Modern.az

Beyləqanda Heydər parkını hissə-hissə satan icra başçısı kim olub? - Rəsmi AÇIQLAMA verildi

Beyləqanda Heydər parkını hissə-hissə satan icra başçısı kim olub? - Rəsmi AÇIQLAMA verildi

29 Dekabr 2018, 12:56

Dünən bir neçə KİV-də Beyləqan rayonundakı Heydər Əliyev parkının hissə-hissə satılması barədə məlumat yayılıb. Həmin məlumatlarda qeyd edilib ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 21 may 2001-ci il tarixli 18 nömrəli sərəncamına əsasən, sonradan Heydər Əliyevin adı verilmiş “Mədəniyyət və istirahət parkı”nın ərazisi ölçülərək müəyyən edilib ki, onun əhatə etdiyi sahə 4,21 hektardır. "Hazırda həmin park cəmi 2 hektar ərazini təşkil edir. Heydər Əliyev parkının ərazisi heç bir tikili olmadığı halda 30 bina sahəsi göstərilərək 3440 kvadrat metr park ərazisi Abdullayev Vahid Cəmil oğlunun adına qeyri-qanuni olaraq qeydiyyatdan keçirilib. Bundan başqa, qeyd edilən parkın ərazisindən Vahid Abdullayevin oğlu Asəf Abdullayevin adına 0,24 ha torpaq sahəsi verilib", məlumatda vurğulanıb.

 

Məsələ ilə bağlı Beyləqan rayon İcra Hakimiyyətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki,rayon sakini Zalov Lətif Məhəmməd oğlu və bir qrup şəxs tərəfindən Beyləqanın mərkəzində yerləşən Heydər Əliyev parkının bir hissəsinin sabiq icra başçısı Vaqif Abdullayev və Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı Ərazi İdarəsinin sabiq rəisi Aydın Ramazanov tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vahid və Asəf Abdullayevlərə satılması barədə Azərbaycan Prezidentinə ünvanlanmış kollektiv müraciət şikayətçilərin, eləcə də qeyri-yaşayış binası tikən sahibkarların iştirakı ilə yerində araşdırılıb.


Araşdırma zamanı müraciət müəllifləri, eləcə də ərazidə qeyri-yaşayış binası tikən hər iki sahibkar adı çəkilən ərazinin Heydər Əliyev  parkının ərazisinə aid olduğunu etiraf ediblər.


"Məlumat üçün bildiririk ki, elektron kadastr baza məlumatlarına uyğun olaraq Heydər Əliyev parkının əvvəlki ərazisi 4,21 hektar olmuşdur. Lakin sonradan rayon İcra Hakimiyyəti başçısının (İrşad Əliyev) 28 noyabr 2011-ci il tarixli, 190 nömrəli sərəncamına uyğun olaraq, Qarabağ Əlilləri və Şəhid ailələri üçün 6 mərtəbəli, 54 mənzilli yaşayış binasının tikintisi altına 0,70 hektar, rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 12 dekabr 2012-ci il tarixli, 170 nömrəli sərəncamına uyğun olaraq Beyləqan rayon Polis şöbəsinin inzibati binasının tikintisi altına 0,87 hektar, rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 30 oktyabr 2013-cü il tarixli, 195 nömrəli sərəncamına uyğun olaraq Abdullayev Asəf Vahid oğluna qeyri-yaşayış obyekti tikmək məqsədilə 0,24 hektar və rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 28 dekabr 2013-cü il tarixli, 244 nömrəli sərəncamına uyğun olaraq sahibkar Abdullayev Vahid Cəmil oğluna qeyri-yaşayış obyekti tikmək məqsədilə 0,344 hektar torpaq sahəsi ayrılıb.

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestri xidməti tərəfindən ​qeyri-yaşayış obyektinin tikintisi üçün istifadələrinə torpaq sahəsi ayrılmış Abdullayev Asəf Vahid oğluna 29.01.2014-cü il tarixdə RX seriyalı 0287659 nömrəli və Abdullayev Vahid Cəmil oğluna isə 30.07.2014-cü il tarixdə RX seriyalı 0434573 nömrəli çıxarışlar verilib.

 

Bununla yanaşı, parkın mövcud ərazisindən rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 26 aprel 2012-ci il tarixli, 53 nömrəli sərəncamına uyğun olaraq Heydər Əliyev Mərkəzinini tikintisi altına 800 kv.m, rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 12 fevral 2013-cü il tarixli, 42 nömrəli sərəncamına uyğun olaraq Gənclər Mərkəzinin tikintisi altına 810 kv.m, rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 29 dekabr 2013-cü il tarixli, 245 nömrəli sərəncamına uyğun olaraq Uşaq bağçasının tikintisi altına 1200 kv.m, rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev ) 29 dekabr 2013-cü il tarixli, 245a nömrəli sərəncamına uyğun olaraq Şahmat məktəbinin tikinti altına 286,82 kv.m, rayon İcra Hakimiyyəti başçısının (Vaqif Abdullayev) 14 oktyabr 2015-ci il tarixli, 111 nömrəli sərəncamına uyğun olaraq Bayraq Muzeyinin tikintisi altına 800 kv.m torpaq sahəsi ayrılaraq tikinti işləri aparılmış, bu səbəbdən də parkın istirahət məqsədilə nəzərdə tutulmuş ərazisi əhəmiyyətli dərəcədə azalmışdır.

 

Rayon İcra hakimiyyəti tərəfindən (Vaqif Abdullayev) 07 sentyabr 2018-ci il tarixdə, 1/181 nömrəli məktubla Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunaraq Heydər Əliyev adına parkın ərazisinin baş planının mövcud vəziyyətə uyğun işlənilməsi xahiş olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən parkın yeni baş planı hazırlanıb 2,30 hektar olduğu müəyyən edilmiş və ərazinin yeni baş planı elektron kadastr məlumat bazasına daxil edilmişdir".

 

Beyləqan rayon İcra Hakimiyyətindən daha sonra qeyd edilib ki, yayılan xəbərlər yeni icra başçısı Asif Ağayevin dövründə baş verməyib:

“Bu məsələlər Asif Ağayev icra başçısı təyin edilməzdən əvvəl olub. Məsələ ilə bağlı Asif Ağayev yeni icra başçısı təyin olunduqdan sonra müvafiq qurumlara məlumat verib”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi