Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasındakı növbəti təqdimatı 31 dekabr tarixində baş vermiş o məşhur hadisəni əks elətdiri.
Zaman - 31 dekabr 1989-cu il... Məkan - Naxçıvan Muxrtar Respublikası – İranla sərhəd..
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədlərinin dağıdılması zamanı qoyulub. İranla ozamankı Sovet Azərbaycanı arasında sərhədlərin sökülməsini əks etdirən bu şəkildə
uzun illər bir-birilə görüşə həsrət qalmış o taylı-bu taylı qardaşlar görüşüb-öpüşürlər.
O zaman “Berlin divarı”nın sökülməsi bütünlükdə dünyada yeni bir dəyişikliyə, tendensiyaya səbəb oldu, parçalanmış xalqların birləşməsi gündəmə gəldi. Parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı.
1989-cu ildə Azərbaycanda - Naxçıvan Muxrtar Respublikasının İranla sərhəddində o taylı-bu taylı azərbaycanlılar tikanlı sərhəd məftillərini söküb bir-birinə qovuşdular...
A.Qorxmaz