Modern.az

Amerika Azərbaycan diasporu Konqresin qərarını pislədi

Amerika Azərbaycan diasporu Konqresin qərarını pislədi

11 Dekabr 2009, 16:55

ABŞ-dakı Azərbaycan diasporu ABŞ Konqresinin 2010-cu maliyyə ilində Dağlıq Qarabağa 8 milyon dollar həcmində yardım ayırması barədə qərarını pisləyib . Modern.az-ın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Azərbaycan-Amerika Şurasının (AAŞ) bəyanatında bildirilir ki, prezident B.Obama bu ilin mayında Azərbaycana və Ermənistana yardım göstərilməsinə dair təklifində Qarabağa heç bir ayrıca yardımın göstərilməsini nəzərdə tutmayıb. Lakin bu qərara baxmayaraq, amerikalı qanunvericilər erməni lobbisinin təzyiqi altında Ermənistana prezidentin təklif etdiyindən çox ($41 mln.) məbləğ ayrılmasını, eləcə də bilavasitə Dağlıq Qarabağa vəsait göndərilməsini qərar alıblar.

 

Bəyanatda bu, dünya iqtisadi böhranından əziyyət çəkən amerikalı vergi ödəyənlərin pullarını Ermənistan tərəfindən Azərbaycan ərazisində yaradılmış separatçı rejimi dəstəkləyənlərə göndərilməsi barədə qərar kimi dəyərləndirilir. «Qarabağda erməni separatçılarına birbaşa yardımın göndərilməsi barədə qərar Amerikanın Azərbaycanla və Cənubi Qafqaz regionu ilə münasibətlərində mövqelərinə də ziyan vurur, Qarabağ üzrə sülh prosesinə və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Amerikanın neytral mövqeyini də sarsıdır »-deyə sənəddə bildirilir.

AAŞ bu qərardan narahat olan amerikalı azərbaycanlılar adından Amerika qanunvericiləri daha balanslaşdırılmış mövqe tutmağa və ABŞ-ın öz maraqlarına ziyan vuran erməni lobbisinin təzyiqi altında Azərbaycanın ədalətsizcəsinə cəzalandırmasını dayandırmağa çağırır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi