Modern.az

Türkiyə və Azərbaycan məktəbləri dostlaşdı - FOTOLAR

Türkiyə və Azərbaycan məktəbləri dostlaşdı - FOTOLAR

4 Yanvar 2019, 13:18

“Oğlum Azad və sinif yoldaşları Ərzincandakı bir məktəblə “məktub dostluğu”na başlamışdı.
Evdə Azadın bu məktublaşmadan necə sevindiyini görüb, Azərbaycanla da belə bir layihənin gerçəkləşə biləcəyini düşündüm.
Oğlumun müəllimi Yasemin Özkan Erdoğanla mövzu ilə bağlı danışdım. Amma içimdə özümü mənfi cavaba da hazırlamışdım.
“Çok muhteşem olur. Çok mutlu olurum" - müəllimə söylədi”.


Bu sözləri Modern.az saytına Ankarada yaşayan tanınmış azərbaycanlı jurnalist, “525-ci qəzet”in keçmiş əməkdaşı İlhamə Qasımlı bildirib.

O, Türkiyə və Azərbaycan məktəbləri arasında gerçəkləşdirməyə başladığı layihə barədə saytımıza daha ətraflı danışıb:

“Müəllimimizin təpkisi Azadın sinif yoldaşlarının Azərbaycanla əlaqələrinin başlanğıcında ilk addım oldu.
Bundan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla danışıb mövzuyla bağlı dəstək verməsini xahiş etdim.
Bir müddet sonra müsbət cavab aldım:
“Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta məktəbdə Aişə Rüstəmzadənin sinif rəhbəri olduğu 2C sinfinin şagirdləri ilə Ankara Mamak Ali Kuşçu ilkokulunun 2D sinif şagirdləri arasında “məktub dostluğu layihəsi”nə müsbət cavab verildi”.


İ.Qasımlının sözlərinə görə, layihə ilə bağlı 2018-ci il dekabrın 3-də işə başlayıblar:

“Müəllimimiz məktub yazılarkən məni sinfə dəvət etdi ki, Azerbaycanla bağlı mğlumat verim.
Uşaqlar Azadın sayəsində Azərbaycanla bağlı bəzi məlumatlar öyrənmişdilər.
Artıq Bakının paytaxt olduğunu, sözlərimizin yabancı olmadığını bilirdilər.
Uşaqların bu qədər sevincli olacağını gözləmirdim.
"İlhame teyze, Azerbaycandan arkadaşım olmasına yardım ettiğin için sana teşekkür ediyorum" - Ela Cüce adlı qız həyəcanla dedi.
Sinfin bütün uşaqları həyəcanlı idilər.
- Çocuklar, kim söyler, məktəp kelimesi hangi kelimenin eş anlamlısıdır (sinonimi)?
Bir anda əllər havaya qalxdı.
- Okul - dedi şagirdlərdən biri.
Yazı taxtasına çıxan Eylül Ecem bir neçə sözün türkcə, Azad isə Azərbaycanca qarşılığını yazdılar.
Ata, uşaq, ana, muəllim, təyyarə - bu sözlər şagirdlərə qətiyyən yabancı görünmədi. Azərbaycan dilində söylədiyim bu sözləri türkcə baba, çocuk, anne, öğretmen, uçak sözlerinin sinonimləri kimi bilirdiler şagirdlər.
- Çocuklar, görüyormusunuz bir-birimize ne kadar yakın olduğumuzu? Biz aynı dili konuşuyoruz - dedim.
- Türkiyədə, Allah korusun, bir deprem olursa, yardımımıza ilk kim koşacak? - Azərbaycan! Azərbaycanın da ihtiyacı olduğu zaman ilk biz yanlarında oluruz. Çünki biz kardeş ülkeleriz - Yasemin müəıllimə davam etdi. Bundan sonra püşkatma ilə uşaqlar məktub dostlarını seçdilər.

Beləcə, bir millət-iki dövlət konseptli örnək əlaqələrimizə kiçiklərin töhfə vermək istədiyi işimizə başladıq.
Bu elaqələrin uşaqlara hər addımda ölkələrimiz haqqında daha çox bilgi verəcəyinə, uşaqlarda dost, qardaş ölkəyə daha çox sevgi yaradacağına inanırıq.
Səlahiyyətli böyüklərin dəstəyi ilə uşaqlarımızın bu istəklerini daha da genişləndirməyə çalışacağıq.
Bu günün uşaqları sabahın böyükləri, öz ölkəsinin gələcəyidir. Türkiyədə Azerbaycanı yaxından tanıyaraq böyüyən bir nəsil yetişməsi çox yaxşı olardı”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir