16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - “Deyilənə görə, ermənilər Şuşada Mir Möhsün Nəvvabın qəbrini dağıtmayıblar” - MÜSAHİBƏ
“Deyilənə görə, ermənilər Şuşada Mir Möhsün Nəvvabın qəbrini dağıtmayıblar” - MÜSAHİBƏ +
04.01.2019, 13:58

Nəvvab Sadıq: “Mir Möhsün Nəvvabdan sonra ikinci Nəvvab mənəm”

 

Nəvvab Sadıq iki böyük nəslin nəticəsidir. Bir ulu babası Qarabağın böyük səxsiyyətlərindən, maarifçilərindən  olan Mir Möhsün Nəvvabdır. O biri ulu babası isə Azərbaycanda tarın atası sayılan Sadıqcandır. Maraqlıdır ki, müsahibim hər iki sənətkarı özündə - adında, soyadında yaşadır. Amma  nəvəsinə Nəvvab adını verməkdən hələ ki çəkinir...

Modern.az saytı Nəvvab Sadıqın “Bizim yol” qəzetinə müsahibəsini təqdim edir.

- Atam Şamil babasını- Mir Möhsün Nəvvabı görüb. O, dünyasını dəyişəndə atamın 12 yaşı varmış. Deyirdi ki, 8-9 yaşım olanda “Məclisi-Fəramuşan”ın qonaqlarına çay paylayardım. Bilirsiz də, o vaxt Şuşada  iki ədəbi məslis olub.  “Məclisi-üns” ,  bir də “Məclisi-fəramuşan”.  “Məclisi-üns”ün rəhbəri Natəvan idi, “Məclisi-fəramuşan”a isə Mir Möhsün Nəvvab rəhbərlik edirdi.  Atam deyirdi ki,  babamın evinə şairlər, xanəndələr toplaşardı. Saatlarla şeir deyərdilər, muğam dəsgahları oxunardı.Onun uşaqlığı babasının evində keçib. Atam Nəvvabı çox nizamlı bir insan kimi xatırlayardı.  Deyirdi ki, babam yeməyinə-içməyinə, istirahətinə fikir verərdi. Düyüdən hazırlanan xörəyi çox yeyərmiş ki, cana faydası var. Bir də üzümü sevərmiş. Atam onun ölümünü də xatırlayırdı. Mir Möhsün Nəvvab 1919-cu ilin qışında dünyasını dəyişib. Atam danışardı ki, həmin gün dizə kimi qar yağmışdı. Yollarda hərəkət çətinləşsə də, şuşalılar, ətraf rayonların camaatı axın-axın onunla vidalaşmağa gəlirdi. Bir də atamdan Nəvvabın  ölümqabağı dediyi bu sözləri eşitmişəm: “86 il ömür sürdüm, həyatdan doymadım. Elə bil dünyaya bu gün gəlmişəm. Mehriban olun, yaşayıb yaradın”.

Atam Nənəsi Mina xanımdan da danışardı. Deyirdi ki, çox kubar bir qadın idi. Nəvvab böyük bir ailədə doğulub-10 uşaq olublar.  Amma onun özünün 1 oğlu, 2 qızı varmış. Oğlu Mir İbrahim Şuşada tanınmış şair idi. Miriş Ağa təxəllüsü ilə şeirlər yazıb. Şuşada böyük hörmət qazanıb. Amma övladı olmayıb. 73 yaşına kimi yaşayıb.Nəvvabın qızının birinin adı Pərizaman, o birininki isə Rəxşəndə olub.


-Qızları  təhsilli idi?


-Rəxşəndənin təhsili vardı. Ümumiyyətlə, Nəvvab qadınların  təhsil almağını istəyən adam olub. Rəxşəndəyə deyirmiş ki, sən də oxu, Natəvan kimi şeirlər yaz. Rəxşəndə xanım həmişə mütaliyə eləyirdi. Nə vaxt onlara gedirdik, görürdük ki, stolunun üstündə Nizaminin, Füzulinin, Puşkinin, Lermantovun, Tolustoyun kitabları var, onları oxuyurdu. 


-Siz onu görmüşdüz?


-Əlbəttə! 1978-ci ildə rəhmətə gedib.  O da 86-87 yaşına kimi yaşayıb. Onun da iki qızı vardı: Firəngiz, Simuzər. İkisi də  texniki elmlər doktoru idi.



-Qarabağda  məşhur nəsillər olub. Mir Möhsün Nəvvab hansı nəsildəniydi?


-Nəvvabın babası Mir Fəseh ağa, atası isə Mir Əhməd ağa olub. Seyid nəslindəniydilər.


-Mir Mövsün Nəvvabın mülkünün  görünüşü,  böyüklüyü,  şəxsi mətbəəsinin olması,  fotoşəkilləri, digər faktlar onu  imkanlı bir adam kimi tanıdır...


- Bəli, şəxsi mətbəəsi olub, kitablarını orda çap edirmiş. Daş karxanası da varmış.  Şuşada həm də qiraətxana açıb, ona rəhbərlik edib. Sonra oranı oğluna tapşırıb...Bu adam şəkillər çəkirdi, xəttatlıq, nəqqaşlıq edirdi. Şuşa məscidinin minarələrindəki naxışları Nəvvab işləyib.  Çap etdiyi kitabların kənarlarına rəsmlər  çəkirmiş. Evinin divarlarında da  onun rəsmləri vardı. Gül, bülbül, ağaclar...


-Heyif, o ev indi ermənilərin işğalındadır...


-Təəssüf ki, elədi. 1989-cu ildə Nəvvabın evi Mərkəzi Komitənin qərarı ilə təmir olundu,  muzeyə çevrilməkçün. Həyət - baca yüksək səviyyədə abadlaşdırıldı. Moskvadan gələn rəssamlar divardakı itib-batan rəsmləri bərpa etdilər. Amma Şuşa işğal olunduğuna görə muzey fəaliyyət göstərə bilmədi.


-Eksponatların hamısını xilas etmək mümkün oldu?


-Çoxu xilas olundu.  İndi həmin eksponatlar İncəsənət Muzeyindədir. Şuşa məscidində də Nəvvaba aid guşə varıydı. Əşyalarının çoxu ordaydı. İndi həmin əşyalar da İncəsənət Muzeyində qorunur.  Çəkdiyi rəsmlər, əlyazmalar, əşyalar...



-Ən dəyərli eksponat hansı hesab olunur?


- Əmir Teymurun portreti.  Rəssamlar bu əsərə yüksək qiymət veriblər. Tahir Salahov kimi bir rəssam o əsərə baxıb, çox  bəyənib. Gül rəsmləri də var, çox zövqlə işlənib... 


-İşğaldan sonra Nəvvabın qəbrinin, evinin vəziyyətiylə bağlı  bir bilginiz varmı?


 -Deyilənə görə, qəbrüstü abidəsi dağıdılmayıb. Yəqin, abidə YUNESCO-nun siyahısında olduğuna görə, ermənilər onu  dağıtmağa ehtiyat ediblər. Bilirsiz də, Nəvvabın qəbri Cıdır düzündədir. Onun qəbrüstü abidəsi YUNESCO-nun  xətti ilə düzəldilib-1960-cı ildə. O vaxt ustaları Leninqraddan (Sankt-Peterburq)  gətirmişdilər. Atam deyirdi ki, ustalar bir ay Şuşada-Sadıqcanın evində qalıb işlədilər. Mərmərləri də Sankt-Peterburqdan gətirmişdilər.  Deyilənə görə, Nəvvabın evi də tam dağıdılmayıb, ancaq bir tərəfi uçurulub.



-Bir az da Nəvvabla Sadıqcanın dostluğundan, qohumluğundan danışaq...


-Çox yaxın  dost olublar. Nəvvabın rəhbərlik etdiyi  musiqi məclisiSadıqcansız ötüşməzmiş. Bütün xanəndələri Sadıqcan müşayət edirmiş. Sonra bu dostluq qohumluğa keçib. Sadıqcanın böyük oğlu Bahadur Nəvvabın böyük qızı ilə evlənib. Yəni mənim nənəm Pərizamanla. Sadıqcan tarın atası sayılır. O, bu aləti dizdən sinəyə qaldırıb,  yeniliklər eləyib, bunu hamı bilir.  Üzeyir Hacıbəyov həm Sadıqcanın, həm də Nəvvabın yaradıcılığına böyük dəyər verib.  Ulu öndər Heydər Əliyev də Nəvvabın yaradıcılığını yüksək dəyərləndirirdi. O, Zərifə xanımla birlikdə Şuşaya gələndə Nəvvabın da qəbrini ziyarət edirdi...

Sadıqcan tez rəhmətə gedib-1902-ci ildə, 56 yaşında. Çox sağlam bir insanmış. Yay-qış çuxada gəzərmiş. Deyilənə görə, Şamaxıya toya gedib, ermənilər onun çayına zəhər qatıblar. Atamın atası Bahadur kişi deyərmiş ki, toydan evə gəldi, 3 gün qan qusdu, sonra rəhmətə getdi. Sadıqcan sağlığında sənətkar kimi çox hörmət qazanıbmış. Çox yerləri gəzib, görüb. İranda Müzəfərəddin  şahın oğlunun toyunda olub. Şah ona  “Şiri-Xurşid” qızıl ordeni verib. Deyib, qal burda, səninçün hər cür şərait yaradım.  Amma Sadıqcan deyib ki, Qarabağsız, Şuşasız yaşaya bilmərəm...


-Hardasa oxumuşam ki, Mir Möhsün Nəvvab 86 illik həyatında bir gün də olsun Şuşanı tərk etməyib. Çox qəribədi, doğulduğu şəhərdən ayrılmadan necə bu qədər biliyə, dünyagörüşünə  sahib olmaq,  21 kitab yazmaq, 5 dildə danışmaq mümkündür?


-Yox, düz yazmayıblar, Şuşadan kənara çıxıb. Bakıda olub, Gəncədə olub, Azərbaycanı gəzib.  1913-cü ildə Nəvvabın 2 kitabı Bakıda “Orucov qardaşları” mətbəəsində çap olunub. Nəvvab Bakıda olmadan bunu necə edə bilərdi? O vaxt ali təhsil almaq üçün İrana, İraqa gedirdilər. Nəvvabsa heç bir xarici ölkəyə getməyib.  Yəqin, bunu nəzərdə tutub yazıblar. Əvvəlcə mollaxanada oxuyub. Məllimi molla Abbas Sarıcəlidən bir çox elm öyrənib. Kimyanı, fizikanı...Mütaliyəsi də çox güclü olub. Özü savadını, biliyini artıra bilib. Nəvvab inkişafa, yeniliyə açıq adam olub.  O vaxtlar “Pravda” qəzetinin Azərbaycanda, xüsusilə, Şuşada yayılmasında Nəvvab böyük  əmək sərf eləyib. Qəzet qatarla gizli şəkildə Yevlağa gəlirmiş. Nəvvabın oğlu Mir İbrahim gedib Yevlaxdan qəzetləri Şuşaya gətirirmiş. Hətta, atam deyirdi ki,  o vaxt Lenin Nəvvaba təşəkkür məktubu da yazıb.  Ermənilər o məktubu Şuşadakı diyarşünaslıq muzeyində saxlamaq adıyla götürüblər. Sonra məktub itib-batıb. Nəvvabın rəhbərlik etdiyi “Məclisi-Fəramuşan”ın yığıncaqlarında siyasi mövzular da müzakirə olunurmuş...



-Azərbaycanda Demokratik Cümhuriyyət yarananda Mir Möhsün Nəvvab hələ sağıydı.  Atanızdan bununla bağlı nəsə bir xatirə eşitmisiz?


- Düzdü, o vaxt Nəvvab sağ olub. Amma atamın bu barədə nəsə danışdığını xatırlamıram.  Bəlkə də, Sovet dövrü olduğundan atam bu barədə danışmaqdan çəkinib.


-Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı bir əsər yazıb. Amma bu əsər o zaman çap olunmayıb. Sovet dövründə də üzə çıxarılmayıb. Yalnız müstəqillik dönəmində işıq üzü görüb...


- Bu əsərin üzə çıxmasında mənim əməyim var. Əsərin əlyazması atamın arxivindəydi. Atan rəhmətə gedəndən sonra  əlyazmanı “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyevə verdim. Sağ olsun,əsəri əski əlifbadan kirilə çevirməkdə kömək elədi. 1993-cü ildə kitab, nəhayət, çap olundu.Əsər ermənilərin  iç üzünüaçır, onların necə hiyləgər millət olduğunu  göstərir.Müəllif Şuşada ermənilərin insanları necə vəhşiliklə öldürdüklərini, yandırdıqlarını  faktlarla yazıb.

Sovet dövründə Mir Möhsün Nəvvabın “Nəsihətnamə” əsərindən başqa heç bir kitabı çap olunmayıb. Sonradan çap olunan kitabların hamısını atamın arxivindən mən tapıb üzə çıxarmışam.

“Nəsihətnamə” əsərində çox dəyərli, dərs götürüləsi  nəsihətlər  var.  Deyir, hüşyarsansa, iki şeyi unutma: yaranışı və ölümü. İki şeyi unut: kiməsə etdiyin yaxşılığı və kiminsə sənə pisliyini. Etdiyin yaxşılığı ona görə unut ki,  minnət qoymayasan, sənə edilən pisliyi isə ona görə unut ki, kinli olmayasan.

Atamın bir xatirəsi də yadıma düşdü. Nəvvab “Nəsihətnamə” kitabında insanlara siqaretdən uzaq olmağı məsləhət görür. Amma  özü cavanlığında siqaret çəkən olub. Bir dəfə siqaret çəkə-çəkə Cıdır düzünə qalxırmış.Görür, arxasınca bir atlı gəlir.  Atın üstündəki adam yerə sıçrayıb Nəvvaba yaxınlaşır. Ayaqlarına düşüb yalvarır ki, mənə siqaret ver, çəkməsəm, dayana bilmirəm. Nəvvab siqareti qutusu ilə birlikdə ona verir. O gündən də siqaretin daşını atır. Deyir ki, bir şey ki, insanı bu qədər alçaldır, ondan uzaq durmaq lazımdır.



-2019-cu ildə Mir Möhsün Nəvvabın dünyasını dəyişdiyi tarixdən bir əsr ötəcək. Sizcə,  bu müddət ərzində biz Nəvvabı yetərincə öyrənmişik?


-Yox, Nəvvab tam öyrənilməyib hələ. Kimsə onun haqqında elmi iş yazıb,  alimlik dərəcəsi alıb. Amma Nəvvabın yaradıcılığı tam araşdırılmayıb.


-Onun müxtəlif sahələrdə yaradıcılığı olub: şair, rəssam, tarixçi, müsiqişünas,  astronom, kimyaçı, pedaqoq  kimi... Sizcə, hansı sahə daha çox qaranlıqda qalıb?


-Məsələn, astronomiya, musiqiylə bağlı əsərləri tam açılmayıb. Onun rəqəmlərin sirri ilə bağlı “Cəfri-cami” adlı əsəri var, ondan çox şeylər öyrənmək olar.  Sovet dövründə deyirdilər ki, bu kitab fala baxmaq üçündür.  Əslində, astronomiya elminə aid bir əsərdi. Nəvvab mütləq öyrənilməlidir. Bu il Nəvvabın 185 illiyi oldu. Bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etmişik ki, dövlət səviyyəsində bir tədbir keçirilsin. Nəvvab sıradan şəxs deyil axı. Hələ Sovet dövründə adı YUNESCO-nun siyahısına düşüb. Yəni, dövlət səviyyəsində diqqətə layiqdir. Hələ ki, müraciətimizə konkret bir cavab yoxdu. Nəzərə alsaq ki, 2019-ci ildə Nəvvabın ölümündən 100 il keçir, dəməli, tədbirin keçirilməsi üçün hələ səbəb var.


-Mir Möhsün Nəvvab muğamları, onların yaranma tarixini araşdırıb. Hər muğamı öz xarakterinə görə təbiət hadisələrinə,  insan duyğularına bənzədib. Məsələn, “Rast”ı bahar mehinə,  “Çahargah”ı ildırım çaxmasına oxşadıb...


-Musiqini çox gözəl duyub, bilib.Sizə atamın bir xatirəsini danışacam. Nəvvab bir dəfə patefonda musiqiyə qulaq asırmış. Bu vaxt bir molla onun evinin qarşısından keçir. Gedib bunu Şuşanın axunduna xəbər verir. Axund Nəvvabı çağırır ki, bəs sən dindar adamsan, namaz qılırsan, musiqiyə niyə qulaq asırsan? Nəvvab da canını axunddan qurtarmaq üçün cavab verir ki, elə şey olmayıb, mollanın qulağına səs gəlib. Yəni Nəvvab din adamı da, müsiqini çox sevirmiş.

Bəli, musiqiyə aid əsəri var-“Vüzuhül-ərqan”. Orda həm də musiqinin insana şəfalı təsirindən danışır. Deyir ki, insan soyuqdan xəstələnibsə, oynaq musiqiyə qulaq asmalıdı. Əksinə, istinin çoxluğundan  xəstələnibsə, lirik musiqiyə qulaq asıb sağala bilər.Amma çox qəribədi ki, musiqini bu qədər dərindən bilsə də, heç bir alətdə çalmağı bacarmayıb. 



-Gəlin  bir az da sizdən danışaq, kimsiz, nəylə məşğulsuz?


-İki böyük nəslin nəticəsiyəm. Həkiməm, ailədə 8 uşaq olmuşuq, onlardan  6-sı həkimdir. Həm də musiqi ilə maraqlanıram, mahnılar bəstələyirəm. Əliağa Kürçaylının, Rəfiq Zəkanın, Qəmbər Şəmşiroğlunun,  Cavid Qəmbəroğlu  və başqa şairlərin sözlərinə mahnı yazmışam.  Mahnılarımı tanınmış müğənnilər oxuyub.  Radionun “Qızıl fond”unda da mahnılarım var. 


-Neçənci Nəvvabsız?


-
İkinci.Atam deyirdi ki, 6 qızdan sonra doğulmusan deyə, sənə babamın adını qoydum. Məndən sonra Nəvvab olmayıb. Bu adı daşımaq məsuliyyətdir. Həmişə çalışmışam ki, Nəvvab adına layiq olum. Özüm də istədim, nəvəmin adını Nəvvab qoyum. Sonra fikirləşdim ki, birdən adı doğrultmaz. Adını Ziya qoyduq. Demişəm ki, 17 yaşına çatanda özünü yaxşı aparsan, adını Nəvvab Ziya yazdıracam.


- Çevrədə sizi Nəvvabın nəticəsi kimi tanıyırlar?


-Musiqi aləmi tanıyır. Tibb aləmi də azdan-çoxdan...


...Nəvvab müəllim müsahibəyə gələndə ulu babasının əlyazmalarını gətirmişdi. Qarabağ şairlərinin həyatı, yaradıcılığı toplanan  “Təzkireyi-Nəvvab”,  “Divan”,  “Nəsihətnamə” əsərlərinin əlyazması... Bir əsrdən də əvvəl əski əlifbayla yazılmış sətirlər, saralmış vərəqlər, səhifələrdəki rəsmlər... Onlara toxunduqca qəribə hisslər keçirirdim.O böyük insanın əli dəyən, energetikasını daşıyan bu əlyazmalar nənimlə müəllif arasındakı zamanı yoxa çıxarmışdı elə bil.  Özümü Mir Möhsün Nəvvabla eyni çağda hiss eləyirdim...

Bir də onu hiss eləyirdim ki, yüz il sonra -mənim yaşadığım çağda- eqoların hər şeydən öndə durduğu  bir zamanda Nəvvab kimi maarifçilərə nə qədər ehtiyacımız var...

 

Səfurə Çərkəzqızı 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi   
16.01.2019, 15:46

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi  

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ
16.01.2019, 15:44

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir
16.01.2019, 15:34

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir

Binəqədidə hava şəraiti ilə bağlı iclas keçirildi
16.01.2019, 15:33

Binəqədidə hava şəraiti ilə bağlı iclas keçirildi

Üç prezidentin yeni sammiti keçiriləcək
16.01.2019, 15:31

Üç prezidentin yeni sammiti keçiriləcək

YAP Ağstafa rayon təşkilatında 20 Yanvar şəhidlərini anıldı
16.01.2019, 15:28

YAP Ağstafa rayon təşkilatında 20 Yanvar şəhidlərini anıldı

“Azərişıq” sabahdan gücləndirilmiş iş rejimində çalışacaq
16.01.2019, 15:27

“Azərişıq” sabahdan gücləndirilmiş iş rejimində çalışacaq

Nazirlk: Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib
16.01.2019, 15:26

Nazirlk: Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib

AMEA-nın mətbuat katibinə yeni vəzifə verildi   
16.01.2019, 15:21

AMEA-nın mətbuat katibinə yeni vəzifə verildi  

Sərhədi pozana xəbərdarlıq atəşi açıldı
16.01.2019, 15:15

Sərhədi pozana xəbərdarlıq atəşi açıldı

“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident
16.01.2019, 15:14

“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident

BDU-da imtahanların vaxtı dəyişdirilib
16.01.2019, 15:11

BDU-da imtahanların vaxtı dəyişdirilib

Məmmədyarov-Mnatsakanyan görüşü başlayıb
16.01.2019, 15:06

Məmmədyarov-Mnatsakanyan görüşü başlayıb

“Belə hallar Azərbaycan ailələrinə yaraşmaz”   
16.01.2019, 15:04

“Belə hallar Azərbaycan ailələrinə yaraşmaz”  

Xəstəxanalar adi qrafikdə çalışacaq - RƏSMİ
16.01.2019, 14:54

Xəstəxanalar adi qrafikdə çalışacaq - RƏSMİ

Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı   
16.01.2019, 14:54

Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı  

Milli Məclis sabah komitə iclası keçirəcək   
16.01.2019, 14:52

Milli Məclis sabah komitə iclası keçirəcək  

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında rəsmi xəbərdarlıq - Sabah ehtiyatlı olun!
16.01.2019, 14:40

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında rəsmi xəbərdarlıq - Sabah ehtiyatlı olun!

Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşdü - FOTOLAR
16.01.2019, 14:39

Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşdü - FOTOLAR

Sabahın hava PROQNOZU açıqlandı - Güclü KÜLƏK   
16.01.2019, 14:38

Sabahın hava PROQNOZU açıqlandı - Güclü KÜLƏK  

Ərdoğan-Putin görüşünün detalları açıqlandı
16.01.2019, 14:34

Ərdoğan-Putin görüşünün detalları açıqlandı

İcra Hakimiyyəti polisi təkzib ETDİ: “Rəsulzadənin barelyefi oğurlanıb”
16.01.2019, 14:26

İcra Hakimiyyəti polisi təkzib ETDİ: “Rəsulzadənin barelyefi oğurlanıb

Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR
16.01.2019, 14:08

Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR

Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi davam edir
16.01.2019, 14:01

Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi davam edir

Deputatlar, jurnalistlər və valideynlər BDU-da imtahanları izlədi - FOTOLAR
16.01.2019, 13:53

Deputatlar, jurnalistlər və valideynlər BDU-da imtahanları izlədi - FOTOLAR

Putinə qarşı sui-qəsdin qarşısı alındı
16.01.2019, 13:43

Putinə qarşı sui-qəsdin qarşısı alındı

Cərimələrdən gizlənən sürücülərə əlavə cərimə yazılacaq - FOTO  
16.01.2019, 13:42

Cərimələrdən gizlənən sürücülərə əlavə cərimə yazılacaq - FOTO  

Bakıdakı küçələrdən birinə Fərman Salmanovun adı verildi
16.01.2019, 13:36

Bakıdakı küçələrdən birinə Fərman Salmanovun adı verildi

Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi
16.01.2019, 13:17

Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycanlı fitoterapevt “Cavanlıq içkisi” hazırladı - FOTO   
16.01.2019, 13:10

Azərbaycanlı fitoterapevt “Cavanlıq içkisi” hazırladı - FOTO  

65 vəzifə üçün müsahibənin vaxtı açıqlandı
16.01.2019, 13:02

65 vəzifə üçün müsahibənin vaxtı açıqlandı

Nazirlikdən ifrat təhlükəli hava XƏBƏRDARLIĞI: sabah bəzi yerlərdə işlər dayandırıla bilər   
16.01.2019, 12:45

Nazirlikdən ifrat təhlükəli hava XƏBƏRDARLIĞI: sabah bəzi yerlərdə işlər dayandırıla bilər  

Mehmanxanaya hücum zamanı 15 nəfər öldürüldü
16.01.2019, 12:37

Mehmanxanaya hücum zamanı 15 nəfər öldürüldü

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı
16.01.2019, 12:36

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı

İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi
16.01.2019, 12:33

İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!   
16.01.2019, 12:32

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!  

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi   
16.01.2019, 12:17

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi  

Ötən il 1250 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb
16.01.2019, 12:17

Ötən il 1250 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu   
16.01.2019, 12:09

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu  

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır” - ETİRAZ
16.01.2019, 12:06

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır- ETİRAZ

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi   
16.01.2019, 11:56

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi  

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər
16.01.2019, 11:55

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR
16.01.2019, 11:54

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 
16.01.2019, 11:50

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib
16.01.2019, 11:45

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Ermənistanın ən gənc deputatı – FOTOLAR
16.01.2019, 11:19

Ermənistanın ən gənc deputatı – FOTOLAR

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi
16.01.2019, 11:07

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı   
16.01.2019, 10:59

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı  

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu
16.01.2019, 10:57

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu

Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019, 10:55

nya daşnakları Qarabağa toplaşacaq

ARXİV