22 mart 2019, Cümə
Ana Səhifə - MÜSAHİBƏ - İstanbulda “Sarı gəlin” əfsanəsi reallaşır - FOTOLAR
İstanbulda “Sarı gəlin” əfsanəsi reallaşır - FOTOLAR +
25.12.2018, 20:53

 TÜRKAP  və Lady Radionun Başkanı İlhamə Novruzova: “Azərbaycandan Türkiyəyə gedərkən ən zor olanı seçdim”

 

TÜRKAP  və Lady Radionun Başkanı İlhamə Novruzova bu günlərdə Ərzurumda səfərdə olub. İ.Novruzova bir sıra maraqlı məqamlarla yadda qalan səfərlə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

- Ötən həftənin sonu Ərzuruma səfəriniz oldu. Nə ilə bağlı idi?

 

- Türk Dünyası Kadın Platformu (TÜRKAP) və Lady Radionun qurucuları – mən  və Zaid Nəhmətov düşündük ki, tədris ilinin yarısı geridə qalıb və deməli uşaqları sevindirməyin əsl vaxtıdır. Bu niyyətlə 21 dekabrda Ərzurumun Çat rayonuna üz tutdum. AK Parti Ərzurum İl Kadın Kollarının təşkilatçılığı ilə Dəyirmənli kəndindəki 40 şagirdə hədiyyələr verilməsində iştirak etmək üçün... Mən özəlliklə hədiyyə adlandırıram, çünki təşkilatların ya fərdi şəxslərin ehtiyacı olanlara 5 manatlıq nəsə vərərək, sonra bunu təmtəraqla reklam etməsini xeyriyyəçilik saymıram. “Yardım”, “nəzir” kimi sözlər məncə insanların qürurunu sındırır, xüsusən də uşaqların...Təsadüfi dəyil ki, AK Parti Ərzurum İl Kadın Kolları Başkanı Ayşe Deniz Çelik məktəblilərə ilk müraciətində bələ dədi: “Əzizlərim, biz öyrəndik ki, bu soyuq qış günlərində siz bir gün belə olsa dərsdən qalmırsınız, müəllimləri sevindirirsiniz, uğurlarınız, nailiyyətləriniz var, bir sözlə, çox ağıllı uşaqlarsınız. Və biz də bu ağıllı uşaqları görmək, yaxından tanış olmaq üçün yanınıza gəldik.”

Bu səmimi sözlər o qədər xoş təsir bağışladı ki...Aydın məsələdir ki, dağlıq kəndlərdə həyat heç də asan dəyil. Uşaqlar həqiqətən çox sevindilər. Ümumiyyətlə, TÜRKAPın devizi budur: “Hər şeyi sevgiylə et!”. Elə birliktə keçirtdiyimiz 2 saat ərzində uşaqların gözlərindən o qədər pozitiv enerji aldıq ki... Özü də minnətdarlıqdan doğan enerji deyildi bu... Ərzurumlu balacalar bizi nəsə gətirdiyimizə görə sevmədilər, onlar bütövlükdə saf və sevgi dolu idilər. Bu gözəl missiyanı həyata keçirməkdə bizə vəsilə olan AK Parti İstanbul millət vəkili, TBMM Diləkçə Komisyonu başkanı Mihrimah Belma Satıra özəlliklə təşəkkür edirəm. Ümumiyyətlə, “Şəhərdən kəndə” tipli belə hədiyyə (yardım deyil!) kampaniyaları vacib ənənəyə çevrilməlidir. Bu mərkəzdən uzaq kəndlərdə uşaqların gələcəyə inamını, təhsilə həvəsini xeyli artıra bilər. 

 

- Kənddən ayrılarkən nə düşündünüz?

 

- Açıqcası təəsüfləndim. Bu uşaqların yanında biraz da qalmaq istərdim. Bir də....Düşündüm ki, kaş büdcəmiz daha çox olardı. Yalnız bot, gödəkcə deyil, al-əlvan oyuncaqlar, qələmlər, dəftərlər alsaydıq...Axı uşaqlar dünyada hər şeyin ən yaxşısına layiqdirlər. Elə o niyyətlə ayrıldım ki, mən Dəyirmənli kəndinə və onların görüşünə mütləq bir də gələcəyəm. Ola bilər ki, TÜRKAP çərçivəsində maraqlı bir layihə ilə...Hətta bəzi detallar barədə Ayşə xanımla müzakirə də apardıq. Başqa bir önəmli məqam var-uşaqların Azərbaycan haqqında yetərincə məlumatlı olması...Hətta Qarabağ savaşı barədə belə bilirdilər. Təsəvvür edin–cəmi 5-10 yaşında uşaqlar...Ümumiyyətlə, Ərzurumla Azərbaycan arasında ortaq bağlar çoxdur. İndi bu bağları daha da möhkəmləndirmək, əlaqələri inkişaf etdirmək lazımdır. Məsələn, əfsanəvi “Sarı gəlin” mahnısı həm Azərbaycan, həm də Türkiyədə çox populyardır. Hətta türkcə versiyada mahnı “Ərzurum çarşı bazarı”, azərbaycancada isə “Saçın ucun hörməzlər” ilə başlayır...Ermənilərin çoxdandır ki, acgözlüklə özəlləşdirməyə çalışdığı bu mahnıya sahib çıxmaq məqsədi ilə eyni adlı maraqlı layihəni reallaşdırmaq, habelə qardaşlıq körpüsü həyata keçirmək effektli addım olardı. Beləcə Sarı gəlinin həm elmi, həm tarixi, həm də mədəni faktor olarak, məhz türk dünyasına mənsub olduğunu ortalığa qoyarıq. Amma icazənizlə nüansları hələ ki, gizli saxlayacağam (gülür)..

 

- Belə anladım ki, bir layihənin konturları artıq hazırdır. Bəs TÜRKAPın yaxın gələcəyə olan başqa planları nədir?

 

- Qarşıdakı əsas hədəf 2019-cu il üçün ölkələr üzrə prioritetlərin müəyyənləşdirilməsi və dövlətlərarası müştərək layihələrin təqdim olunmasıdır. Yeni ildə TÜRKAP adına ən azı 10-12 layihə reallaşdırmağı düşünürük. Onların hər birinin Platformamıza üzv 6 ölkədə: Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Qırğızıstan, Özbəkistanda yaxşı rezonans doğuracağına qətiyyətlə inanıram. Çünki təsis olunduğumuz müddətdən (5 sentyabr 2018 il) keçən dövr ərzində məhz bu istiqamətdə ciddi çalışdıq, səmərəli səfərlərimiz, iş görüşlərimiz oldu. Türkiyə Parlamentinin APA Qrup Başkanı Asuman Erdoğan, AK Parti Qurucularından olan Diləkcə Komisyon Başkanı Mihrimah Belma Satır və 10-ya yaxın fəal millət vəkili, bir çox aktiv qeyri-hökümət təşkilatları ilə TÜRKAPın qadın və uşaq haqları sahəsində qarşısına qoyduğu hədəflər və bu istiqamətdə həyata keçirilə biləcək layihələr barədə faydalı müzakirələr keçirdik. Azərbaycanda Parlamentin Vitse-spikeri Bahar Muradova və qadın millət vəkillərimiz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, TÜRKPA –nın Baş Katibi Altinbek Mamayusupov, Diasporla İş üzrə Dövlət Komitəsinin birinci müavini Valeh Hacıyevlə perspektiv layihələrdən danışdıq. Şimali Kipr Türk Respublikasının Birinci Xanımı Meral Akınçı, maliyyə naziri Serdar Denktaş, Daxili İşlər naziri Ayşegül Barbars, Çalışma və Sosial Güvənlik naziri Zeki Çelerlə və fəal qadınlarla görüşlərimizdə də TÜRKAP olaraq, həyata keçirəcəyimiz birgə projeləri diqqətə çatdırdıq. Qurucularımız, hər birimizi maraqlı təşəbbüsləri ilə motivə edən, ideyalar qaynağı, qadınlara dəstək verməklə cəmiyyətdə gözəl nümunə sərgiləyən Zaid Nəhmətov, işgüzar və hər əziyyətimizə qatlaşan Baş Katib Ülviyyə Abdullayevaya sərf etdikləri böyük əməyə, entuziazma görə o qədər minnətdaram ki...Çox böyük zəhmət çəkirlər. Bu arada doğma modern.az saytına və şəxsən Elşad Eyvazlıya da xüsusi təşəkkür düşür. Bir təşkilatın qurulması kənardan asan görünə bilər, əslində olduqca çətin prosesdir.

 

- Qısa zamanda belə güclü təşkilatlanma ilk növbədə böyük mənəvi resurslar, geclü ideyalar tələb edir. Bunu necə bacardınız? Bölüşmək istədiyiniz uğur düsturu varmı? 

 

(Gülür) Şəxsən mənə gəlincə, Azərbaycandan Türkiyəyə daşınmaq qərarımı asan vermədim. Amma həyatda həmişə ən zor başa gələni seçmişəm! Ümumilikdə isə böyük motivasiya, uğur düsturu məncə insanın gördüyü işin nəticəsinə inanmasıdır. Biz böyük Türk dünyasının qadınlarını mövcud və ortaq problemlərimizə çözüm tapmaq yolunda sevgi, mərhəmət, zəka çətiri altında birləşdirəcəyimizə əminik. Biz həmçinin türk toplumunun zəngin mənəviyyatını, mədəniyyətini, dünyaya nümunə ola biləcək ailə dəyərlərini yaymaqda israrlıyıq. TÜRKAP beləcə müxtəlif xalqların bir-birinə yaxınlaşması və təkcə qadınlara münasibətdə deyil, bütövlükdə mədəniyyətlərarası ünsiyyətin qloballaşmasında, Qərbdə Şərq qadını obrazına dair formalaşan bəzi yanlış stereotiplərin (ailədə hüquqsuz, cahil, təhsilsiz və s) aradan qaldırılması yolunda vacib addımlar atmağı planlayır. Çünki bəzən bu mövzuda bir ölkədən gələn səslər, edilən çağırışlar dünya miqyasında lazımi effekt vermir. Əslində bizim qadınların ailəyə bağlılığı, mənəvi dəyərlərə, adət-ənənələrə sayğısı, yalnız övladlarına deyil, nəvə-nəticələrinə də həsr etdiyi zaman, qayğıkeşlik bu sahədə həyata keçirilən projelərdə təməl daşı olmalıdır. Bu baxımdan uğurlu, dünyada tanınan rol-modellərimiz var: ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban Əliyeva və Türkiyənin Birinci Xanımı Əminə Ərdoğan kimi...Elə ailə institutu, uşaqların təlim-tərbiyəsi və s. bu qəbildən olan məsələlərdə direktivlər, layihələr adət edildiyi kimi əsasən qərbdən deyil, şərqdən-belə zərif, ailə dəyərlərinə sadiq, mərhəmətli, eyni zamanda bacarıqlı və uğur qazanmış qadınların dilindən eşidilməlidir. Zatən internetin, bəzi başdan-ayağa zərərli televiziya və radio verilişlərinin təsiri altında bir sıra dəyərlərimiz alt-üst olmaqdadır. Gecə həyatını, zərərli vərdişləri, cins dəyişkənliyini az qala norma olaraq, qəbul edənlər sabah bu bəlanın hər kəsin qapısını döyəcəyini unudurlar deyəsən...Efirdə üzünü dartdırıb, əzilib-büzülən kişilərin sayı artdıqca, gecələr barların önündə var-gəl edən qızlar çoxaldıqca, nə sağlam gələcəkdən danışmaq olar, nə möhkəm ailədən, nə də demoqrafik inkişafdan...Odur ki, şərqdən qərbə inteqrasiya olunacaq xeyli faydalı ideyalar və nümunələrimiz var. Biz qadınlar gec olmadan, səylərimizi birləşdirərək, onlara sahib çıxmalıyıq.  TÜRKAP bu hədəflə yola çıxıb.   

 

Və sonda...

Son sözünü heç deməyək, çünki yolumuz uzun, planlarımız isə o qədər çoxdur ki (gülür)...24 dekabr - Azərbaycanıın və dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq, hər bir azərbaycanlının Prezidenti İlham Əliyevin doğum günü idi. TÜRKAP və Avrasiyada ilk qadın radiosu olan LADY RADİO adından liderimizə “Çox yaşa!” deyirik.

 

 

Pərvin ARZUQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

Xəzərdə 4.5 ballıq zəlzələ oldu
21.03.2019, 21:45

Xəzərdə 4.5 ballıq zəlzələ oldu

Rusiyadan NATO açıqlaması
21.03.2019, 21:24

Rusiyadan NATO açıqlaması

Bakıda mebel sexi yanıb
21.03.2019, 21:10

Bakıda mebel sexi yanıb

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
21.03.2019, 20:52

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

ARXİV