27 mart 2019, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Müşfiqli dünyanın təntənəsi  
Müşfiqli dünyanın təntənəsi  
27.12.2018, 14:29

“Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən

layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma

dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə

Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir.

Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi

bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiqin adı

1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin

rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır”.

İlham Əliyev

İnsan həyatı təlatümlərlə, eniş-yoxuşlarla, sevinc və kədərlə doludur. Hər bir bəşər övladı bu təzadlı həyat yollarından keçərək ya özünü təsdiq edir, ya da ki, hər bir mənada iz qoymadan yox olur.

...1908-ci il iyun ayının 5-də Bakı şəhərində, məşhur Dağlı məhəlləsində dövrünün görkəmli maarifpərvər ziyalılarından olan, pedaqoq, şair, dramaturq Mirzə Əbdülqadır İsmayılzadə Vüsaqının evində dünyaya yenicə göz açan körpə çığırtısı gəldi. Təbii ki, hər bir çağa dünyaya ilk dəfə göz açanda belə çığırtı labüddür. Lakin, bu körpənin çığırtı səsi, bağırtısı fərqli idi, kəsmək birmirdi durmadan, daha da ucadan gəlirdi. Sanki bu körpə oğlan uşağı həyata gəlməsinə üsyan edirdi. Sanki hiss edirdi ki, onu qarşıda çox məhrumiyyətlər, haqsızlıqlar, işgəncələr və dünyadan nakam köçmək gözləyir. Bəli, o, yanılmamışdı. Bütün sadaladığımlar onun alın yazısı idi. Uşaqlıqdan yetim qalmaq, ata-ana nəvazişindən məhrum olmaq, həbs, işgəncə, ölüm. Baxmayaraq ki, həyatının az da olsa xoşbəxt anları, misilsiz yaradıcılığı, həyat eşqi onu əbədiyaşar etdi. Qədim el misalında deyildiyi kimi, xeyirlə şər qardaşdır, qoşa irəliləyirlər.

Haqqında söz açacağım bu körpə sonralar 29 il ömür sürüb, ədəbiyaşarlıq qazanaraq, XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli, ən qüvvətli klassiklərindən birinə çevrilən, uşaqdan böyüyə, ahıllara qədər sevilən, hörmət və ehtiramla anılan şair, pedaqoq, tərcüməçi Mikayıl Müşfiqdir. Bu arada görkəmli nasir, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin şair haqqında dedikləri sözləri xatırlamaq istəyirəm: “Mikayıl Müşfiq Azərbaycan poeziyasında parlayan, çağlayan bir dağ şəlaləsidir. Onun dərin lirizmə malik poetik, romantik sənət inciləri milyonlarla insanın qəlbinə hakim kəsilərək, onu XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli klassiklərindən birinə çevirmişdir”.

Bəli, o, heç də hər bir ədibə nəsib olmayan klassik zirvəsinə yüksəlib. Özü də 29 yaşında. Bu, şair xoşbəxtliyi deyilmi?

Ədəbiyyata 1926-ci ildə “Bir gün” şeiri ilə gəlib. Əsərləri ilə o zaman yenicə formalaşmağa başlayan Azərbaycan sovet ədəbiyyatına yeniliklər gətirməklə böyük hadisəyə çevrildi. Sağlığında 10 kitabı - “Küləklər”, “Buruqlar arasında”, “Pambıq”, “Günün səsləri”, “Vuruşmalar”, “1 may”, “Şəngül, Süngül, Məngül ”, “Şerlər”, “Qaya”, “Kəndli və ilan” kitabları işıq üzü görüb. Sonuncu “Çağlayan” kitabının əlyazmalarından ibarət qovluq çap üçün nəşriyyatda olduğu zaman Müşfiq həbs olunduğu üçün bu kitab işıq üzü görə bilmir. O zaman nəşriyyatda çalışan bir əməkdaş,sonralar özü də repressiyaya məruz qalaraq həbs olunacaq gənc şair Əlirza Xızılı kitab qovluğunu aradan çıxarır və saxlamaq üçün dövrünün görkəmli ziyalılarından olan Şəmsəddin Abbasova ötürür. Ş.Abbasov Müşfiqin bəraətindən sonra onu nəşriyyata təqdim edir və 11-ci “Çağlayan” kitabı işıq üzü görür.

M.Müşfiqin yaradıcılığı çox geniş və rəngarəngdir. Yaradıcılığının ən məhsuldar dövrü keçən əsrin otuzuncu illərini əhatə edir. Onun lirik, romantik şeirləri, eləcə də vətən, torpaq, əmək, təbiət və s. şeirləri, həmçinin, uşaqlar üçün yazdığı əsərləri, tərcümə nümunələri oxucuda maraq doğurmaqla, onları düşündürür, şairin səslədiyi sənət dünyasına səyahətə aparır. Hər bir şerində, hər bir misrasında böyük məna, hikmət, fəlsəfə var. Onun əsərlərini oxuyanda bir daha əmin olursan ki, qəlbin, ruhun dili məhz Müşfiq şeirlərində, onun şeirlərinə yazılmış mahnılardır.

Müşfiq ilk növbədə gənclik şairi, məhəbbət, eşq şairidir. Onun sevgidən doğan romantik şeirləri, lirik hiss və duyğulardan yoğrulmuş misraları ülvi hisslərdən, dərin məhəbbətdən, tükənməz və sağlam eşqdən xəbər verir. “Həyat sevgisi”, “Gecə düşüncəsi”, “Yenə o bağ olaydı”, “Məhəbbət”, “Qurban olduğum” və s. şeirləri ülvi məhəbbəti tərənnüm edən ən qiymətli sənət inciləridir. Xalq şairi Nəriman Həsənzadənin təbirincə desək, təkcə Azərbaycan ədəbiyyatında deyil, heç bir xalqın ədəbiyyatında sevgiliyə “Qurban olduğum” ifadəsi işlədilməyib. Bu tapıntı məhz Müşfiqə məxsusdur. Çünki Müşfiq öz sevgisini, öz yarını saf, təmiz, ülvi məhəbbətllə sevir, onu sevə-sevə tərənnüm edirdi.

Uşaqların mənəvi dünyasına, onların psixologiyasına dərindən bələd olan şairin uşaq şeirləri ədəbiyyatımızda xüsusi yer tutur. Keçən əsrin 30-cu illərindən bu yana neçə-neçə nəsil, biz hamımız da Müşfiqin qələmə aldığı “Şəngül, Süngül, Məngül”, “Kəndli və ilan”, “Yağış”, “Qaya”, “Sındırılan saz” və s. şerləri ilə böyümüşük. Onlar uşaq ədəbiyyatının ən nadir incilərindəndir.

Öncə görməlik qabiliyyətini Müşfiqin şeirlərində görmək mümkündür. Onun “Telefon söhbəti” şeirində deyilir:

Əvət böylə qalmaz yarın bu ölkə

Fikrimi telefonda açarkən sənə

Həsrətlə baxdığım üzün də bəlkə

Uzaqdan-uzağa görünər mənə

Fikir versək görərik ki, məişətimizə daxil olan hazırda “video telefon ”, “Skayp” tərənnüm edilib.

Klassik ədəbiyyatımızı, mütərəqqi dünya və rus ədəbiyyatını əzbər bilməsi, ərəb, fars, türk, rus dillərinə mükəməl yiyələnməsi, onu bədii tərcümənin mahir tərcümanlarından birinə çevirib. Ə. Firdovsinin “Şahnamə” poemasında bəzi parçalar, Ö. Xəyyamın rübailəri, A.S.Puşkinin “Poltava” poemasından parça, “Qaraçılar” poeması, M.Y.Lermontovun “Şairin ölümünə”, “Demon” poeması, M.F.Axundovun”, A.S. Puşkinin ölümünə “Şərq” poeması”, T.Şevçenkonun “İşçi qadın” poeması, “Qafqaz”, “Vəsiyyət” və s. S.Y.Marşakın “Huşsuza bax huşsuza”, İ.P.Utkinin “Gecə çeşməsi” və s., əsərlər Müşfiqin yaratdığı qiymətli sənət inciləridir.

M. Müşfiq həm də nəğməkar şair kimi də sevilir. Gözəl musiqi duyumu olan, tar və pianoda gözəl ifa etmək bacarığına malik olan şair sanki şeirlərini musiqi üçün yazıb. Bu heç də təsadüfi deyil. Çünki ulu babası Aşıq Əliqulu, “Şah İsmayıl”, “Aşıq Qərib”, “Seyfəlmülk”, “Yusif və Züleyxa” operalarının müəllifi olmuş atası şair, dramaturq, pedaqoq Mirzə Əbdülqadir İsmayılzadə Vüsaqi də dərin musiqi duyumuna malik olub. Görünür, genetik kodlarla həm şeiriyyat, həm də musiqi Müşfiqə irsən ötürülmüşdür.

Zəmanəmizin görkəmli bəstəkarları Hacı Xanməmmədov, Səid Rüstəmov, Cahangir Cahangirov, Ramiz Mirişli, Ələkbər Tağıyev və başqaları Müşfiqin şeirlərinə ən gözəl mahnılar bəstələmişlər. Dünya şöhrətli müğənni Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Elmira Rəhimova, Məmmədbağır Bağırzadə, Nisə Qasımova və başqaları, eləcə də gənc müğənnilər sevə-sevə öz repertuarlarına Müşfiq şeirlərinə yazılmış mahnıları salmışlar. “Yenə o bağ olaydı”, “Oxu tar”, “Arzuya bax, sevgilim”, “Yadına düşdü”, “Qurban olduğum”, “Məhəbbət”, “Gözünə qurban”, “Yaşa könül”, “Səninçün” və s. ən çox sevilən, ifa olunan mahnılardır.

1929-cu ildə, yanvar ayının 12-də Bünyazadə adına Dövlət Türk Teatrosunda tarın ləğv edilməsinə dair məhkəmədə baş verənlərdən təsirlənən şair tarın müdafiəsinə qalxdı və “Oxu tar” şeirini yazdı:

Oxu tar, oxu tar!

Səni kim Unutar!

Ey geniş kütlənin şirini, şərbəti

Alovlu sənəti.

3 ay sonra 1929-cu ildə aprel ayının 29-da elə həmin bu binada məşhur tarzən Qurban Primovun 25 illik yaradıcılıq gecəsində vaxtilə tarı tənqid edənlər, Qurban Primovu Milli musiqi alətimiz olar “tarın atası” adlandırdılar.

M.Müşfiq şair kimi doğulmuşdu. O, başdan-ayağa istedad sahibi idi. Söz üçün kasadlıq çəkməzdi. Hazırcavab və zəngin dünyagörüşlü idi. O, sənətə gələn istedadsız şairləri qəbul etmirdi:

Şairə ilhamdan maya gərəkdir,

Anasız cocuğa daya gərəkdir.

Şairəm söyləyir yerindən duran

Adamın üzündə həya gərəkdir.

və ya

İstər bəstəkar ol, istər nəqqas ol,

Şair ol, rəssam ol, heykəltaraş ol!

Yaratdığın şeyi sevərək yarat

Hamıdan yüksək ol, hamıdan baş ol!

Müşfiq belələrinə deyirdi: “ Ya sənətkar ol, qal meydanda, Ya da ki, birdəfəlik tərk et!”

M.Müşfiq əsl türkçü idi. Onun məfkurəsində türkçülük, azad, müstəqil Azərbaycan dövləti və böyük Turan yuva salmışdı. Hüseyn Cavid, Əhməd Cavad kimi ustadlarla yaxınlıq Müşfiqi bu ideologiyaya yönəltmişdi. Hər iki ustad sənətkar Müşfiqə gələcəyin böyük şairi kimi baxır, onu sevirdilər. Hüseyn Cavidə Müşfiq həm bir müəllim, həm də ki, bir peyğəmbər kimi baxırdı. Ədəbi məclislərin birində H.Cavid fars dilində qəzəl söyləyərkən, Müşfiq həmin andaca onu Azərbaycan türkcəsində söyləyir. Bunu görən Cavid əfəndi deyir: “Müşfiq sən od-alovsan. Bir gün özün-özünü yandıracaqsan. Mən sənin üçün çox narahatam”. Söz Caviddən düşmüşkən bir tarixi epizodu xatırlamaq yerinə düşər. Günlərin birində H.Cavidlə Müşfiq nərd oynayır. Müşfiq oyunda Cavidi udur. Müşfiqin sevincək olduğunu görən Cavid əfəndi üzünü ona tutub təbəssümlə deyir: “Müşfiq, sen elə bilmə ki, Cavid əfəndi oyun bilmir, bilirəm. Lakin gələcək şeirimizin tacidarı olacaq bir şairə qalib gəlmək istəmədim”. Bəli, bu ən böyük ustad Cavid əfəndinin Müşfiqə verdiyi böyük qiymət idi.

Təbii ki, Müşfiq ətrafında baş verən hadisələrə biganə deyildi. ətrafında nələrin baş verdiyindən xəbərdar idi. Qara yellərin əsərək ona tuş gəldiyini hiss edirdi. Lakin o, öz yolundan, öz əqidəsindən dönmürdü:

Mən gəncəm, bilirəm istiqbalım var.

Hələ bədə olmamış bir hilalım var.

Yelkənim açılır, qara yel əsmə,

Mənim bu dəryada bir sandalım var.

Və ya

Ah, mən gündən–günə bu gözəlləşən

Işıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşınadan, necə əl çəkim?

deyirdi Müşfiq. O həm daxili, həm də xarici düşmənlərlə mübarizə aparırdı. “Tərtərhes” nəğmələri şerində şair daşnak ermənlərin sərsəm xəyallarını ifşa edirdi:

Bu nə yoldur, daşnaq yolu

Hər dərəsi qanla dolu.

Nə acıdır bunun adı

O dənizdən bu dənizə.

Deyib çıxdı sinəmizə

Bir tapdadı, bir doğradı

... Nə bağ qaldı, nə də bağban,

Qurşun, ölüm, atəş, duman

Yaxamızı parçaladı.

Bilən bilir, bu zülmətə,

Bu uğursuz fəlakətə

Kim əl çaldı, kim ağladı.

Əlbəttə ki, bu misralar da Müşfiqə baha başa gəldi. Ermənilər bunu şairə bağışlamadılar. 1 il sonra NKVD-də çalışan erməni daşnaklar şairin ölmünə fərman verdilər.

Müşfiqə ittahamlardan biri, onun Hüseyn Cavid, Əhməd Cavadla əlbir olması idi. Istintaq zamanı “Hüseyn Cavid onsuz da gedir. Onun əleyhinə nəsə yaz qurtul”- təklifinə Müşfiq: “Əgər sağ əlimlə Cavid əfəndinin əleyhinə nəsə yazsam, sol əlimlə onu baltalayaram”- deyə cavab verib. Bununla da o, öz ustadını, müəllimini satmadı, ona dönük çıxmadı. Müşfiqin bu hərəkəti Azərbaycan ədəbiyyatında, ictimai fikir tarixində bir mərdlik, kişilik mücəssiməsi kimi qalmışdır. Bugünki gənc nəsl üçün bu bir örnəkdir, deyilmi?

Tanrının verdiyi ömrü şərəflə yaşayan, adını əbədiyyətə yazan Müşfiq kimsəyə əyilmədi, ölümün üzünə dik baxdı, heç kimi satmadı, mərdi-mərdanə işıqlı dünyanı tərk etdi. Ürəklərdə və yaddaşlarda özünə məskən saldı.

Bu arada Müşfiqin bacılarının da fədakarlıqlarından, dəyanətindən söz açmaq yerinə düşər. Böyük bacısı Böyükxanımı aparmağa gələn NKVD işçilərindən paltarını dəyişmək bəhanəsilə izn istəyərək mətbəxə keçir, lampadakı ağ nefti üstünə tökərək, özünü yandırır. Ölüm ayağında olan Böyükxanım belə deyir: “Canım qurban olsun Müşfiqə. Mən özümü Sizə təslim etmərəm. Mən Müşfiqin bacısıyam”- deyə gözlərini əbədi yumur.

Kiçik bacısı Balacaxanımı istintaq zamanı “Xalq düşməninin bacısı adlandıran” müstəntiqin üstünə masa üstündəki mürəkkəb qabını atır. Sonucda 8 il həbs cəzası alaraq, Sibirə sürgün edilir. Həyat yoldaşı və uşağı həlak olur. Özü isə ömürünün son günlərini psixi sarsıntılarla keçərərək, Müşfiq deyə-deyə həyata vida edir.

... Bədxahları elə bildilər ki, Müşfiqi fiziki məhv etməklə, onu xalqın yaddaşından, ədəbiyyat tarixindən silə biləcəklər. Amma, yanıldılar. Özləri tarixin zibilliklərində məhv olurkən, Müşfiq yaşadı, insanların qəlbinə, xatirələrə köçdü.

Şairin adı əbədiləşdirildi. Böyük bir qəsəbə, neçə-neçə məktəb, küçə şairin adını daşıyır. Bakıda, Xızıda, Siyəzəndə şairə abidə qoyuldu. Kitabları yenidən çap edildi, neçə-neçə film, televiziya və radio verilişi ona həsr olundu.

Mən də bir jurnalst olaraq Milli televiziya və radiosunda verilişlər hazırladım, qəzetlərdə saytlarda yazılar dərc etdirdim.

Mikayıl Müşfiq xoşbəxt bir sənətkardır. Çünki, ona ümumxalq məhəbbəti, dövlət qayğısı vardır.

Azərbaycana rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev Müşfiq sənətinə və şəxsiyyətinə böyük dəyər verərək, onun yubleylərinin keçirilməsi üçün sərəncamlar vermişdir.

Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, elminə, incəsənətinə, sənət, sənətkara böyük qiymət verən respublika Prezidenti, cənab İlham Əliyev Mikayıl Müşfiqin adının əbədiləşdirilməsi üçün mühüm işlər görmüş və görməkdədir. Hələ 10 il öncə Müşfiqin anadan olmasının 100 illiyinin keçirilməsinə dair sərəncam verib. Həmin sərəncamla mühüm işlər görülmüşdür. Xızıda “Müşfiq ocağında” fəaliyyət göstərən xatirə muzeyinə dövlət statusu verilmiş, əsərləri çapdan çıxmış, marka işıq üzü görmüşdür və s.

2017-ci ilin fevral ayında cənab Prezidentin göstərişi ilə şairin Bakının, Yasamal rayonundakı, İnsaatçılar prospektindəki abidəsi ətrafında yenidən qurma, abadlıq işləri görülmüş, böyük bir ansambl yaradılmışdır.

2018-ci il may ayının 17-də M. Müşfiqin 110 illik yubleyinin keçirilməsi haqqında cənab Prezident sərəncam imzalamışdır.

Bir müddət öncə kütləvi-informasiya vasitələrində yer almış Müşfiqin sümüklərinin qalıqları ilə bağlı materiallara biganə qalmayan dövlət başçısı məsələnin araşdırılması üçün əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması haqqında göstəriş vermişdir.

Bütün bunlar cənab Prezidentin Müşfiq şəxsiyyətinə, onun sənətinə verilən ən yüksək dəyərin bariz nümunəsi deyilmi?

Prezident sərəncamına uyğun olaraq, respublikanın demək olar ki, bütün bölgələrində, o cümlədən, Bakıda, Xızıda, Siyəzəndə, Xaçmazda, Qusarda,. Qaradağda, Naxçıvanda yubiley tədbirləri keçirilmişdir. Azərbaycan Texniki Universitetində və digər elm təhsil, mədəniyyət ocaqlarında tədbirlər davam etdirilmişdir. Mənim təşəbbüsüm, aparıcılığımla Qaradağ rayon mədəniyyət mərkəzində, Rəşid Behbudov adına Mahnı teatrında keçirilən tədbirlər bütövlükdə videolentə alınaraq, AzTV-də yayımlanmışdır. Prezident Sərəncamına uyğun olaraq, Azərbaycan Televiziyasında 5, Milli radioda 3 veriliş işıq üzü görmüşdür.

Ilin son günlərində, dekabrın 26-da Azərbaycan Televiziyası çox böyük bir yubiley tədbirinə imza atdı. AzTV-nin təşkilatçılığı ilə Heydər Əliyev adına sarayda “Müşfiqli dünya”adlı ədəbi-bədii gecə keçirildi. Qətiyyətlə söyləyə bilərəm ki, bu tədbir möhtəşəm olmaqla, indiyə qədər keçirilən tədbirlərin zirvəsi oldu. Azərbaycan Televiziyası Müşfiqə Respublika Sarayını bəxş etdi. Müşfiq özünə, adına, şəxsiyyətinə haqq etdiyi və layiq olduğu qiyməti aldı. Çünki bu günə qədər Müşfiqin heç bir yubiley tədbiri və ya ona həsr olunmuş heç bir tədbir Respublika Sarayında keçirilməyib. Ona rəva bilinməyib.

Məhz, bu tarixi ədalətsizliyi AzTV aradan qaldıraraq, cənab Prezidentin sərəncamına, ölkə başçısının Müşfiqin sənətinə, şəxsiyyətinə bəslədiyi münasibət, verdiyi böyük dəyərə uyğun olaraq, belə bir möhtəşəm, maraqlı, gərgin və böyük zəhmət bahasına ərsəyə gələn tədbir düzənlədi. Dövlət adamlarının, ictimaiyyət nümayyəndələrinin, Müşfiqsevərlərin, şairin doğmalarının, hətta xarici ölkədən gələn qonaqların qatıldığı bu tədbir təxminən 3 saata yaxın davam etdi. Bu gözəl və rəngarəng tərtibat, peşəkar rejissor və yaradıcı kollektiv işi diqqət çəkirdi. S. Rüstəmov adına xalq çalğı alətləri orkestrı və Ə.Dadaşov adına xalq çalğı alətləri ansamblının müşayiətilə ifa olunan mahnılar bir harmoniya təşkil edirdi. Şairin 34 şeir nümunəsi və sözlərinə yazılmış 21 mahnı AzTV-nin gənc solistlərinin və xalq artistlərinin ifasında tamaşaçılarda xoş təəssürat yaratmaqla, onları sanki Müşfiqli dünyanın sehrinə apardı. Onlar, eləcə də bir tamaşaçı kimi mən poeziya ilə musiqi kəhkəşahında səyahətdə olduq. AzTV tamaşaçılara Müşfiq işığında poeziya və musiqi buketi ərməğan etdi. Zalda müxtəlif nəslin nümayəndələri, eləcə də gənc nəsl bir daha Müşfiq dünyasına baş vurdu. Tədbirin bir özəlliyi də o idi ki, heç bir müğənni təqdim olunmurdu. Təqdimat yalnız Müşfiq şeiri, şerlərinə yazılmış mahnılar oldu.

Tədbir efirdə yayımlandıqdan sonra milyonlarla tamaşaçı Müşfiq sənətinin sehrinə düşəcək. Bu isə şairin şeirlərinin təbliğinə, gənc nəslə çatdırımasında və onlarda ədəbiyyata, sözə, sənətə, musiqiyə maraq yaranmasında xüsusi əhəmiyyət kəsb edəcək. Həm də gənc nəsildə vətənpərvərlik duyğularının, öz vətəninə, xalqına məhəbbət və sevgi duyğularının aşılanmasında, onların estetik mədəniyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynadı. Tədbir poeziya, ədəbiyyat bayramı idi. Müşfiq sənətinin təntənəsi idi.

Məncə, Müşfiqin ruhu o əzəmətli sarayı dolaşırdı. AzTV Müşfiqi Müşfiqanə yad etdi. Ona bir növ mənəvi borcunu qaytarmağa çalışdı. Gənc həyatını bizim xoşbəxt gələcəyimiz üçün qurban verən Müşfiq məhz, belə hörmət, ehtirama, məhəbbətə layiqdir. Müşfiq işığında Azərbaycan Televiziyasına, onun rəhbərliyinə, şəxsən Arif Alışanova, yaradıcı heyətə, zəhmət çəkən hər bir kəsə dərin minnətdarlıq, təşəkkür düşür...

Yazıya nöqtə qoymaq istədiyim zaman xoş bir xəbər eşitdim. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq adına 18-№-li orta məktəbin həyətində şairin abidəsinin və xatirə löhvəsinin açılışı gözlənilir. Bir anlığa xəyalımdan bunlar keçdi. “Xəlqilə titrəyən, xəlqilə gülən, vətənçün yaşayan, vətənçün ölən bəxtiyar bir şair olan Müşfiq həqiqətən də xosbəxt bir sənətkardır. O, ən çox xatırlanan, ən çox oxunan, sevilən, ən qüdrətli, ən qüvvətli ustad sənətkardır”.

Yazımı Müşfiqin ölməz fikirləri ilə bitirmək istiyirəm: “İnsanın ömrü bir çiçəyin ömründən daha qısadır. Çiçək solur və tökülürsə, bu gün gülən, sevinən və sevdiyinin xəyalı ilə yaşayan bir insan da sabah bütün istək və arzularına əlvida edərək həmişəlik gözlərini yummağa məhkumdur. Kim bilir, bəlkə də qəbrinin üstündə yaşıl otların belə göyərmə ehtimalı yox! Lakin bu heç də qorxulacaq şey deyildir”.

Həyatda əbədi və daimi yaşamaq hər kəsin öz əlindədir. Cəmiyyət həyatı əbədi və ölməzdir. O, dalğalanan, daşan və inkişaf edən bir seldir ki, getdikcə yeni dalğalar əskilərini basaraq köpüklənir. Bu sel ölümsüz və sonsuzdur. Bu selin ağuşuna atılanlar və öz xüsusi həyatlarını cəmiyyət həyatına fəda edənlər üçün həyat əbədi və daimidir.

Ey böyük ustad, ölməz sənətkar ruhun şad olsun!


Qafar Əsgərzadə,
“Müşfiq” mükafatı laureatı, əməkdar jurnalist,
Pedaqogika üzrə fəlsəfə doktoru,
“Tərəqqi medalçısı”


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əfqanıstan Pakistandakı səfirini geri çağırıb
27.03.2019, 00:54

Əfqanıstan Pakistandakı səfirini geri çağırıb

Bakı-Tbilisi-Qars sərnişin qatarı Gürcüstanda test olunur
27.03.2019, 00:44

Bakı-Tbilisi-Qars sərnişin qatarı Gürcüstanda test olunur

Azərbaycanlıların soyqırımı günündə erməni təxribatı - FOTO
27.03.2019, 00:28

Azərbaycanlıların soyqırımı günündə erməni təxribatı - FOTO

Belarus-Rusiya münasibətlərində gərginlik
27.03.2019, 00:13

Belarus-Rusiya münasibətlərində gərginlik

Ərdoğanın təşəbbüsü YUNESKO-da müzakirə ediləcək
26.03.2019, 23:55

Ərdoğanın təşəbbüsü YUNESKO-da müzakirə ediləcək

Təhsil ekspertindən REKTORA: “Şəxsi qazanc gözlərini elə tutub ki...”
26.03.2019, 23:37

Təhsil ekspertindən REKTORA: “Şəxsi qazanc gözlərini elə tutub ki...”

“Komanda psixoloji cəhətdən çox yorğun idi” – Baş məşqçi
26.03.2019, 23:14

“Komanda psixoloji cəhətdən çox yorğun idi” – Baş məşqçi

Azərbaycan nefti bahalaşıb
26.03.2019, 22:57

Azərbaycan nefti bahalaşıb

Qanunu pozan suriyalılar Türkiyədən çıxarılacaq
26.03.2019, 22:41

Qanunu pozan suriyalılar Türkiyədən çıxarılacaq

Bakıda 19 yaşlı qız itkin düşüb - FOTO
26.03.2019, 22:27

Bakıda 19 yaşlı qız itkin düşüb - FOTO

Paşinyan naziri Moskvaya göndərib - SƏBƏB
26.03.2019, 22:13

Paşinyan naziri Moskvaya göndərib - SƏBƏB

Mişel Obama dünyanın ən populyar memuarını yazıb: 5 ayda 10 milyon satış
26.03.2019, 21:56

Mişel Obama dünyanın ən populyar memuarını yazıb: 5 ayda 10 milyon satış

Bir ayda 141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı
26.03.2019, 21:41

Bir ayda 141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı

Qara Qarayev prospekti sabah da nəqliyyat üçün qapalı olacaq
26.03.2019, 21:24

Qara Qarayev prospekti sabah da nəqliyyat üçün qapalı olacaq

Xətaidə zenit top mərmisi aşkarlandı
26.03.2019, 21:16

Xətaidə zenit top mərmisi aşkarlandı

Gəncədə avtoxuliqanlıq edən gənclər tutuldu - FOTO
26.03.2019, 20:59

Gəncədə avtoxuliqanlıq edən gənclər tutuldu - FOTO

Azərbaycan Ordusunun əsgəri şəhid oldu - FOTO
26.03.2019, 20:44

Azərbaycan Ordusunun əsgəri şəhid oldu - FOTO

Polis hava limanında həmkarını güllələdi
26.03.2019, 20:27

Polis hava limanında həmkarını güllələdi

ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
26.03.2019, 20:16

ABŞ İrana qarşı sanksiyalarını genişləndirib

“Mülki geyimli şəxslər FHN-nin növbədən çıxan əməkdaşları olub” - FHN rəsmisi
26.03.2019, 20:01

“Mülki geyimli şəxslər FHN-nin növbədən çıxan əməkdaşları olub” - FHN rəsmisi

“Əli İnsanovla görüşüb, müzakirə aparmışıq” - Eldar Namazov
26.03.2019, 18:14

“Əli İnsanovla görüşüb, müzakirə aparmışıq” - Eldar Namazov

“Qarabağ qaziləri”nə yeni sədr seçildi
26.03.2019, 18:03

“Qarabağ qaziləri”nə yeni sədr seçildi

İsveçdə “Tumurcuq” teatrının açılışı oldu   
26.03.2019, 17:49

İsveçdə “Tumurcuq” teatrının açılışı oldu  

Fransa mətbuatı Mehriban Əliyevanın səfərindən yazdı
26.03.2019, 17:40

Fransa mətbuatı Mehriban Əliyevanın səfərindən yazdı

Prezident metronun “Bakmil” stansiyasına getdi - FOTOLAR - YENİLƏNİB
26.03.2019, 17:26

Prezident metronun “Bakmil” stansiyasına getdi - FOTOLAR - YENİLƏNİB

Qarabağ Azadlıq Təşkilatı mitinq qərarı verdi
26.03.2019, 17:19

Qarabağ Azadlıq Təşkilatı mitinq qərarı verdi

Trampın Colan təpələrinə “qol qoyması” Qarabağın “gülünü açır”
26.03.2019, 17:05

Trampın Colan təpələrinə “qol qoyması” Qarabağın “gülünü açır”

Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq
26.03.2019, 16:34

Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq

FHN rəsmisi: “İlkin məlumata görə, “Diqlas”dakı yanğın gül dükanından başlayıb”
26.03.2019, 16:23

FHN rəsmisi: “İlkin məlumata görə, “Diqlas”dakı yanğın gül dükanından başlayıb”

Qonşusunun itini güllələdi, polisə düşdü
26.03.2019, 16:15

Qonşusunun itini güllələdi, polisə düşdü

Peyğəmbərin həyatı haqda kitabın tərcüməçisi İsa Əliyevin anım günü yaxınlaşır
26.03.2019, 16:05

Peyğəmbərin həyatı haqda kitabın tərcüməçisi İsa Əliyevin anım günü yaxınlaşır

1990-cı ildə Ermənistan Azərbaycana necə hucum etmişdi? - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO 
26.03.2019, 15:52

1990-cı ildə Ermənistan Azərbaycana necə hucum etmişdi? - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO 

26.03.2019, 15:42

"Ticarət mərkəzinin rəhbərliyi təhlükəsizlik qaydalarına əməl etməyib" - Nazirlik rəsmisi

Nazirliyin işçiləri üçün xarici dil kursları təşkil olunub
26.03.2019, 15:32

Nazirliyin işçiləri üçün xarici dil kursları təşkil olunub

Bu gün Avro-2020-nin seçmə mərhələsində II tura yekun vurulacaq - TƏQVİM
26.03.2019, 15:27

Bu gün Avro-2020-nin seçmə mərhələsində II tura yekun vurulacaq - TƏQVİM

23 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib
26.03.2019, 15:14

23 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

Sərdar Cəlaloğlu: “Nemət Pənahlının ziqzaqvari hərəkətləri hamıya məlumdur”
26.03.2019, 15:05

Sərdar Cəlaloğlu: “Nemət Pənahlının ziqzaqvari hərəkətləri hamıya məlumdur”

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından niyə uzaqlaşdırılıb? - “Açıqlama vermək fikrim yoxdur”   
26.03.2019, 14:54

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından niyə uzaqlaşdırılıb? - “Açıqlama vermək fikrim yoxdur”  

Bakıda orta məktəbdən oğurluq oldu
26.03.2019, 14:25

Bakıda orta məktəbdən oğurluq oldu

Zabratda avtomobil piyadanı vurub
26.03.2019, 14:15

Zabratda avtomobil piyadanı vurub

“O sahibkarların zərərini kim ödəməlidir?”
26.03.2019, 14:05

“O sahibkarların zərərini kim ödəməlidir?”

Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb
26.03.2019, 13:55

Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb

Uşaqlara qazlı su içirtməyin!
26.03.2019, 13:45

Uşaqlara qazlı su içirtməyin!

Gəncədə 19 yaşlı qız bıçaqlandı
26.03.2019, 13:36

Gəncədə 19 yaşlı qız bıçaqlandı

Tələbələr dəhşətli qəzaya düşdülər - 5 nəfər öldü
26.03.2019, 13:25

Tələbələr dəhşətli qəzaya düşdülər - 5 nəfər öldü

Novruz tətilindən sonrakı ilk iş gününün hava PROQNOZU
26.03.2019, 13:16

Novruz tətilindən sonrakı ilk iş gününün hava PROQNOZU

Nazirlik yanmış “Diqlas”ı sökür - AÇIQLAMA
26.03.2019, 13:05

Nazirlik yanmış “Diqlas”ı sökür - AÇIQLAMA

“Yanğın baş verən ərazidə oğurluq və soyğunçuluq halı qeydə alınmayıb” - Oruc Zalov
26.03.2019, 12:55

“Yanğın baş verən ərazidə oğurluq və soyğunçuluq halı qeydə alınmayıb” - Oruc Zalov

İraqlı şagird: “Bakıdan müsbət enerji aldım”
26.03.2019, 12:46

İraqlı şagird: “Bakıdan müsbət enerji aldım”

26.03.2019, 12:37

"Malları yanan iki sahibkarın  səhhəti pisləşib" - SƏHİYYƏ NAZİRLİYİ

ARXİV