Modern.az

“Türkiyə Fərat çayının şərqini terrorçulardan təmizləyəcək” - Çavuşoğlu

“Türkiyə Fərat çayının şərqini terrorçulardan təmizləyəcək” - Çavuşoğlu

25 Dekabr 2018, 12:35

“Türkiyə Fərat çayının şərqini terrorçulardan təmizləməkdə qərarlıdır”.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib. Nazir diqqətə çatdırıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “müdaxilə edəcəyik” açıqlamasından sonra, ABŞ Suriyadan çəkilməyə qərar verib:

 

“İndi bu çəkilmənin necə olacağı barəsində danışıqlarımızı hərbi və diplomatik səviyyədə davam etdiririk. Proses PYD-nin mövcud separatçı gündəliyinə xidmət etməməlidir. Bəlkə, ABŞ-ın YPG/PYD-yə dəstək verməsi problemi bu ölkənin Suriyadan çəkilməsi ilə kökündən həll olunar.

Türkiyə “girəcəyəm” deyərsə, həmin ərazilərə daxil olacaq. Amma ABŞ-ın çəkilmə prosesində bunu birlikdə koordinasiya edirik".

 

Xarici işlər naziri ABŞ Suriyadan çəkilənə qədər Münbiç yol xəritəsinin başa çatdırılması üçün Vaşinqton ilə razılaşdıqlarını deyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı