Modern.az

Türkiyədə məhkəmə kürdlərin partiyasını qapatdı

Türkiyədə məhkəmə kürdlərin partiyasını qapatdı

11 Dekabr 2009, 23:27

Dekabrın 11-də Türkiyənin Anayasa Məhkəməsi bu ölkədə fəaliyyət göstərən və Böyük Millət Məclisində təmsil olunan kürdlərin partiyasının-Demokratik Toplum Partiyasının (DTP) bağlanması barədə qərar verib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Anayasa Məhkəməsi DTP sədri Ahmet Türkün, Böyük Millət Məclisinə deputat seçilmiş 36 peputatın siyasətlə məşğul olmasına qadağa qoyub.

Türkiyə hökuməti partiyanı kürd üsyançılarına dəstək verməkdə ittiham edir. Konstitutsiya məhkəməsinin qərarı Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınkayanın xahişindən sonra verilib. O, bidlirib ki, Demoktrayik Toplum Partiyası öz qərarlarını PKK silahlılarından alır. Əbdürrəhman Yalçınkaya partiyanın buraxılmasına və onun onlarla üzvünün siyasətdə fəaliyyətinə beş il müddətinə qadağa qoyulmasına çağırıb.

 

DTP Türkiyədə fəaliyyəti qadağan edilmiş daha bir kürdpərəst partiyadır.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi