Modern.az

Rəşad Məcid “Sirr”i açdı  

Rəşad Məcid “Sirr”i açdı   

2 Yanvar 2019, 16:35

Adətən Facebook-da az hallarda status yazan Yazıçılar Birliyinin katibi, ”525-ci qəet”in baş redaktoru Rəşad Məcidin son günlərdəki aktivliyinin səbəbi bəlli olub.

O, sonuncu statusu ilə bu sirri açıb.

Modern.az-ın məlumatına görə, Rəşad Məcid “Qələmsiz yazılanlar” kitabını tamamlayırmış. O, bu haqda belə deyir:


“Orxan Pamukdan fb statusları barədə soruşanda tərəddüdlə cavab vermişdi: "Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm".

Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək!

Bəzən sosial şəbəkə statuslarını "fastfood" yeməklərə bənzədirəm! Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı və razılaşmalıyıq!

10 ildir ki, “feysbuk”dayam! Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün kitabın və klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam! Axı dövr, zaman dəyişir və min illik ədəbi məhsulları barmaq boyda “yaddaş”a yerləşdirib özünlə daşıya bilərsənsə…

Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən də qaçhaqac həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni fb statss - esselərin yazılmasına səbəb olur! Ona görə zaman keçdikcə, geriyə çevirib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm də sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır…

Günün birində aglıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə də bəlkə ilki mən edim!? - deyə düşündüm. Beləcə, bu ideyanın gerçəkləşməsinə doğru ilk addım atdım! Son günlərin ardıcıl statuslarının sirri də burdaydı! Bayram günlərindən istifadə edib “Qələmsiz yazılanlar” kitabını tamamlayırdım! Sizi yordumsa üzürlü sayın!!”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi