşahidə olunur”.

Şəhərdən kəndə...

Nazirlik rəsmisi ehsab edir ki, hazırda fermer Kənd Təsərrüfatı Nazirliyini və nazirliyin yerli strukturlarını özünə daha yaxın bilir: 

“Nazirliyin fəaliyyətində əsas götürdüyü fermerlərə yaxınlıq prinsipi artıq nəticəsini verməkdədir. Şəhərlərdən kəndə geri axın müşahidə olunur. Bunun miqyası barədə danışmaq tezdir, amma 2019-cu ilin ümumxalq siyahıya alınması zamanı bu tendensiya mütləq təsdiqlənəcək. Subsidiyaların verilməsində şəffaflıq təmin olunur, dövlətin güzəştləri artırması insanların aqrar sahəyə marağını daha da artırır. Nəzərəçarpan fərqlər çoxdur, qoy fərq olub olmamasını fermer özü desin”.

Kənd təsərrüfatında hər şey yaxşıdırmı? 

V.Hüseynov bunu demək üçün çox tez olduğu qənaətindədir. Bunu da qarşıda görüləcək işlərin çoxluğu ilə əlaqələndrir: 

“Görüləcək çox iş var. Aqrar sahənin inkişafı təkcə dövlətin həyata keçirdiyi siyasətdən asılı deyil. Dövlət güzəştlər tətbiq edir, subsidiyalar verir, kənd təsərrüfatı fəaliyyətini vergilərdən azad edir və s. Amma dövlət bu prosesin yalnız bir tərəfidir. Digər tərəf, yəni fermerlər də bu fürsətlərdən daha çox, daha keyfiyyətli məhsul istehsal etmək üçün yararlanmalıdır. Yəni, niyə qabaqcıl ölkələrdə bir hektar sahədən daha çox məhsul götürülür, mən isə götürə bilmirəm deyə düşünməlidir. Burada yenə dövlət müdaxilə edir, maarifləndirmə işini öz üzərinə götürür. Aqrar sahədə uğur təkcə bol məhsul götürmək deyil, həm də aqrar resurslardan daha səmərəli istifadə etməkdir. İnnovasiyaların tətbiqi, yeni üsulları mənimsəmə vacibdir. Məsələn, arıçılıq sektorunda bu tendensiya müşahidə olunur. Arıçılar assosiasiya şəklində birləşir, problemlərin həllində bir-birilərinə kömək edir, təcrübələrini həvəslə bölüşürlər. Ölkədə arıçılığın sürətlə inkişafında bu amilin rolu böyükdür. Dövlət də bu cür fəaliyyəti və inkişafı dəstəkləyir. İlk dəfə olaraq bu ildən başlayaraq arıçılara subsidiya verilir. Hesab edirəm ki, bu maddi dəstək arıçıları öz fəaliyyətlərini daha təkmilləşdirməyə kömək edəcək”. 

Qeyri-neft sektorunun inkişafı üçün görüləcək çox iş var 

Bu sahə ilə əlaqəsi olmayan insanlarda yanlış bir təsəvvür var - düşünürlər ki, taxıl biçildi, pambıq yığıldı, bununla da kənd təsərrüfatında işlər bitdi. Amma kənd təsərrüfatında iş 365 gün səhərdən axşamadək davam edir. Aqrar fəaliyyət əkin, biçin, səpin demək deyil. Bu baxımdan V.Hüseynov qeyd edir ki, prosesin nəzəri əsaslarının hazırlanması, fermerlərə təlimlərin keçirilməsi, maarifləndirmə işlərinin aparılması il boyu davam edir: 

“Toxum tədarükü, texnikanın hazırlanması və sair də həmçinin. Görüləcək işlər çoxdur, islahatlar yeni mərhələyə qədəm qoyub. Bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək. Bir amili nəzərdən qaçırmaq olmaz. Kənd təsərrüfatı ən böyük məşğulluq sahələrindən biridir. Obrazlı desək, Azərbaycanda bu sahədən təxminən 1,5 milyon insan çörək qazanır. Ona görə də bu sahənin inkişafı həm məşğulluq baxımından, həm də ərzaq təhlükəsizliyinin təminatı baxımından çox vacibdir”. 


“Ənənəvi tərəvəzçilik əsas ixrac məhsulumuzdur”

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a deyib ki, 2018-ci ili kənd təsərrüfatı üçün uğurlu il hesab etmək olar:

“Demək olar ki, pambıqçılıqdan tutmuş, üzümçülüyə, tütünçülüyə, təvəzəçiliyədək bütün sahələrdə artım var. Respublikamızada 39 quşçuluq müəssisəsi, 16 cins heyvandarlıq kompleksiyaradılıb. Baramaçılıq, fındıqçılıq, meyvəçilikdə böyük artımlarımız var. Ənənəvi tərəvəzçilik bizim əsas ixrac potesialımız olaraq qalmaqdadır. Prezident tərəfindən prioritet tədbirlərə xeyli vəsait ayırıb. Hazırda bu istiqamətdə xeyli işlər görülür. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 2,2 milyarda manat güzəştli kreditlər verilib, 163 min yeni iş yeri açılıb və s. Ümumilikdə prezidentin təşəbbüsü ilə ölkə iqtisadiyyatının  neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən olan aqrar sektorun  inkişafı  prioritet istiqaməti kimi önə çəkilib. Dövlətin maliyyə dəstəyi ilə hazırda 30 rayonda 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması  üzrə də böyük işlər görülür. Aqroparkların  beşində birinci mərhələ üzrə işlər başa çatdırılıb. Nəticədə 14 aqropark istifadəyə veriləcək. İstifadəyə verilmiş aqroparklarda məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən bitkiçilikdə 2- 3 dəfə, heyvandarlıqda isə 4-5 dəfə çoxdur”.

 


“Yeni rəhbərlə yeni model formaşladı”

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Modern.az-a deyib ki, başa çatmaqda olan il qida və kənd təsərrüfatına qlobal baxışın formalaşması baxımından əlamətdar oldu:

“Ənənəvi yanaşmalar dəyişdi, ölkə səviyyəsində qəbul edildi ki, bu sahədə ciddi dəyişikliyə ehtiyac var. Aprel ayında ölkədə aqrar siyasəti həyata keçirən mərkəzi icra orqanının rəhbəri dəyişdirildi, dünya brendi kimi qiymətləndirilən ASAN XİDMƏT modelinin formalaşmasında xüsusi rolu olmuş İnam Kərimovun nazir təyin edilməsi kənd təsərrüfatının xidmət sektorunun müasir tələblər səviyyəsində yenidən qurulacağına ümid yaratdı. Texnika və damazlıq heyvan bazarında biznes münasibətlərinin formalaşdırılması məqsədi ilə Aqrolizinq sistemində aparılan islahatlar, kənd təsərrüfatı kreditləri alətlərinin yenidən təşkili, arıçılığın subsidiyalaşmağa cəlb edilməsi, Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Tətqiqatlar Mərkəzinin fəaliyyətə başlaması, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin ləğv edilərək yenidən təşkili istiqamətində atılan addımlar yaxın gələcək üçün aqrar xidmət sektorunun dirçələcəyinə zəmin yaradır.

Bu mənada 2018-ci il əsaslı dönüş ili hesab oluna bilər, lakin hələ deyə bilmərik ki, qarşıya qoyulan məqsədlər tam reallaşıb”.

 

Artım qeydə alınan sahələr

 

N.Nəsirlinin sözlərinə görə, son illər ölkədə kənd təsərrüfatının inkişafı aqrar sektorun prioriteti kimi önə çıxıb:

“Bu, sevindiricidir. Görürük ki, artıq dövlət səviyyəsində aqrar sektorda məşğulluğun artırılması və sahələr üzrə ixtisaslaşmanın aparılmasına təşəbbüslər göstərilir. Bu çox düzgün addımdır.  Xüsusən, dövlət başçısının bu prosesə birbaşa rəhbərlik etməsi, hətta yerlərdə təsərrüfatlarda olması, istehsalçılarla keçirdiyi görüşlər sahəni aktullaşdırır. Bu il kənd təsərrüfatında artım 4,3 faiz həddində oldu. Növbəti illərdə bu sahə üzrə makro və mikroiqtisadi göstəricilərin yüksəldilməsi çox vacibdir. Bu il üçün dövlət başçısı müəyyən etmişdi ki, daxili tələbat tam təmin edilməli, məhsuldarlıq göstəriciləri artırmalı və  elmi yanaşma tətbiq etməklə ixrac imkanları genişlənməlidir. Bu il bu hədəflərə tam çatdığımızı demək çətindir.

Bu il bir neçə istiqamətdə irəliləyiş gördük. Pambıqçılıqda əkin sahəsi 132 min hektara çatdı, pomidor ixracda liderlik edərək ölkəyə 150 milyon dollar xeyir gətirdi, baramaçılıq sahəsi isə ailə təsərrüfatlarında məşğulluğun artırılmasında əhəmiyyətini ortaya qoydu. 2017-ci ildə  barama tədarükü 240 ton olmuşdusa, bu il 450-500 tona qalxdı.

Fındıq məhsullarının 100 milyon dollardan çox gəlir gətirməsi da müsbət dinamikadır. Bu göstəriciləri deməyə əsas verir ki, növbəti illərdə ixtisaslaşma konkret sahələr üzrə getməlidir”.

 

Yerli istehsalda özünütəminetmə...

 

Ekspert hesab edir ki, yerli istehsalla özünütəminetmə səviyyəsinə hələ də tam nail olunmayıb:

“Bu məsələdə hədəflərə 2018-ci ildə də nail ola bilmədik. Rəsmi rəqəmlərə əsaslansaq, bitkiçilik məhsullarında özünütəminetmə səviyyəsi 100% həddində olsa da heyvandarlıq məhsulları baxımından 70%-dən yuxarı qalxa bilmirik. Bunun ciddi səbəbləri var ki, elmi yanaşmalar tətbiq etmədən ciddi nəticələr əldə edə bilməyəcəyik. Heyvandarlıq məhsullarının istehsalında xərclərin 70%-i yem məhsulları və yem komponentləri təşkil edir. Ölkədə torpaqların məhsuldarlığı yüksəldilməli, yem əkinçiliyi genişləndirilməli, əl əməyi və digər problemlər aradan qalmalıdır. Saxlama anbarlarının lazımi səviyyədə olmaması bazarlarda “mövsümi qiymət təlatümləri”nin yaranmasına səbəb olur. Mövsümündə məhsulu anbarlayıb saxlaya bilmirik, qeyri-mövsümdə isə idxaldan asılı oluruq. Bu yerli istehsalın müdafisəsi, bazar intervensiyaları sahəsində ciddi addımların atılmasını tələb edir. Yoxsa, qiymət dəyişmələrinin qarşısını almaq gələn il də mümkün olmayacaq”.

 

2019-cu ilə transfer edilən problemlər

 

N.Nəsirli qeyd edir ki, sektorun bir sıra ciddi problemlərinin həlli 2019-a qalır:

“Xüsusən, elektron kənd təsərrüfatı sisteminin qurulması, aqrolizinq xidmətlərinin özəlləşdirilməsi, damazlıq heyvan və gübrə dəstəyinin optimallaşdırılması həllini tapmalıdır. Gələn il həllini gözləyən ən ciddi problemlərdən biri xırda təsərrüfatların birləşdirilməsi-kooperasiya münasibətlərinin yaradılması olacaq. Bu o qədər də asan məsələ deyil, ciddi maarifçilik işləri aparılmalıdır və ortaya konkret iqtisadi model qoyulmalıdır. Kooperasiyalaşmanın sürətləndirilməsi üçün stimul olacaq iqtisadi alət- aqrar sığorta sisteminin formalaşdırılması da gələn ilki hədəflərdən olmalıdır”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi   
16.01.2019, 15:46

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi  

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ
16.01.2019, 15:44

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir
16.01.2019, 15:34

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir

Binəqədidə hava şəraiti ilə bağlı iclas keçirildi
16.01.2019, 15:33

Binəqədidə hava şəraiti ilə bağlı iclas keçirildi

Üç prezidentin yeni sammiti keçiriləcək
16.01.2019, 15:31

Üç prezidentin yeni sammiti keçiriləcək

YAP Ağstafa rayon təşkilatında 20 Yanvar şəhidlərini anıldı
16.01.2019, 15:28

YAP Ağstafa rayon təşkilatında 20 Yanvar şəhidlərini anıldı

“Azərişıq” sabahdan gücləndirilmiş iş rejimində çalışacaq
16.01.2019, 15:27

“Azərişıq” sabahdan gücləndirilmiş iş rejimində çalışacaq

Nazirlk: Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib
16.01.2019, 15:26

Nazirlk: Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib

AMEA-nın mətbuat katibinə yeni vəzifə verildi   
16.01.2019, 15:21

AMEA-nın mətbuat katibinə yeni vəzifə verildi  

Sərhədi pozana xəbərdarlıq atəşi açıldı
16.01.2019, 15:15

Sərhədi pozana xəbərdarlıq atəşi açıldı

“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident
16.01.2019, 15:14

“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident

BDU-da imtahanların vaxtı dəyişdirilib
16.01.2019, 15:11

BDU-da imtahanların vaxtı dəyişdirilib

Məmmədyarov-Mnatsakanyan görüşü başlayıb
16.01.2019, 15:06

Məmmədyarov-Mnatsakanyan görüşü başlayıb

“Belə hallar Azərbaycan ailələrinə yaraşmaz”   
16.01.2019, 15:04

“Belə hallar Azərbaycan ailələrinə yaraşmaz”  

Xəstəxanalar adi qrafikdə çalışacaq - RƏSMİ
16.01.2019, 14:54

Xəstəxanalar adi qrafikdə çalışacaq - RƏSMİ

Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı   
16.01.2019, 14:54

Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı  

Milli Məclis sabah komitə iclası keçirəcək   
16.01.2019, 14:52

Milli Məclis sabah komitə iclası keçirəcək  

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında rəsmi xəbərdarlıq - Sabah ehtiyatlı olun!
16.01.2019, 14:40

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında rəsmi xəbərdarlıq - Sabah ehtiyatlı olun!

Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşdü - FOTOLAR
16.01.2019, 14:39

Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşdü - FOTOLAR

Sabahın hava PROQNOZU açıqlandı - Güclü KÜLƏK   
16.01.2019, 14:38

Sabahın hava PROQNOZU açıqlandı - Güclü KÜLƏK  

Ərdoğan-Putin görüşünün detalları açıqlandı
16.01.2019, 14:34

Ərdoğan-Putin görüşünün detalları açıqlandı

İcra Hakimiyyəti polisi təkzib ETDİ: “Rəsulzadənin barelyefi oğurlanıb”
16.01.2019, 14:26

İcra Hakimiyyəti polisi təkzib ETDİ: “Rəsulzadənin barelyefi oğurlanıb

Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR
16.01.2019, 14:08

Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR

Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi davam edir
16.01.2019, 14:01

Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi davam edir

Deputatlar, jurnalistlər və valideynlər BDU-da imtahanları izlədi - FOTOLAR
16.01.2019, 13:53

Deputatlar, jurnalistlər və valideynlər BDU-da imtahanları izlədi - FOTOLAR

Putinə qarşı sui-qəsdin qarşısı alındı
16.01.2019, 13:43

Putinə qarşı sui-qəsdin qarşısı alındı

Cərimələrdən gizlənən sürücülərə əlavə cərimə yazılacaq - FOTO  
16.01.2019, 13:42

Cərimələrdən gizlənən sürücülərə əlavə cərimə yazılacaq - FOTO  

Bakıdakı küçələrdən birinə Fərman Salmanovun adı verildi
16.01.2019, 13:36

Bakıdakı küçələrdən birinə Fərman Salmanovun adı verildi

Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi
16.01.2019, 13:17

Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycanlı fitoterapevt “Cavanlıq içkisi” hazırladı - FOTO   
16.01.2019, 13:10

Azərbaycanlı fitoterapevt “Cavanlıq içkisi” hazırladı - FOTO  

65 vəzifə üçün müsahibənin vaxtı açıqlandı
16.01.2019, 13:02

65 vəzifə üçün müsahibənin vaxtı açıqlandı

Nazirlikdən ifrat təhlükəli hava XƏBƏRDARLIĞI: sabah bəzi yerlərdə işlər dayandırıla bilər   
16.01.2019, 12:45

Nazirlikdən ifrat təhlükəli hava XƏBƏRDARLIĞI: sabah bəzi yerlərdə işlər dayandırıla bilər  

Mehmanxanaya hücum zamanı 15 nəfər öldürüldü
16.01.2019, 12:37

Mehmanxanaya hücum zamanı 15 nəfər öldürüldü

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı
16.01.2019, 12:36

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı

İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi
16.01.2019, 12:33

İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!   
16.01.2019, 12:32

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!  

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi   
16.01.2019, 12:17

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi  

Ötən il 1250 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb
16.01.2019, 12:17

Ötən il 1250 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu   
16.01.2019, 12:09

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu  

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır” - ETİRAZ
16.01.2019, 12:06

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır- ETİRAZ

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi   
16.01.2019, 11:56

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi  

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər
16.01.2019, 11:55

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR
16.01.2019, 11:54

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 
16.01.2019, 11:50

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib
16.01.2019, 11:45

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Ermənistanın ən gənc deputatı – FOTOLAR
16.01.2019, 11:19

Ermənistanın ən gənc deputatı – FOTOLAR

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi
16.01.2019, 11:07

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı   
16.01.2019, 10:59

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı  

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu
16.01.2019, 10:57

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu

Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019, 10:55

nya daşnakları Qarabağa toplaşacaq

ARXİV