Modern.az

“Azərişıq”a rekord sayda müraciət olub  

“Azərişıq”a rekord sayda müraciət olub   

28 Dekabr 2018, 12:01

“2018-ci il ərzində “Asan xidmət” və “Asan kommunal” mərkəzləri vasitəsi ilə "Azərişıq" ASC-yə 3000 sahibkar müraciət edib”.

Modern.az xəbər verir ki, bunu mətbuat konfransında “Azərişıq”ın Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli bildirib.

E.Rüstəmlinin sözlərinə ötən il bu rəqəm 1000 olub: "Bu il "Asan xidmət" və "Asan kommunal" mərkəzləri vasitəsi ilə "Azərişıq"a 40 min məişət abonenti müraciət edib. Ümumi müraciətlərin sayına gəlincə isə bu 203 min civarında olub ki, ötən il bu rəqəm 140 min olub. Gün ərzində 200-dən artıq müraciət qeydə alınır ki, onun da 30-35%-i Bakının payına düşür".

“Azərişıq” rəsmisi deyib ki, gələn il üçün 200-dən artıq kəndin elektrik enerjisi şəbəkəsinin yenidən qurulması nəzərdə tutulur. Bütün kəndlərsə 0,4 kVt-luk şəbəkələr qurulacaq:

"Hazırda "Asan Xidmət" mərkəzi vasitəsi ilə 13 xidmət göstərilir. Növbəti il üçün daha 2 xidmət bu siyahıya əlavə ediləcək və 15-ə çatdırılacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?