İran prezidenti Həsən Ruhani, İranın səhiyyə naziri Həsən Qazizadə Haşiminin büdcə müzakirələri səbəbilə təqdim etdiyi istefasını qəbul etdi.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani, Haşiminin 26 dekabrda təqdim etdiyi istefasını qəbul edərək ,yerinə nazir vəzifəsini icra etmək üçün Səid Nimekini təyin edib.