16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - QARABAĞ - İlham Əliyev: “2019 Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər”
İlham Əliyev: “2019 Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər”
24.12.2018, 20:51

"Ermənistanın işğalçılıq siyasəti onları ağır vəziyyətdə qoyub. Bu gün bunu həm dünya görür, həm də regionda baş verən hadisələr bunu göstərir. Ermənistanda uzun illər ərzində – iyirmi il ərzində hakimiyyəti zəbt etmiş kriminal rejim çökdü. Bunun başlıca səbəbi onların işğalçılıq siyasətidir. Çünki biz qarşıya vəzifə qoymuşduq ki, bu kriminal rejim çökməlidir və buna nail olduq. Bütün vasitələrdən istifadə edərək buna nail olduq. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Ermənistanda kriminal, rüşvətxor xunta rejiminin çökməsində bizim də payımız var. Ermənistanın kriminal rejiminin süquta uğramasında bizim hərbi qələbələrimiz də önəmli rol oynayıb. Xüsusilə, Aprel döyüşləri və ondan sonra bizim digər uğurlu əməliyyatlarımız nəticəsində Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən öz ordusu haqqında yaradılan mif tamamilə darmadağın edildi. Azərbaycan Ordusu, Azərbaycan əsgəri göstərdi ki, biz döyüş meydanında da qalib gəlirik. Bizim hərbi qələbələrimiz Ermənistanın kriminal rejiminin çökməsində xüsusi rol oynamışdır. Biz isə öz gücümüzü, qüdrətimizi artırırıq”. Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu gün Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.

 

“Nə qədər ki, torpaqlarımız işğal altındadır, ilk növbədə, biz onları təcrid vəziyyətində saxlayırıq və saxlayacağıq. Digər tərəfdən, Ermənistan iqtisadiyyatı üçün heç bir əsas yoxdur. Biz onları bütün regional layihələrdən təcrid etmişik və bu proses davam etdirilir. Ermənistanda iqtisadi vəziyyət çox ağırdır və bu il orada baş vermiş hadisələrin əsas səbəbi də səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır. Demoqrafik baxımdan Ermənistan çox ağır vəziyyətdədir. Bizdə olan məlumata görə, yenə də işğalçılıq siyasəti nəticəsində ölkədən ən azı bir milyondan artıq vətəndaş gedibdir, həmişəlik ölkəni tərk edibdir. Ümid edirəm, Ermənistan cəmiyyəti və Ermənistanın yeni rəhbərliyi başa düşəcək ki, ancaq Azərbaycan ilə münasibətləri normallaşdırandan sonra Ermənistanda hər hansı bir iqtisadi inkişaf ola bilər. Normallaşma torpaqlarımızın azad edilməsindən asılıdır və bunun əsas şərtidir",- deyə dövlət başçısı qeyd edib.

 

İlham Əliyevin sözlərinə görə, gələn il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər:

"Biz 2019-cu ilə qədəm qoyuruq və ümid edirik ki, bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Amma baxacağıq ki, vəziyyət necə inkişaf edir. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Biz, əlbəttə ki, xarici müstəvidə öz səylərimizi bu istiqamətdə artıracağıq. Bu il həm ikitərəfli təmaslar əsasında mən bir çox ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlarda və imzalanmış sənədlərdə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərilir və münaqişənin bu prinsiplər əsasında həll olunması tələb edilir. Eyni zamanda, Avropa İttifaqı ilə imzalanmış sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox ciddi bəyanatlar var. Yəni, həm tarixi, həm hüquqi əsaslar bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan iqtisadi və hərbi cəhətdən fərqli kateqoriyalarda olan ölkələrdir. Eyni zamanda, bölgədə gedən proseslər, bizim qonşu ölkələrlə münasibətlərimizin möhkəmləndirilməsi regionda vəziyyəti bizim xeyrimizə dəyişdirir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacaq. Hələ ki, bir şey demək tezdir, ancaq bir şey tam aydındır: biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur. Dağlıq Qarabağ və onun ətrafında yerləşən digər işğal edilmiş torpaqlar bizim əzəli, tarixi torpaqlarımızdır və bu, bu gün belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində o vaxt Azərbaycanda hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Biz bütün imkanlardan istifadə edirik ki, bu məsələ öz həllini tapsın. Ölkəmizin artan qüdrəti o günü yaxınlaşdırır ki, belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda tikilsin".


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu   
16.01.2019, 12:09

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu  

“Rəsulzadə ilə bağlı bu addım ölkə prezidentinin siyasi iradəsinə qarşı olan davranışdır”
16.01.2019, 12:06

“Rəsulzadə ilə bağlı bu addım ölkə prezidentinin siyasi iradəsinə qarşı olan davranışdır

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi   
16.01.2019, 11:56

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi  

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər
16.01.2019, 11:55

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR
16.01.2019, 11:54

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 
16.01.2019, 11:50

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib
16.01.2019, 11:45

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Ermənistanın ən gənc deputatı – FOTOLAR
16.01.2019, 11:19

Ermənistanın ən gənc deputatı – FOTOLAR

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi
16.01.2019, 11:07

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı   
16.01.2019, 10:59

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı  

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu
16.01.2019, 10:57

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu

Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019, 10:55

nya daşnakları Qarabağa toplaşacaq

Ağacları qanunsuz kəsənlər saxlanıldı   
16.01.2019, 10:53

Ağacları qanunsuz kəsənlər saxlanıldı  

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib
16.01.2019, 10:46

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı
16.01.2019, 10:31

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA
16.01.2019, 10:23

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı
16.01.2019, 10:18

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib
16.01.2019, 10:12

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu   
16.01.2019, 10:11

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu  

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu
16.01.2019, 10:02

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu

Ermənistan atəşkəsi 26 dəfə pozdu    
16.01.2019, 09:58

Ermənistan atəşkəsi 26 dəfə pozdu  

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək
16.01.2019, 09:35

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR   
16.01.2019, 09:25

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR  

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək
16.01.2019, 09:20

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ   
16.01.2019, 08:16

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ  

Manat və dollar bu gün hansı məzənnədə olacaq?
16.01.2019, 08:09

Manat və dollar bu gün hansı məzənnədə olacaq?

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı
16.01.2019, 00:59

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi
16.01.2019, 00:20

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi
16.01.2019, 00:11

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.01.2019, 23:51

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
15.01.2019, 23:41

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR

“Boko Haram”  daha bir şəhəri ələ keçirdi
15.01.2019, 23:18

“Boko Haram” daha bir şəhəri ələ keçirdi

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək
15.01.2019, 23:06

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO
15.01.2019, 22:50

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı
15.01.2019, 22:32

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır
15.01.2019, 22:14

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb
15.01.2019, 22:00

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb

Paşinyan gözlənilmədən Gürcüstana gəldi
15.01.2019, 21:39

Paşinyan gözlənilmədən Gürcüstana gəldi

Gələn aydan sayğaclara baxış keçiriləcək
15.01.2019, 21:22

Gələn aydan sayğaclara baxış keçiriləcək

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi
15.01.2019, 21:06

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi   
15.01.2019, 20:52

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi  

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə
15.01.2019, 20:46

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə

Bakıda külək ağacı maşının üzərinə aşırdı
15.01.2019, 20:30

Bakıda külək ağacı maşının üzərinə aşırdı

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı
15.01.2019, 20:19

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı
15.01.2019, 20:01

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı

37,1 milyard manatlıq məhsul satılıb...
15.01.2019, 19:37

37,1 milyard manatlıq məhsul satılıb...

Sabah Xətai qazsız qalacaq
15.01.2019, 19:31

Sabah Xətai qazsız qalacaq

Şamaxıda yol qəzası - ölən var
15.01.2019, 19:12

Şamaxıda yol qəzası - ölən var

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı
15.01.2019, 18:55

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı

Novruz Məmmədov tapşırıqlar verdi
15.01.2019, 18:42

Novruz Məmmədov tapşırıqlar verdi

ARXİV