Modern.az

Ağdam Çörək Muzeyinə həsr olunmuş kitab işıq üzü görüb

Ağdam Çörək Muzeyinə həsr olunmuş kitab işıq üzü görüb

Mədəni̇yyət

21 Noyabr 2011, 13:56

“İndi əlinizdə tutduğunuz bu kitabı vaxtilə qədimliyi, gözəlliyi ilə seçilən Azərbaycan şəhərlərindən biri haqqında bütöv bir oda da adlandırmaq olar, elegiya da. Çünki bu kitab sizə o şəhəri – Ağdamı həm ulu, zəngin və möhtəşəm dünəninə görə öyə-öyə tanıdır, həm də onun işğal altında inləyən əsir yurda, qorxunc bir viranəyə çevrildiyi bugününə ağı deyir”.

Bu sitat Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin kitaba yazdığı  ön sözdən götürülüb.

Bir illlik fəaliyyətin, gərgin axtarışın nəticəsi olaraq  “Ağdam Çörək Muzeyi: dünəni, bu günü və sabahı” adlı tədqiqat kitabı bu günlərdə işıq üzü görüb. 

Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqlinin müəllifi olduğu kitabda dünyada ikinci, keçmiş SSRİ məkanında birinci olan muzeyin  formalaşması və fəaliyyəti dövrü faktlar əsasında  təhlil edilir.

Təhlillərdə muzeyin yaradıcısı olmuş şəxslərin fikir və mülahizələri də yer almışdır. Kitaba dünya çörək muzeyləri  və  muzeyin xatirə kitabları haqqında geniş material da daxil edilmişdir. Tanınmış yazıçı Fəxri Uğurlunun redaktoru olduğu kitabın məsləhətçisi isə əməkdar mədəniyyət işçisi  Çimnaz Əliyavadır.

Qeyd edək ki, muzey açılışı  28 il əvvəl, 1983-cü ilin noyabrın 25-də keçirilib.

Kitab Söz Azadlığını Müdafiə Fondunun və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı və dəstəyi ilə nəşr olunub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür