16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Sevgi və yurd həsrətindən yoğrulan şeirlər müəllifinə
Sevgi və yurd həsrətindən yoğrulan şeirlər müəllifinə
30.12.2018, 15:43

(esse-portret)

        
Bəri başdan deyim ki, bu sətirlərin müəllifi Əbülfət Mədətoğlu ilə şəxsən tanış deyil. Bir dəfə də olsun, göz-gözə kəlmə belə kəsməmişik. Mən onu yazılarından və “Ədalət” qəzetindən isə yaxşı tanıyıram. Əbülfət Mədətoğlunun doğum gününün – 60 illik yubileyinin yaxınlaşmaqda olduğundan da kütləvi informasiya vasitələrindən xəbər tutdum. Əvvəlcədən planlaşdırmadığım bu yazı da qəflətən içimdən keçdi. Bunu özümün mənəvi borcum bildim. Fasilə zamanı hava soyuq olduğundan iş yerimdə(Azərbaycan Televiziyasında) dəhlizdə var-gəl edərkən indi oxuduğunuz sətirlər özü-özünə sicilləndi.  

      
Əbülfət Mədətoğlunun yaradıcılığına bələd olan bütün peşəkarlar yaxşı bilirlər ki, onun şeirləri də, digər qələmə aldıqları da özünəməxsusdur, fərqlidir, təkrarsızdır. Ələlxüsus da, şeirlərinin nəinki hər bəndində, hətta, hər sətirində bir dastanın yükü var. İlk baxışdan adidən də adi təsiri bağışlayan bu şeirlər bir dünyadır, ümmandır. Elə ki, oxumağa başladın, sanki bulağın qarşısında dizini yerə atıb, ovucunla bal dadan su ilə doydum demək bilmədən iç dünyandakı yanğını söndürürsən. İnsana elə gəlir ki, bu sinədəftər şəxs bir anlığa da olsun sazımı, qopuzumu köksündən ayırmır. Ya da, ola bilər, qavala tapınır. Bəlkə də, həmin səbəbdən bütün qələmə aldıqları yüzə-yüz sinədən gəlir.

      
Yazılıb qismətim sınıq qələmlə

Süslənib hər sözüm qəmlə, ələmlə...

Boynuma biçilmiş ağır şələmlə -

Gəlirəm...

     
Onun hər bir şeri insanlıq zirvəsinə uzanan nərdivandı. İlk baxışdan bəllidir, dayazlıqdan çirginir. Məncə, çöhrəsindəki tükənməz nura, bəlkə də, Günəşin özü belə həsəd aparır. Təbiət bu çöhrəyə birə-bir hopub desəm, inanıram ki, yanılmıram. Halallıq, saflıq arşınıdır. Onun təmənnasız insan olmağı qənaətində də Mahir Qabiloğlu ilə  tam şərikəm. Əbülfət müəllimin yaradıcılığının ən başlıca xüsusiyyətlərindən biri də Azərbaycan dilinə yeni nəfəs verməsində, bircə bəndlik şeirində belə dilimizin şəhdi-şirəsini ortalığa qoymaq məharətindədir. Onun təhkiyəsi doğmadan da doğmadır. Köksündəki sarı simlər qətiyyən kökdən düşmür. Əbülfət Mədətoğlunun şeirləri mükəmməl fəlsəfə dərsliyidir. Onun sözlərdən hördüyü divardan o yana boylana bilsən, insanlıq dünyası ilə üz-üzə qalacaqsan, bu, şəksiz belədir.

    
Əbülfət Mədətoğlu qismən təskinliyi də məhz sözdə tapan, sözü özünə arxa bilən kəslərdəndir.  Onu ovundurmağa cəhdin özü belə əbəsdir…

       
Allah, yoruldum daha,

Dincəlmək keçir içimdən…

Yır-yığış eləyən ruhum –

Sakitcə köçür içimdən!

       
Nə qədər özünə təlqin eləsə də, özü də əzbər bilir ki, qətiyyən tək deyil! Yuvası saya gəlməyən qəlblərdir, xeylisi də şəxsən tanımadığı soydaşlarının. Perik düşdüyü doğma yurdunun hənirinə bənddi…

         
         Bu dünyada

         Tug adlı bir dag

         kəndi var

         şəlaləsi,

         meşələri,

         bulaqları

         və bir də

        Nilufər çiçəyilə

        Kənd uşaqlarının

        payına düş

        hər nə varsa,

       mənim də

       canıma-qanıma

       hopub orada.

     
Gülümsəməyindən belə ağrı əskilməyən, kədəri tərləyən dostumuz nə qədər tıncıxsa da, iç dünyasının dərinliyində bütün məcburi köçkünlər və didərginlər təkin günlərin birində onun da yurd həsrətinə son qoyulacağına ümidi öləzimir. Bunu boynuna almasa da. Axı, bu müdrik insana da bəllidir ki, ümid heç vaxt gömülmür.  Əslində, onu çalxalayan, kirkirədən keçirən sadəcə tezliklə yurduna qovuşmaq istəyi deyil, ilk növbədə genində yoruldum demədən var-gəl eləyən türk qeyrətidir.

     
Bu danılmaz məntiqdir ki, bəşər övladının araya-ərsəyə gətirdiyi say-seçmə nə varsa, hamısının közü sevgidəndir. Bu baxımdan Əbülfət Mədətoğlu yaradıcılığı da istisna deyil.   Onun şeirlərinin şah damarında eşq cövlan eləyir, birmənalı şəkildə. Bu nəzm nümunələri Əbülfət Mədətoğlunun məhəbbətinin Tanrı biçimində olduğuna heç bir şəkki-şübhə yeri qoymur.

       Ay Məcnun, ay Kərəm, ay insafsızlar,

      Mənə bu qapını siz göstərdiniz…

      Məni açıq-aşkar oda salanlar –

      İndi də “döz!” deyib gözlədirsiniz…

        
Əbülfət müəllimi şairlik cığırına yönəldən, qələmə bərk-bərk sarılmağa sövq edən də, elə, məhz sevgi olub. Onu əksər yazarlardan fərqləndirən isə gədikləri aşa-aşa Məhəmmət Füzulinin eşq zirvəsinə yan ala bilməsidir. Sözə, ünə çevrilən Məhəbbət.  Əbülfət Mədətoğlu sözün birbaşa anlamında sevgi elmi üzrə azman alimlər cərgəsindədir. Məhəbbət şeirləri körükləməkdə, bəlkə də, rekord ona məxsusdur, hamısı da bahar ətirli, tazə-tər. Sevgi ilə əlbəəl günlərini kiridir, daxilindən pərvazlananları nəzmə, imtahana çəkir yoruldum demədən… Bu yolda Tanrı ondan kəramətini əsirgəməsin!

       
Əbülfət Mədətoğlu yaradıcılığı dəryadır, ucsuz-bucaqsız. Nə qədər dərinə baş vursan, ha əlləşsən də, xeyri yoxdur, onsuz da sahilə yön almağa bir ömür yetməz. Mən də həmin məntiqə söykənərək, iç dünyamdan qaynaqlananlara nöqtə qoymağın məqamı yetişdiyi qənaətindəyəm.  Zənnimcə, onun yaradıcılığının düşünən beyni yurd həsrəti, çırpınan qəlbi isə sevgidir, desək, məncə yanılmarıq. İç dünyandan sevgi közü əskilməsin qardaş, bir də sənə (Sizə) sevinc göz yaşlarınla doğma yurdunu leysana qərq eləməyi arzulayıram.  Bu qələmə aldıqlarımı da Tuğa yetişəcəyin günün uzaqda olmadığının müjdəsi kimi qəbul elə! 60 illik yubileyin mübarək, çöhrəndəki o tükənməz nur əskilməsin!


Azad Müzəffərli
əməkdar jurnalist


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu   
16.01.2019, 12:09

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu  

“Rəzulzadə ilə bağlı bu addım ölkə prezidentinin siyasi iradəsinə qarşı olan davranışdır”
16.01.2019, 12:06

“Rəzulzadə ilə bağlı bu addım ölkə prezidentinin siyasi iradəsinə qarşı olan davranışdır

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi   
16.01.2019, 11:56

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi  

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər
16.01.2019, 11:55

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR
16.01.2019, 11:54

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 
16.01.2019, 11:50

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib
16.01.2019, 11:45

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Ermənistanın ən gənc deputatı – FOTOLAR
16.01.2019, 11:19

Ermənistanın ən gənc deputatı – FOTOLAR

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi
16.01.2019, 11:07

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı   
16.01.2019, 10:59

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı  

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu
16.01.2019, 10:57

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu

Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019, 10:55

nya daşnakları Qarabağa toplaşacaq

Ağacları qanunsuz kəsənlər saxlanıldı   
16.01.2019, 10:53

Ağacları qanunsuz kəsənlər saxlanıldı  

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib
16.01.2019, 10:46

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı
16.01.2019, 10:31

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA
16.01.2019, 10:23

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı
16.01.2019, 10:18

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib
16.01.2019, 10:12

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu   
16.01.2019, 10:11

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu  

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu
16.01.2019, 10:02

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu

Ermənistan atəşkəsi 26 dəfə pozdu    
16.01.2019, 09:58

Ermənistan atəşkəsi 26 dəfə pozdu  

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək
16.01.2019, 09:35

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR   
16.01.2019, 09:25

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR  

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək
16.01.2019, 09:20

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ   
16.01.2019, 08:16

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ  

Manat və dollar bu gün hansı məzənnədə olacaq?
16.01.2019, 08:09

Manat və dollar bu gün hansı məzənnədə olacaq?

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı
16.01.2019, 00:59

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi
16.01.2019, 00:20

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi
16.01.2019, 00:11

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.01.2019, 23:51

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
15.01.2019, 23:41

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR

“Boko Haram”  daha bir şəhəri ələ keçirdi
15.01.2019, 23:18

“Boko Haram” daha bir şəhəri ələ keçirdi

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək
15.01.2019, 23:06

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO
15.01.2019, 22:50

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı
15.01.2019, 22:32

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır
15.01.2019, 22:14

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb
15.01.2019, 22:00

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb

Paşinyan gözlənilmədən Gürcüstana gəldi
15.01.2019, 21:39

Paşinyan gözlənilmədən Gürcüstana gəldi

Gələn aydan sayğaclara baxış keçiriləcək
15.01.2019, 21:22

Gələn aydan sayğaclara baxış keçiriləcək

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi
15.01.2019, 21:06

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi   
15.01.2019, 20:52

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi  

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə
15.01.2019, 20:46

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə

Bakıda külək ağacı maşının üzərinə aşırdı
15.01.2019, 20:30

Bakıda külək ağacı maşının üzərinə aşırdı

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı
15.01.2019, 20:19

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı
15.01.2019, 20:01

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı

37,1 milyard manatlıq məhsul satılıb...
15.01.2019, 19:37

37,1 milyard manatlıq məhsul satılıb...

Sabah Xətai qazsız qalacaq
15.01.2019, 19:31

Sabah Xətai qazsız qalacaq

Şamaxıda yol qəzası - ölən var
15.01.2019, 19:12

Şamaxıda yol qəzası - ölən var

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı
15.01.2019, 18:55

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı

Novruz Məmmədov tapşırıqlar verdi
15.01.2019, 18:42

Novruz Məmmədov tapşırıqlar verdi

ARXİV