Modern.az

Suraxanı əhalisi kütləvi şəkildə müayinə olunur

Suraxanı əhalisi kütləvi şəkildə müayinə olunur

11 Dekabr 2009, 17:38

ARTIQ 20 MİN SAKİN MÜAYİNƏ OLUNUB, 1997 NƏFƏRDƏ MÜXTƏLİF XƏSTƏLİKLƏR AŞKARLANIB

 

Səhiyyə Nazirliyinin və Suraxanı rayon İcra Hakimiyyətinin

birgə təşkilatçılığı ilə bu rayonun əhalisinin tibbi müayinəsi həyata keçirilir. Məlumatı Modern.az-a Suraxanı rayon İcra Hakimiyyətindən veriblər. Bildiriblər ki, rayon əhalisinin müayinəsi İcra Hakimiyyəti rəhbərliyinin Səhiyyə Nazirliyinə müraciəti əsasında həyata keçirilir. 210 min nəfər əhalisi olan rayonda hamı həkim müayinəsindən keşməlidir.

Hazırda rayon əhalisinin müayinəsi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin mütəxəssislərinin nəzarəti altında həyata keçirilməkdədir. Suraxanı sakinlərinin dispanserizasiyası rayon üzrə dörd

tibb məntəqəsində-Bülbülə qəsəbəsindəki 24 saylı, Hövsan qəsəbəsindəki 23 saylı, Yeni Günəşli yaşayış sahəsindəki 31 saylı poliklinikalarda, Qaraçuxur qəsəbəsindəki 10 saylı Tibbi Sanitar Hissədə həyata keçirilir. Rayon sakinləri terapevt, nevropatoloq, okulist, LOR, cərrah, dermatoloq, allerqoloq, ginekoloq, endokrinoloqlar tərəfindən müayinə olunurlar. Bundan başqa, əhali  flüoroqrafik, EKQ, USM, laborator müayinələrdən keçirilirlər. Bakı Şəhər Baş Səhiyyə İdarəsinin məlumatına görə, artıq rayonun

20 minə qədər sakini tibbi müayinələrdən keçib. Onlardan 1997 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb.

4290 nəfər flüoroqrafik müayinədən keçib və onlardan 13-

də ilkin vərəm aşkarlanıb. Ümumilikdə, 144 nəfər xəstəlik profili üzrə hospitalizasiya edilib. Rayon sakinlərində əsasən stenokardiya, ürək çatışmazlığı, mədə xorası, uşaqlıq boynunun və döş vəzisinin xərçəngi kimi xəstəliklərə təsadüf edilib.

Maraqlıdır ki, Suraxanı ərazisində 13 tibb müəssisəsində çalışan 745 nəfər tibb işçisi də müayinədən keçirilib və onlar araslndan da 95 nəfərdə müxtəlif patologiyalar aşkarlanıb. 

Adəm QORXMAZ 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?