20 mart 2019, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Lələtəpədən üzü Qələbəyə və ya gecikən yazı... 
Lələtəpədən üzü Qələbəyə və ya gecikən yazı... 
05.01.2019, 12:27

Gördüklərimi, yaşadıqlarımı ilk dəfə idi ki, yazmaqda çətinlik çəkirdim. Çünki sözün bitdiyi, güllələrin, topların atıldığı, bağrında od saçan qəlpələrin şırım açdığı, qanı torpaq olmuş oğulların azad etdiyi Vətən torpağındaydım. Dərdə bax, yayın qorabişirənində ürəyinin arxasınca düşüb müqəddəs bir məkana gedəsən, o yerləri qarış-qarış gəzəsən sonra da bir kəlmə yaza bilməyəsən. Gözü-könlü dolu ayrılmışdım o yerlərdən, amma gözüm hər yerdə Söz axtarırdı. Sanki söz məndən qaçaq düşmüşdü...

 

O gündən ta bu günə kimi, yəni sözün mənə “yazığı gəldiyi” bu anlarda, bu fikirləri yazıya aldığım məqamda anladım ki, dünyada ən çətin iş dərdi yazmaqdır...

 

Əslində mən ora hər birimizin dərdini unutduran sevincimizdən, qələbəmizdən, o qələbəni qanı, canı bahasına bizlərə bəxş edən oğullarımızdan yazmağa getmişdim.

Maşından düşüb ətrafı seyr eləyəndə sanki qulağıma kimsə pıçıldadı.

 

Dur yolcu! Bilmeden gelip bastığın

Bu toprak, bir devrin battığı yerdir.

Eğil de kulak ver, bu sessiz yığın

Bir vatan kalbinin attığı yerdir.

 

Bu tümsek, koparken büyük zelzele,

Son Vatan parçası geçerken ele,

Mehmed’in düşmanı boğdugu sele

Mübarek kanını kattığı yerdir.

 

Düşün ki, haşrolan kan, kemik, etin

Yaptığı bu tümsek, amansız, çetin

Bir harbin sonunda bütün milletin

Hürriyet zevkini tattığı yerdir.

 

Bəlkə də bu torpağın səsiydi. Özümdən ixtiyarsız əyilib ovcuma aldığım torpağı necə həsrətlə, sevə-sevə öpdüyümü yazmaq da indi çox çətindir mənim üçün. Yanımdakıları tamamilə unutmuşdum və birdən Füzuli RPŞ-nin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı İsa Hacıyevin: “Bax, odeyyy müəllim, Lələtəpə odur, o bayrağımız dalğalanan yer” deməsi ilə sinəmə sığmayan bir qürur, kövrəklik bütün bədənimi sardı. Sanki bir topa yaz buludu gözlərimdə hönkürdü...

 

Lələtəpədəyəm. “Laləli təpə” də deyirlər el arasında. Amma bu gün o adi bir təpə deyil. O təpədən baxanda həm düşməni görürük, həm də düşmən tapdağındakı torpaqlarımızı...

 

Qışın qar ağzından çıxan yaz güllərinin nəfəsinin torpağı isitdiyi bir vaxt-düz iki il öncə, aprelin 1-dən 2-nə keçən gecə düşmənin burnunu ovub sevindirdik torpağı. Qoynuna sığınıb hönkürdük də. Torpaq uğrunda şəhid olanlara, aprel ayını qəhrəmanlıq ayı kimi tariximizə qanı ilə yazdıranlara ürəyimizdə yas tutsaq da  yaslı Vətənin sevincini də görmək nəsibimiz oldu. Bu ildırım sürətli yürüş, illərlə içimizdə yığılıb qalan qəzəb seli, torpağa dönmək üçün səbrimizin daşmağı və illər sonra- qazandığımız qələbə idi.

 

Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

 

Çanaqqala deyəndə bu gün bütün vücudu yerindən oynayan, gözləri yaşaran, biz az da obrazlı desəm, “Tükləri tikən-tikən olan” insanlarla heç rastlaşdınızmı?  Güllənin-gülləyə pərçimlənməsini gözlərinizlə gördünüzmü? Bir nəfərlik səngərə düşən on minlərlə mərmini təsəvvür etdinizmi?? Bütün bunlar Çanaqqalada yaşanıb.  

Bunlar Lələtəpədə də yaşandı. Mehmetçiklərin davamçıları düşmənə elə bir zərbə vurdular ki, onlar bəlkə də Çanaqqaladakı igidlərin “Allah-Allah” deyib üzərlərinə gəldiklərini hiss etdilər. Budur Vətənə fəda olmaq, budur Vətən sevdalısı olmaq...

 

Polis polkovniki Xəqani Məmmədovun köməkliyi sayəsində burda xidmət edən, gecəli-gündüzlü gözü düşməndə, əli tətikdə olan əsgərlərimizlə də görüşdük.

 

Üzlərində, gözlərində az da olsa qorxu görmədim. Arxasında yenilməz, ölümlərdən sıyrılan xalqı, dünyada sözünü vüqarla, özü də daha ötkəm, daha sərt deyən Lideri olan ordu, əsgər nədən və kimdən qorxsun ki? Əsgərlərlə vidalaşanda: “Qələbə uzaqda deyil, dedilər”. Bu cümləni düşmən əsgəri dilinə gətirmək nədi, heç düşünə belə bilməz. Çünki o əvvəl-axır məğlub olacağını yaxşı bilir. Bunu yalnız Azərbaycan əsgəri deyə bilər...

 

Bu da Çocuq Mərcanlı. Yurda böyük qayıdışa ilk dəfə burdan başlanması heş də təsadüfü deyil. Müharibənin ilk illərində əldən-ələ keçən Çocuq Mərcanlıda bu gün həyat öz axarı ilə davam edir.  Aprel döyüşlərindən sonra yurduna qayıdanların sayı gündən-günə artır.

Yeni salınan asfalt yollar, geniş küçələr, yaşamaq üçün hər cür şəraiti olan evlər, məktəblər və digər sosial yönümlü obyektlər baxdıqca göz oxşayır. Əslində həm də bütün bunlar dünyaya bir mesajdır. Azərbaycan dövləti sülhsevərdir, onun kiminsə torpağında gözü yoxdur.

 

Horadiz. O, həm də qızılgüllər şəhəridir. Rəis köməkçisi onu da diqqətimizə çatdırdı ki, şəhər rəhbərliyinin göstərişi ilə burada yaşayan əhalinin sayı qədər Horadizdə qızılgüllər əkilib və bunun da ildən-ilə sayı çoxalır...

 

“Lələtəpə qartalları, qəhrəmanları ilə görüşdünüzmü, o oğullarla hələ bizi qarşıda çox qələbələr gözləyir” deyən keçmiş döyüşçü, polis polkovniki Xəqani Məmmədovun gözlərindəki işıq selini, qələbə həsrətini ifadə edəcək cümləni yazmaq elə də asan deyil.

 

“Aprel döyüşləri zamanı həm bir azərbaycanlı, həm də bir polis əməkdaşı kimi Allah bilir hansı hissləri keçirdik. Döyüşlərdə texnikamızın irəliləməsi üçün yollarda təhlükəsizliyin gücləndirilməsi, sakinlərin həyat və sağlamlığının, həmçinin onların mülkiyyətinin qorunması üçün şöbə əməkdaşları hamı bir nəfər kimi səfərbər olmuşdu. Həmin günlərdə RPŞ-nin şəxsi heyəti döyüşmək üçün cəbhə bölgəsinə axışan insanların qarşısını çox çətinliklə aldılar. Bu gün ön cəbhədə Azərbaycan Əsgəri, arxa cəbhədə isə Azərbaycan Polisi keşik çəkir.

 

Söhbət zamanı öyrəndik ki, şöbənin inzibati binası 2013-cü ildə tikilib- istifadəyə verilib. Qarabağ döyüşlərində 16 əməkdaş şəhid olub.

 

Onlardan ikisi-Nazim Quliyev və Pəhlivan Fərzəliyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Yeri gəlmişkən qeyd edim ki, Füzuli şəhəri və 62 kənd bu gün işğal altındadır.

 

Ötən illər ərzində Füzulidə  17 yaşayış məntəqəsi salınıb, 4000-ə yaxın yeni ev tikilib. 20 mindən çox sakin yenidən öz yurduna-yuvasına qayıdıb. Həmin insanlar dövlətimiz tərəfindən bütün kommunal xərclərdən azad olunublar. Hazırda rayon ərazisində yaşayanların sayı 70 mindən çoxdur.

 

Şöbə rəisi 33 minə yaxın rayon sakininin Bakı şəhərində, 18 mininin respublikamızın digər rayonlarında məskunlaşdığını və bu gün dünyanın diqqət mərkəzində olan Çoçuq Mərcanlıda 150-dən çox evin, həmçinin Füzulinin cəbhəboyu kəndlərində ölkə başçısının müvafiq sərəncamı ilə polis sahə məntəqələrinin yaradıldığını da dedi.

 

Müşahidə etdiklərimizdən və şahid olduqlarımızdan da belə qənaətə gəldik ki, cəbhə bölgəsi olsa da polisin xidmət aparması üçün yaradılan şərait çox yüksək səviyyədədir. Həm də əməkdaşların əksəriyyəti füzulilərdir. Bu gün dinc şəraitdə doğlub boya-başa çatan və polis olmaq istəyən füzulili gənclərin də sayı ildən-ilə artır...

 

Fürsətdən istifadə edib cəbhə boyu kəndlərdə yaradılmış sahə məntəqələrinin ikisində xidmət aparan həmkarlarımızla da görüşdük. Gənc olsalar da hiss etdim ki, döyüş başlasa polis leytenantı Emil Nağıyev və Akşin Qəhrəmanov bu yolda qarşılarına çıxan hər bir çətinliyə sinə gərməyə, bərkə-boşa düşməyə və Vətən uğrunda döyüşməyə hazırdırlar.

 

Füzulidən-Horadizdən ayrılanda diqqətimi dəmir yolları çəkdi. Vaxt vardı ki, bu yollarda “Çıx qatar yoluna məni qarşıla” deyən minllərlə sevdalı ürək sahibi vardı. Bu gün isə nə o qatarlar var, nə də o sevdalılar. Amma o qatarlar gələcək. Günün birində Horadizin içindən keçib Füzuliyə gedəcək. Füzulidən isə Zəngilana və ordan da Naxçıvana. Dəmir yolunun hələ ki, son duracağı Horadizdi. Amma bu yolun sonu deyil...

 

Sözardı: Orda-İraqda Füzulinin məzarını uçurub yol çəkiblər. Yəni Füzulinin qəbri boyda Azərbaycan torpağı yoxdu artıq. Füzuli də işğal olunub-1993-cü ildə. Demək düşmənlərimiz bizim yaxşımıza, doğmamıza sahib çıxmaq istəyirlər. Hələki o Füzuli də küskündür, bu Füzuli də.

               

Hafiz Təmirov,

polis mayoru

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Milli komandamıza daha iki xorvat məşqçi götürüldü
20.03.2019, 19:45

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü

“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20.03.2019, 18:22

Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu mövzusunda müzakirələr aparılıb

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb
20.03.2019, 18:18

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı
20.03.2019, 17:11

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi
20.03.2019, 16:19

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi
20.03.2019, 16:12

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
20.03.2019, 15:36

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək
20.03.2019, 15:10

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu
20.03.2019, 14:43

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA
20.03.2019, 14:24

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər
20.03.2019, 14:08

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər

Xızıda qida üçün yararlığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib
20.03.2019, 14:04

Xızıda qida üçün yararlığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib

Dünyanın ən bahalı şəhərləri - SİYAHI   
20.03.2019, 13:28

Dünyanın ən bahalı şəhərləri - SİYAHI  

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  
20.03.2019, 13:14

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı   
20.03.2019, 12:25

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı  

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ   
20.03.2019, 12:22

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ  

Türkiyənin “Sultan Novruzu”
20.03.2019, 12:17

Türkiyənin Sultan Novruzu

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...
20.03.2019, 12:10

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək
20.03.2019, 12:03

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi
20.03.2019, 11:59

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

ADU-da “Multikultural Novruz bayramı” 
20.03.2019, 11:57

ADU-da “Multikultural Novruz bayramı” 

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI
20.03.2019, 11:51

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı
20.03.2019, 11:47

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır
20.03.2019, 11:32

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir
20.03.2019, 11:24

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   
20.03.2019, 11:20

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
20.03.2019, 10:43

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”
20.03.2019, 10:18

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək
20.03.2019, 10:16

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO
20.03.2019, 10:08

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO

Ermənilər cəbhədə təxribatlara davam edir
20.03.2019, 09:49

Ermənilər cəbhədə təxribatlara davam edir

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu
20.03.2019, 09:20

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
20.03.2019, 09:09

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

20.03.2019, 00:25

"Azərpoçt" bayram günlərində də işləyəcək

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
20.03.2019, 00:07

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir
19.03.2019, 23:57

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Azərbaycan nefti bahalaşıb
19.03.2019, 23:42

Azərbaycan nefti bahalaşıb

Bakı sakini özünü 8-ci mərtəbədən atdı
19.03.2019, 23:29

Bakı sakini özünü 8-ci mərtəbədən atdı

Sərnişin təyyarəsində yanğın
19.03.2019, 23:12

Sərnişin təyyarəsində yanğın

Türkiyədə Koroğluya abidə ucaldıldı
19.03.2019, 22:55

Türkiyədə Koroğluya abidə ucaldıldı

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi
19.03.2019, 22:36

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Bayramlaşma...
19.03.2019, 22:35

Bayramlaşma...

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb
19.03.2019, 22:24

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb

Zurabişvili azərbaycanlıların kəndinə gəldi
19.03.2019, 22:07

Zurabişvili azərbaycanlıların kəndinə gəldi

ARXİV