Modern.az

Yazıçı Zahid Xəlilin qızı vəfat etdi

Yazıçı Zahid Xəlilin qızı vəfat etdi

27 Dekabr 2018, 10:12

Azərbaycan yazıçısı, uşaq şairi, filologiya elmləri doktoru, professor, Zahid Xəlilin (Xəlilov) qızı dünyasını dəyişib.

Modern.az xəbər verir ki, Z.Xəlilin qızı Şəlalə Nəbiyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və tədrisi metodikası kafedrasının dosenti olub.

Üç uşaq anası olan 45 yaşlı Ş.Nəbiyeva ağır xəstəlikdən əziyyət çəkib.

Qeyd edək ki, Zahid Xəlil hazırda ADPU-nun Ədəbiyyatın tədrisi metodikası kafedrasının müdiri işləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir