Modern.az

Müəllim adına hörmət gətirən Kamal sahibi

Müəllim adına hörmət gətirən Kamal sahibi

Ədəbi̇yyat

29 Dekabr 2018, 20:21

Rektor Kamal Abdullaya


Qəbul otağına daxil olarkən qarşımıza belə bir sadə ünvan çıxır, nə akademik sözü, nə başqa elmi titul.

Həyatda hamı yaşayır, ancaq həyatı özəl, gözəl yaşamağı hamı bacarmır.

Biri var sözdə, biri də var işində, əməlində, ruhunda akademiklik olsun!

Daim müəllimlərin, tələbələrin yanında və ya arasında olan, onlara yüksək qayğı ilə, diqqətlə yanaşan, bizi hər zaman hörmətlə qəbul edərək dinləyən, kömək və yardım edən BÖYÜK İNSAN!

Kamal müəllim zəngin həyat təcrübəsiylə, Dədə Qorqud müdrikliyi ilə, kamil əməlləriylə, nəinki elmi, bədii yaradıcılığında, ictimai fəaliyyətində də sözün birbaşa mənasında alim olduğunu göstərir, o, eyni zamanda böyük şəxsiyyətdir, gənclərə örnəkdir. Baxaq öyrənək! “Alim olmaq asandır, insan olmaq çətin” deyimindən irəli gələn məntiqin gözəl nümunəsini biz Kamal müəllimin şəxsində aydın görə bilərik.

Kamal müəllim təhsil qurucusu kimi tələbələrin hər hansı bir istəyini, ehtiyaclarını diqqətlə nəzərdən keçirir və onlara arzu etdikləri mühiti yaradır. Universitetdə gənclərin təhsilinin yaxşılaşdırılması, onların keyfiyyətli tədrislə təmin olunmaları üçün bütün tədbirləri görür.

Müəllimlərin peşə hazırlığını artırmaqdan ötrü, onlarda  özünəinam hissinin formalaşması üçün elmi ezamiyyətlər təşkil edir, məqalələrin çap olunmasında yardım edir.

Kamal müəllimin xeyirxah əməlləri bunlarla bitmir. O, univesitetin bütün əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atır,  bütün bayramlarda onlara maddi yardım edilməsini diqqət mərkəzində saxlayır, mənəvi dəstəyini əsirgəmir. Bu sadəcə diqqət deyil, müəllim adına, zəhmətinə, əməyinə verilən böyük qiymət, müəllim adının  yüksəlməsinə xidmət edən bir addımdır.

Hörmətli Kamal müəllim! Biz də Sizin Həmrəylik gününüzü və  Yeni Təqvim İlinizi təbrik edirik, Sizə cansağlığı, gələn hər növbəti yeni ildə yeni-yeni  nailiyyətlər, yaradıcılıq uğurları arzulayırıq!

Nigar Haqverdiyeva,

ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin nəzdində Xarici dillər kafedrasının baş müəllimi  

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır