18 yanvar 2019, Cümə
Ana Səhifə - CƏMİYYƏT - Qaz pulu 20 qəpikdən hesablanır? – RƏSMİ  
Qaz pulu 20 qəpikdən hesablanır? – RƏSMİ  
05.01.2019, 15:01

“Azəriqaz” İstehsalat Birliyi son günlər bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu, Hökməli kənd sakini Sahib Məmmədova istinadən təbii qaza görə tətbiq edilən limitlə əlaqədar dərc olunan yazılara münasibət bildirib.

 

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Modern.az-a bildirib ki, bununla bağlı yazılanlar və söylənilən fikirlər həqiqəti əks etdirmir.

 

Onun sözlərinə görə, Sahib Məmmədov “Facebook” səhifəsində dəqiqləşdirmədiyi məlumatı paylaşmaqla təbii qaz istehlakçiları arasında çaşqınlıq yaradıb. İ.Kərbalayev S.Məmmədovun yazdıqlarına cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına heç bir əlavə və dəyişiklik edilməyib.

 

“Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. 

 

Abşeron rayonunun Hökməli kənd sakini Sahib Məmmədov tərəfindən GPG15337530 nömrəli qaz sayğacına 31 dekabr 2018-ci il tarixində saat 11:29 radələrində ödənilmiş 5 AZN vəsait il ərzində verilmiş limiti keçdiyi üçün 20 qəpik tarifi ilə hesablanıb. Belə ki, qeyd olunan ünvanda 2018-ci il ərzində təbii qazdan istifadə üçün, ümumilikdə, 300 AZN vəsait ödənilmiş və Tarif (Qiymət) Şurasının Qərarına əsasən, 2 350 kub metr qaz hesablanıb. İl dəyişdikdən sonra 3 yanvar 2019-cu il tarixində 1 AZN və 10 AZN olmaqla 11 AZN vəsait ödənilmiş və abonentin sayğacına 10 qəpik tarifi ilə 110 kub metr qaz sərfi yüklənib”, - deyə İ.Kərbalayev vurğulayıb.

 

“Azəriqaz” rəsmisi əlavə edib ki, İTRON Smart tipli qaz sayğaclarda əvvəldən ödəniş sistemi ilə idarə olunduğundan limitin idarə olunması ödəniş sistemində idarə olunur: “Ödəniş sistemi ilə sayğac arasında informasiya əlaqəsi olmadığı üçün ödəniş edilən tarix həmin ilin limitinə aid edilir. Hesabat aparılan ödənişlər əsasında formalaşır və əhali istehlakçıları üzrə 1700 kub metr limit 01 yanvar 2019-cu il tarixdən başlayaraq smartkarta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanır”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Oxucu
06.01.2019, 01:46

İstənilən halda qaz satıcıları müştəriləri kifayət qədər aldadır. Biz 50 ildən artıqdır ki, “Ceyran” sobası yandırırıq. Əvvəllər qaz bir az artıq veriləndə soba qıpqırmızı olurdu. İndi qazı nə qədər artırsaq da yalnız “dırıltısını” eşidirik. Soba nəinki qızarmır, heç lazımınca istilik də vermir. Deməli qaza adi hava vurulur. Molla Nəsrəddinin dili ilə desək, camaata havanı qazın qiymətinə satırlar. Bir neçə dəfə televiziya kanallarında bu söhbətlər qaldırılsa da qaz satıcıları müştəriləri yalandan qorxudaraq bildirirdilər ki, bu mümkün deyil, çünki qaza hava qarışanda partlayış olar. Bu ağ yalandır. Qığılcım olmayan yerdə heç bir partlayışdan söhbət gedə bilməz. Dəfələrlə şahidi olmuşuq ki, qaz xəttində qəza olan zaman güclü qaz sızması olur, amma heç bir partlayış baş vermir. Yəni camaata havanın qaz qiymətinə satılması faktdır. İndi də Tarif şurası barədə. Deyirlər ki, toxun acdan nə xəbəri var. Bildirilir ki, qazın limitdən artıq işlədilən hissəsinin kasıblara heç bir zərəri yoxdur. Yalançının burnunu ağcaqanad dişləsin. Axı kasıb əhalinin əksəriyyəti həyət evlərində yaşayır və “Ceyran” sobası işlədir. Belə olduqda kim daha çox qaz işlədir? Əlbəttə kasıblar. Deməli Tarif şurasının bu iddiası doğru deyil. Belə olduqda kasıbın beli ikiqat qırılır. Bunu öz təcrübəmizdən bilirik. Amma əlacımız yoxdur. Soyuqdan qorunmalıyıq. Burada Azərbaycan qazının Gürcüstana satılmasına da toxunmaq pis olmaz. Devalvasiyadan əvvəl qazın min kubmetri bizə 100 manata satılırdı, Gürcüstana isə evlərinin içində 120 dollara (o vaxtkı məzənnə ilə 93 manat 60 qəpiyə) satılırdı. Lap sovet hakimiyyəti illərində olduğu kimi. Rəhmətlik Nəriman Nərimanov Leninə şikayət məktubunda bildirirdi ki, “bu necə olur ki, Ermənistanda və Gürcüstanda Azərbaycanın istehsal etdiyi ağ neft Bakıdakından ucuz satılır”? Nəzərə alsaq ki, onlara satılan qaza hava vurulmur və sayğacları da qaz satışı ilə məşğul olan idarənin öz laboratoriyasında sınaqdan keçirilmir, onda bizim qaz satışı idarəmizlə bağlı çooooox əmmaların üstü açılar. Mənim üçün bir şey maraqlıdır ki, möhtərəm cənab Prezident qayda pozan məmurları bu qədər haqqa-ədalətə çağırır, hətta bəzən lap ciddi cəzalandırır, amma nədənsə qalanları üçün heç dərs olmur. Üstəlik də hər şeyi Prezidentə şikayət etməzlər ki. Bunun üçün sahələr üzrə çalışan məmurlar var. Sadəcə hər kəs öz işini qanun çərçivəsində yerinə yetirməlidir. Elə olarsa, heç şikayət də olmaz.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı müzakirə etdi
18.01.2019, 00:41

Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı müzakirə etdi

Bölgələrdə  14 dərəcəyədək şaxta müşahidə olunur
18.01.2019, 00:22

Bölgələrdə  14 dərəcəyədək şaxta müşahidə olunur

Son 10 ilin ən güclü partlayışı törədildi
18.01.2019, 00:15

Son 10 ilin ən güclü partlayışı törədildi

İŞİD-lə savaş bitməyib
17.01.2019, 23:48

İŞİD-lə savaş bitməyib

“20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır” - Gürcü politoloq
17.01.2019, 23:33

“20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır” - Gürcü politoloq

Bakıda külək gücləndi:  Pirallahıda 43 m/s
17.01.2019, 23:17

Bakıda külək gücləndi:  Pirallahıda 43 m/s

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO
17.01.2019, 22:57

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO

İtkin düşən kapitanın axtarışı dayandırıldı
17.01.2019, 22:45

İtkin düşən kapitanın axtarışı dayandırıldı

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi
17.01.2019, 22:30

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər
17.01.2019, 22:14

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”
17.01.2019, 21:59

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq
17.01.2019, 21:25

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”
17.01.2019, 21:08

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”

Benqal körfəzində güclü zəlzələ
17.01.2019, 20:57

Benqal körfəzində güclü zəlzələ

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq
17.01.2019, 20:44

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır
17.01.2019, 20:30

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb
17.01.2019, 20:16

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi
17.01.2019, 20:04

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi
17.01.2019, 20:02

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”
17.01.2019, 19:57

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”

Sumqayıtda güclü külək binanın damını apardı
17.01.2019, 19:52

Sumqayıtda güclü külək binanın damını apardı

Finlandiyada erməni təxribatının qarşısı alınıb
17.01.2019, 19:21

Finlandiyada erməni təxribatının qarşısı alınıb

Ağstafada 2018-ci ilin hesabatı verildi
17.01.2019, 18:55

Ağstafada 2018-ci ilin hesabatı verildi

Prezident bu qurumları ləğv etdi - SİYAHI
17.01.2019, 18:52

Prezident bu qurumları ləğv etdi - SİYAHI

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO
17.01.2019, 18:45

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı
17.01.2019, 18:27

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM
17.01.2019, 18:10

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM

Fərəh Əliyevadan TƏKLİF: “Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir”
17.01.2019, 18:01

Fərəh Əliyevadan TƏKLİF: Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir

“Böyük İpək Yolu” 20 yanvar faciəsini andı -  FOTOLAR
17.01.2019, 17:55

Böyük İpək Yolu 20 yanvar faciəsini andı -  FOTOLAR

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib   
17.01.2019, 17:50

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib  

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi
17.01.2019, 17:43

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır
17.01.2019, 17:40

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi
17.01.2019, 17:35

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi

Manat və dolların məzənnəsi dəyişdi?
17.01.2019, 17:16

Manat və dolların məzənnəsi dəyişdi?

Berluskoni siyasətə qayıdır
17.01.2019, 16:57

Berluskoni siyasətə qayıdır

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü   
17.01.2019, 16:56

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü  

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO
17.01.2019, 16:53

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI   
17.01.2019, 16:45

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI  

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək
17.01.2019, 16:25

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək

Huner Group-dan əla fürsət!
17.01.2019, 16:06

Huner Group-dan əla fürsət!

Məşhur idmançını öldürənlərə hökm oxundu
17.01.2019, 16:01

Məşhur idmançını öldürənlərə hökm oxundu

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”
17.01.2019, 15:40

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”

Azercell ilə rominqdə onlayn ol
17.01.2019, 15:34

Azercell ilə rominqdə onlayn ol

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır
17.01.2019, 15:32

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir
17.01.2019, 15:30

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb
17.01.2019, 15:28

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi
17.01.2019, 15:22

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb
17.01.2019, 15:21

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb

Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...   
17.01.2019, 15:04

Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...  

20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX
17.01.2019, 14:53

20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX

ARXİV