Modern.az

Ərdoğanın köməkçisi: “Qarabağda zalım işğal davam edir” - Ankarada təqdimatdan FOTOLAR  

Ərdoğanın köməkçisi: “Qarabağda zalım işğal davam edir” - Ankarada təqdimatdan FOTOLAR  

Aktual

26 Dekabr 2018, 13:54

Ankarada azərbaycanlı jurnalist Zemfira Məhərrəmlinin qələmə aldığı “Qarabağ Müharibəsi: zərif talelər” kitabına təqdimat keçirilib. Azərbaycan Xalq Cumhuriyyəti və Azərbaycan Ordusunun 100-cü ildönümü ilə əlaqədar çap edilən kitabın təqdimatını  2018 Hərəkatı təşkil edib.

Modern.az xəbər verir ki, Türk Tarix Qurumunda keçirilən tədbirdə Türkiyə Prezidentinin köməkçisi Yalçın Topçu, Ədalət və İnkişaf Pariyasının (AKP) deputatı Mətin Gündoğdu, AKP-nin  İstanbul millət vəkili və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki təhsil müşaviri Nəcibə Nəcibova, eks-deputat Sinan Oğan, Türk Tarix Qurumunun sədri Prof. Dr. Refik Turan, İLESAM sədri Mehmet Nuri Parmaksız, 2018 Hərəkatı Türkiyə təmsilçisi Saide Ekmen və başqaları iştirak edib.


Tədbirdə çıxış Yalçın Topçu bildirib ki, beynəlxalq təşkilatların qərarlarına rəğmən, dünyanın gözü önündə Qarabağın Ermənistan tərəfindən işğalına göz yumulub.


“Azərbaycanın əzəli torpağı Qarabağda BMT, ATƏT –in qərarlarına rəğmən zalım işğal davam edir. “Qarabağ Müharibəsi : zərif talelər” əsəri Qarabağdan bəhs edir. Buna görə Zemfira Məhərrəmliyə təşəkkür edirəm. Can Azərbaycanımıza qiyamətə qədər azad və müstəqil olaraq xoşbəxtlik arzulayıram”.

Azərbaycan ilə Türkiyənin tarixin hər dönəmində bərabər olduğunu vurğulayan AKP-li deputat Mətin Göndoğdu “Bu birlik eyni evin içində böyüyən, eyni dəyərləri paylaşan bir qardaşlıq birliyidir” deyib:

“Deputat olaraq parlamentdə, QHT platformalarında qardaşlığımızın əbədiyyən qüvvətli qalması üçün var gücümüzlə çalışırıq. Bilirik ki, bizim birliyimiz bir-birimizə qüvvət verir, qardaşlığımızın kökləri dərindədir. Qardaşlığımızdan narahat olanlara inad, bu qardaşlığımızı davam etdirməliyik”.

 

Türk Tarix Qurumununun sədri Refik Turan isə Türkiyə-Azərbaycan arasında olan münasibətlər üçün istifadə edilən “tək millət, iki dövlət” ifadəsininin dərin kökləri olduğunu deyib.

“Bundan 100 il əvvəl Nuru Paşa Qafqaz İslam Ordusnunun qazandığı Bakı zəfəri Azərbaycanımızın müstəqillik mübarizəsinin təməli olmuşdur. Dövlətlərimiz istiqlal mübarizələrini eyni dönəmdə veriblər. İstiqlala olan tutqunluq iki dövlətin tək milləti üçün ortaq nöqtələrdən biridir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı