16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - MÜSAHİBƏ - Tanınmış kinorejissor: “Bugünkü filmlər qeyri-peşəkarların əlindən çıxan “sabun köpüyü”dür” - MÜSAHİBƏ
Tanınmış kinorejissor: “Bugünkü filmlər qeyri-peşəkarların əlindən çıxan “sabun köpüyü”dür” - MÜSAHİBƏ
26.12.2018, 11:27

Elşən Məmmədov: “Belə mənasız filmlər və seriallarla irəli getmək olmaz”

 

Azərbaycan kinematoqrafiyası tarixində özünəməxsus yeri olan "Qara Volqa" filminin quruluşçu rejissoru Elşən Məmmədov Modern.az-a müsahibə verib.

Elşən Məmmədov 1964-cü ildə Goranboy rayonunun Nərimanlı kəndində anadan olub. 1983-1985-ci illərdə keçdiyi hərbi xidmətini başa vurduqdan sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunub. İnstitutda oxuduğu dövrdən 2002-ci ilə qədər “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi fəaliyyət göstərib.

Həmsöhbətimiz “Divar” (1991), “Özüm və zaman haqqında” (1991), “Fəryad” (1993),  “Qara Volqa” (1994), “Ümid” (1995), “Ağ-qara notlar” (2010) filmlərində rejissor kimi fəaliyyət göstərib. Özünün qeyd etdiyinə görə, 2009-2012-ci illər ərzində “ARB Aran” telekanalında (əvvəlki adı “El TV”) Sənədli filmlər qrupunun rəhbəri kimi çalışıb.

Elşən Məmmədovla söhbəti təqdim edirik: 

- Elşən müəllim, hazırda fəaliyyətiniz varmı?

- İşsizəm, uzun müddətdir. Bunun yeganə səbəbi filmlərin olmamasıdır. Kinorejissor üçün gərək film olsun ki, o da çalışsın, ortaya nə isə çıxara bilsin. Mən isə kino sahəsindən uzaqlaşmışam. 2012-ci ilə qədər televiziya sahəsində çalışdım. Sırf böyük kinoda artıq uzun müddətdir ki, işləmirəm.

- Bildiyimizə görə, bəzi seriallara rejissor kimi dəvət almısınız, amma imtina etmisiniz. Nəyə görə?


- İndiyə kimi bir neçə serialdan mənə təklif gəlib ki, rejissor kimi çalışım. Amma heç vaxt serial sahəsinə meyl etməmişəm. Çünki bizim hazırkı seriallarımız elə vəziyyətdədir ki, düşünürəm, peşəkar olaraq, özümü orada göstərə bilmərəm. Bu gün seriallarımızın həm dramaturji, həm də yaradıcı heyət baxımından zəif olduğunu etiraf etməliyik. Serialların çəkilməsində iştirak edən o qədər naşı insanlar var ki, onlara düzgün istiqaməti göstərmək belə, müşkül məsələdir. Naşı insanlar peşəkarlaşmaq istəmirlər. Serialların tərtibinə kənardan müdaxilələr çox olur. Bütün bunlar isə yaradıcılığa ziyan vuran məqamlardır. Ona görə, mənə teleseriallardan indi də iş təklifi gəlsə, imtina edərəm.

- Peşəkar bir rejissorun çəkdiyi filmin uğur qazanması üçün ən vacib şərt nədir?

- Uğurlu filmi ərsəyə gətirmək üçün ilk vasitə qaneedici səviyyədə maliyyə və texniki bazanın olmasıdır. Digər vacib məqam isə gözəl ssenaridir. Kino və teatr kimi incəsənətin önəmli sahələrinin bünövrəsi yüksək dramaturgiya üzərində qurulmalıdır. Təəssüf ki, bu gün görülən əksər ekran işləri heç də peşəkar dramturqların imzasını daşımır. Ona görə, çəkilən filmlərin səviyyəsi də yüksək olmur.

- “Qara Volqa” filmini yenidən çəksəydiniz, hansı səhnələri dəyişərdiniz?

- Bu filmi 1993-cü ildə çəkməyə başlayanda Azərbaycanda çox çətin dövr idi. Biz “Qara Volqa”nı çəkib, ərsəyə gətirənə qədər çox əziyyət yaşadıq. 10 ay davam edən çəkilişlərdən sonra film yekunlaşdı. “Qara Volqa”nı yenidən çəkmək şansım olsaydı, filmin təxmini 70 faizini məmnuniyyətlə dəyişərdim.  Amma hansı səhnələri necə çəkmək istədiyimi deyə bilmərəm.


- Bu gün Azərbaycan kinematoqrafiyası hansı səviyyədədir?


- Bu gün kinonun vəziyyətindən danışmaq çox ağırdır. Çünki kinomuz bu gün özünün çox çətin günlərini yaşayır. Bunu ürək ağrısı ilə deyirəm. “Azərbaycanfilm” Kinostudiyasının texniki, yaradıcı bazası çox bərbad vəziyyətdədir. Əvvəllər 2-3 min nəfər işçisi olan kinostudiyanın bu gün 25-30 nəfər çalışanı qalıb. Kinostudiyada film çəkilmirsə, deməli, kinomuzun durumu da acınacaqlıdır. Həyatını kinoya həsr edən insanlar kinomuzun bugünkü vəziyyətini daha yaxşı dərk edir, ürək ağrısı ilə izləyirlər. Kinomuzun həddindən artıq zəif olması millət, xalq olaraq, bizə böyük zərbədir. Kinomuza laqeyd yanaşırıqsa, deməli, tariximizə də laqeydik.

- Müasir filmlərə və seriallara baxırsınızmı? Nə çatışmır?

- Xeyr, bu gün çəkilən filmlərə, seriallara qətiyyən baxmıram. Çəkilən filmlərin 99 faizi sırf kommersiya məqsədli ekran işləridir. Sadəcə, pul qazanmaq xatirinə nə isə ekrana çıxarmağa çalışırlar. Düzdür, kino özü böyük biznesdir, gəlir qazanmaq olar. Amma belə mənasız filmlərlə, teleseriallarla irəli getmək mümkün deyil. Kinodan yaxşı gəlir əldə etmək üçün mütləq çəkilən filmləri ölkədən kənara çıxartmaq lazımdır. Amma müasir filmlərimiz xarici vizyona çıxarılacaq səviyyədə çəkilmir.

Qeyd etdiyim kimi film, kino sanballı dramaturgiya üzərində qurulmalıdır. Bugünkü filmlərin demək olar hamısı, qeyri-peşəkarların əlindən çıxan “sabun köpüyü”ndən başqa bir şey deyil. Bu filmlər hardasa 3-4 il sonra baxılası olmayacaq. Halbuki, bizim keçmiş filmlərimiz illərdir yaşayır, hər dəfə də eyni coşğu, maraqla izlənilir. 50-60 il əvvəl çəkilən “Görüş”, “Uzaq Sahillərdə”, “O olmasın, bu olsun” və s. filmlər hələ də çox böyük rəğbətlə qarşılanır. Çünki bu filmlərin təməlində dramaturgiya var, peşəkar, canını kinoya həsr edən insanlar çalışıb, onları ərsəyə gətirib. Həmin dəyərli ekran işləri hələ uzun illər sevilərək, izlənəcək.

- Kino sahəsini bu vəziyyətə gətirən səbəb nədir?

- Mən Azərbaycan kinosuna diqqət və qayğını görmürəm. Əsrin əvvəllərinə qədər dövlət büdcəsindən kino sahəsinə 5-6 milyon manata qədər pul ayrılırdısa, sonralar bu 1 milyon manata düşdü. Son ildə isə dövlət kino sahəsinə, ümumiyyətlə, vəsait ayırmadı. Bu da kinomuzun getdikcə zəifləməsinə səbəb olacaq hadisədir.   

- Rejissor kimi ən parlaq işlərinizə 90-cı illərdə imza atmısınız. O dövrlə indiki kinomuzu fərqləndirən nə idi?

 - O zaman da vəziyyət elə ürəkaçan deyildi. Amma kinostudiyada maraqlı filmlər ərsəyə gətirilirdi. Bu filmlərdə kinostudiyanın dəyərli əməkdaşları, istedadlı insanlar çalışırdılar. Kinomuz yaşayırdı. 90-cı illərdə Rasim Ocaqovun çəkdiyi filmlər, 2002-ci ildə Oqtay Mirqasımovun çəkdiyi “Ovsunçu” filmi o dövrə damğasını vurdu.

90-cı illərlə indiki dövrü fərqləndirən əsas cəhət qeyd etdiyim kimi, kino sahəsində peşəkarların öz yerini tutması idi. Kinonu dərindən bilən insanlar idi. Bu gün isə kinoya heç bir aidiyyəti olmayan insanlar film çəkir. Adam tanıyıram ki, başqa sahədə çalışıb, işdən uzaqlaşdırılıb, pul qazanmaq xatirinə kino çəkir. Hazırda təxmini 80 faiz kino çəkənlər elə bu vəziyyətdədir.

- “Fəryad”, “Ağ atlı oğlan” kimi filmlər hələ də müharibə mövzusunda çəkilən ən gözəl filmlərimiz sırasındadır. Son illər müharibə şəraitində yaşayan bir xalqın taleyini əks etdirən belə nümunəvi filmlər çəkilirmi?

- Mən bu siyahıya Gülbəniz Əzimzadənin quruluş verdiyi, 1995-ci ildə çəkilən “Ümid” filmini də əlavə etmək istəyirəm. Qarabağ mövzusuna aid çəkilən dəyərli ekran əsərlərindən ən sonuncusu isə 2012-ci ildə ekrana çıxarılan “Dolu” filmi oldu. Mən hesab edirəm ki, bu mövzuda filmlərin artırılmasına ehtiyac yoxdur.

- Nəyə görə?

- Qarabağ mövzusuna toxunmaq, bu istiqamətdə filmlər çəkmək olmaz. Hələlik tezdir. Çünki müharibə davam edir. Gözləmək lazımdır, müharibə bitsin, torpaqlarımız işğaldan azad olunsun, sonradan bu istiqamətdə yeni ideyalar, mövzular ortaya çıxacaq.

- Bəs siz, yenidən film çəksəniz, hansı mövzuya müraciət edərdiniz?

- Son dövrlər mənə daha yaxın olan sahələrdən biri olan komediya janrına üstünlük verirəm. Film çəkmək şansım olarsa, bunu dəyərləndirib, sanballı bir komediya filmi ərsəyə gətirmək istəyərəm. Açığı, mənim belə bir ideyam var idi, amma sponsor tapa bilmədiyimdən bunu reallaşdıra bilmədim. Lakin qeyd etdiyim kimi, əlimdə imkan olarsa, yenidən böyük kinoda dəyərli ekran əsərləri, müxtəlif məzmunlu filmlər ortaya qoymaq istəyərəm.


Aysel Aslan
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb”
16.01.2019, 11:48

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb”

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib
16.01.2019, 11:45

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Ermənistanın ən gənc deputatı – FOTOLAR
16.01.2019, 11:19

Ermənistanın ən gənc deputatı – FOTOLAR

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi
16.01.2019, 11:07

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı   
16.01.2019, 10:59

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı  

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu
16.01.2019, 10:57

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu

Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019, 10:55

nya daşnakları Qarabağa toplaşacaq

Ağacları qanunsuz kəsənlər saxlanıldı   
16.01.2019, 10:53

Ağacları qanunsuz kəsənlər saxlanıldı  

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib
16.01.2019, 10:46

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı
16.01.2019, 10:31

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA
16.01.2019, 10:23

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı
16.01.2019, 10:18

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib
16.01.2019, 10:12

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu   
16.01.2019, 10:11

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu  

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu
16.01.2019, 10:02

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu

Ermənistan atəşkəsi 26 dəfə pozdu    
16.01.2019, 09:58

Ermənistan atəşkəsi 26 dəfə pozdu  

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək
16.01.2019, 09:35

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR   
16.01.2019, 09:25

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR  

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək
16.01.2019, 09:20

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ   
16.01.2019, 08:16

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ  

Manat və dollar bu gün hansı məzənnədə olacaq?
16.01.2019, 08:09

Manat və dollar bu gün hansı məzənnədə olacaq?

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı
16.01.2019, 00:59

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi
16.01.2019, 00:20

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi
16.01.2019, 00:11

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.01.2019, 23:51

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
15.01.2019, 23:41

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR

“Boko Haram”  daha bir şəhəri ələ keçirdi
15.01.2019, 23:18

“Boko Haram” daha bir şəhəri ələ keçirdi

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək
15.01.2019, 23:06

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO
15.01.2019, 22:50

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı
15.01.2019, 22:32

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır
15.01.2019, 22:14

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb
15.01.2019, 22:00

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb

Paşinyan gözlənilmədən Gürcüstana gəldi
15.01.2019, 21:39

Paşinyan gözlənilmədən Gürcüstana gəldi

Gələn aydan sayğaclara baxış keçiriləcək
15.01.2019, 21:22

Gələn aydan sayğaclara baxış keçiriləcək

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi
15.01.2019, 21:06

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi   
15.01.2019, 20:52

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi  

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə
15.01.2019, 20:46

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə

Bakıda külək ağacı maşının üzərinə aşırdı
15.01.2019, 20:30

Bakıda külək ağacı maşının üzərinə aşırdı

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı
15.01.2019, 20:19

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı
15.01.2019, 20:01

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı

37,1 milyard manatlıq məhsul satılıb...
15.01.2019, 19:37

37,1 milyard manatlıq məhsul satılıb...

Sabah Xətai qazsız qalacaq
15.01.2019, 19:31

Sabah Xətai qazsız qalacaq

Şamaxıda yol qəzası - ölən var
15.01.2019, 19:12

Şamaxıda yol qəzası - ölən var

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı
15.01.2019, 18:55

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı

Novruz Məmmədov tapşırıqlar verdi
15.01.2019, 18:42

Novruz Məmmədov tapşırıqlar verdi

“ASAN”da konsulluq xidmətləri göstəriləcək
15.01.2019, 18:25

“ASAN”da konsulluq xidmətləri göstəriləcək

Prezident səfiri geri çağırdı
15.01.2019, 18:15

Prezident səfiri geri çağırdı

Mətbuat Şurası “Təzadlar”ı yenidən “qara siyahı”ya sala bilər
15.01.2019, 18:10

Mətbuat Şurası “Təzadlar”ı yenidən “qara siyahı”ya sala bilər

Dubayda “Azərbaycan Ticarət Evi” açıldı
15.01.2019, 18:00

Dubayda “Azərbaycan Ticarət Evi” açıldı

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI
15.01.2019, 18:00

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI

ARXİV