Modern.az

Putinin gizli “KOZIRI” – Nüvə müharibəsi BAŞLASA...

Putinin gizli “KOZIRI” – Nüvə müharibəsi BAŞLASA...

5 Yanvar 2019, 14:54

Rusiya özünün nüvə potensialını və hərbi sferadakı innovasiya imkanlarını genişləndirir.

Belə bir məqamda Rusiya prezidenti Vladimir Putinin qürrələndiyi ən yeni raket sistemi “Avanqard” diqqət cəlb edir.

Bu raket sistemi rəsmi Moskvaya həm ABŞ-a "əzələ" nümayiş etdirmək, həm də Rusiyanın öz nüvə gücünün təkmilləşdirilməsi baxımından vacibdir.

 

Modern.az saytının məlumatına görə, ABŞ-ın “Washington Examiner” nəşri yazıb ki, “Avanqard” hipersəs raketləri ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin öhdəsindən gəlmək üçün nəzərdə tutulub.

“Avanqard” Rusiya silahlı qüvvələrinin qabaqcıl hissələrində silahlandırılmaya daxil ediləcək.

 

Rusiya lideri Vladimir Putin qeyd edib ki, Amerikanın hava hücumundan müdafiə sistemləri zəifdir. Məsələ ondadır ki, “Avanqard” istənilən amerika vasitələrindən yayınmağı bacara bilən bir silahdır.

 

Nəşr yazıb ki, Putin tammiqyaslı nüvə müharibəsində belə Rusiyanın Amerikanı üstələyəcəyinə əmindir.

 

Bununla belə bildirilir ki, Rusiyanın sualtı gəmiləri çox səs-küylüdür və strateji bombardmançıları köhnədir.

O da qeyd olunur ki, Amerika Rusiya ilə nüvə müharibəsində üstünlük qazanar – ABŞ vətəndaşları üçün müharibə xərcləri çox böyük olsa belə.

 

Ancaq “Avanqard” sistemi Amerika üçün çox ciddi təhlükələr yaradır. Putin açıq şəkildə bildirir ki, “Avanqard”ın ortaya çıxmasında Amerikanın özü günahkardır.

 

Amerika hərbçiləri qeyd edirlər ki, başlıca problem “Avanqard” raketinin olduqca yüksək sürətlə uçması və manevr qabiliyyəti deyil, onu aşkarlamağın qeyri-mümkün olmasıdır. Raketin uçuş trayektoriyasını hesablamaq mümkün deyil, üstəlik Amerika radarlrının imkanları da buna yetmir.

 

Xatırladaq ki, ötən ilin dekabrın 26-da keçirilmiş sınaqlar zamanı “Avanqard” raketi Orenburq vilayətindəki poliqondan buraxılıb və 6500 kilometrə qədər məsafə qət edərək Kamçatka vilayətindəki Kura poliqonunda hədəfi vurub.

 

Raket bu məsafəni təxminən yarım saata qət edib, onun uçuş sürəti 27 MAX (30 min km/saat-dan çox) olub. Bu isə o deməkdir ki, raket saniyədə 8.4 kilometrdən çox məsafə qət edib.

 

Vladimir Putin həmin raketin mövcudluğu haqda 2018-ci ilin martında elan etmişdi. Lakin o zaman bir çoxları, o cümlədən Qərbdə belə raketin sadəcə kağız üzərində mövcud ola biləcəyini deyirdilər.

 

Hesab edirdilər ki, həmin sürətlə uçan, kiçik nüvə reaktoru ilə təchiz edilmiş raket hazırlamaq sadəcə olaraq mümkün deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir