16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Müəllimə işləyən bacısına Mikayıl Müşfiqə görə atılan şər – Anım  günü
Müəllimə işləyən bacısına Mikayıl Müşfiqə görə atılan şər – Anım  günü
06.01.2019, 15:41

Bu gün Azərbaycan  estetik poeziyasının ən güclü nümayəndələrindən olan nakam taleli şair Mikayıl Müşfiqin anım günüdür. 1938-ci ilin bu günündə güllələnən  şair  qısa ömür yaşamasına baxmayaraq, çağdaş Azərbaycan poeziyasının banilərindən birinə çevrildi. 

 

Modern.az böyük şairin anım günü münasibətilə təqdim etdiyi bu yazıda Müşfiqin ədəbiyyatdakı pasportuna çevrilən nakam taleyinin bir neçə epizoduna toxunub.

 

Qanlı 1937-ci ildə hələ 30 yaşı olmayan şairin düşmənlərinin nə qədər çox olduğu, ona həsəd aparanların kəmiyyəti Müşfiqi qaralamaq üçün hazırlanan süni oyunlarda özünü göstərirdi. Bu zaman əllərinə fürsət düşən və Müşfiqi sıradan çıxarmaq üçün danoslar yazan şairlərin ard-arası kəsilmirdi. Onlardan biri də Mirmehdi Seyidzadə olub. Halbuki, həmin hadisələrdən əvvəl o, Müşfiqlə eyni bağda dincəlib. Özləri ilə bərabər, ailələri də yaxın dost olublar. Amma səd heyf... 



Aradan çox keçmir ki, o, Müşfiqi bada verən bir məktubu Yazıçılar İttifaqına göndərir. 



O zaman üzə duranlar üç qrupa bölünürdü: məcburən bu işə təhrik olunanlar, rəhbərliyin yanında  yerlərini yaxşı etmək üçün bu işi görənlər və paxıllıq girdabına düşdüyü üçün bu işə qol qoyanlar.

 

Deyilənə görə, Mirmehdi Seyidzadə birincilərdən imiş. Amma heyhat! Məktubda heç 30 il ömür sürməyən, nakam taleli Müşfiq elə təhqir olunub ki, onu yazıb təqdim etmək belə, çətindir! Lakin bu tarixdir! 



Yazılmalıdır ki, tarixdə necə hadisələrin olması, Müşfiq, Cavid kimi insanların necə əzab çəkmələri bilinsin. Elə məktubun yer aldığı nəşr - arxiv bilicisi və araşdımaçı Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” adlı kitabı da bu məqsədlə yazılıb. Tarix, keçmiş bilinməlidir. İbrət dərsi üçün bilinməlidir!

 

“Sizin tələbinizə görə, …. kontrrevolyusioner (nöqtələrin yerinə Cavid və Müşfiqin şanına yaraşmayan söz yazıldığı üçün silmək qərarına gəldik. E.N.)  Hüseyn Cavid və Müşfiqlə olan əlaqəm haqqında aşağıdakı məlumatı verirəm: 



…. Mikayıl Müşfiqi mən Yazıçılar Cəmiyyətində tanımışam. Onunla birlikdə Firdovsinin şeirlərindən tərcümə etmişik… Müşfiq haqqında danışmaq istəmişəm, iki dəfə sədrə yanaşmışam da, mənə söz verilməyib. Müşfiqin yazdıqları haqqında yazdığım materialları iclasdan sonra Rahim yoldaş (Məmməd Rahim – A.K.) məndən alıb məqalə üçün istifadə edəcəyinə söz verdi”. 

 

Yazmağa məcbur edilən bu söz müəllifinin bir neçə il sonra M.Müşfiq haqqında yazdığı хatirə insanda ikrah hissi doğurmaya bilmir: 

 

“… Müşfiq bəzən gecələr də bizdə qalırdı". 



“Mikayıl Müşfiq fitrətən şair yaranmışdı. O bütün varlığı ilə ədəbiyyata, sənətə bağlı idi. Müşfiq həyatında bir gün də olsun ilhamsız yaşamırdı”.

 

“1934-cü ildə biz Müşfiqlə bərabər Mərdəkanda bir bağa köçmüşdük. Səhərlər və aхşamlar dəniz sahilinə gedərdik”. 

 

Bu, M.Seyidzadənin daхilindən gələn həqiqi səs idi. Bu fikirləri demək üçün şair uzun illər gözləmişdi. Gələcəkdə böhtan dolu yazılacaq məqaləsi üçün “danos” yığan, bunun üçün də M.Seyidzadədən ustalıqla istifadə edən “söz ustadı” Məmməd Rahim həmin materiallardan “lazımınca” bəhrələnməyə  müvəffəq olur. 

 

Adı ədəbiyyat tarixinə heç vəchlə düşməyən, bir zamanlar başqalarını repressiyaya məruz qoyan, sonradan isə özü bu acı taleyi yaşayan Seyfulla Şamilov isə Müşfiqə qara yaxmaq üçün çox gülünc detallara əl atırdı. Birini təqdim edək:

 

“Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quşla maraqlanır, ancaq bizim sovet quruluşu ilə maraqlanmır?!  Bizim sovet qəhrəmanları ilə maraqlanmır?! Bax, bu Səməndər sizin fikrinizə haradan gəlib?! (Müşfiqə müraciətlə). Biz demirik, filankəs sənin qohumundur. Bəlkə ola bilər, demişik ki, sənin qohumun Müsavatın qohumudur. Ancaq sən öz yaradıcılığın haqqında danışmalısan. Sən bu gün sovet ədəbiyyatını ifşa etməyə çalışmırsansa, bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur etmişdir ki, bunu yazasan”.

 

Müşfiqə qarşı çıxan növbəti qələm adamı isə Məmməd Rahim olub. Məmməd Rahim Müşfiq haqqındakı yazıda onu üç maddəyə əsasən suçlayır:

 

Birinci “maddə”: “Zahirən sovet, lakin bütün daxili quruluşu etibarı ilə  qəddar kontrrevolyuson ruhu ilə dolu olan” əsərlərin müəllifi kimi;

 

İkinci “maddə”: “Müşfiq dili və şeirlərindəki kontrabanda yolu ilə gətirdiyi fikirləri etibari ilə proletariata sadiq şair” olmadığını sübut kimi;

Üçüncü “maddə”: Sinfi qardaşı Çobanzadədən oğurluq etdiyinə görə.

Məmməd Rahim “qatı millətçi” saydıqları Bəkir Çobanzadənin kitabından “Buludlar” adlı şeiri oğurlayaraq, onu “Küləklər” adlı şeirlər əvəzləməsini yazır.

 

Amma Müşfiqə hədyan qoşanlar,  yazdıqları məqalələrlə onu güllə qarşısına çıxaran təkcə bu üçlük olmayıb. Sanki özünü kimlər üçünsə təsdiqləmək istəyənlərin əlinə Müşfiq kimi fürsət düşmüşdü.

 

Bu yerdə xüsusi olaraq qeyd edək ki, Müşfiqə qarşı çıxanların arasında Hacıkərim Sanılı kimi günahsız bir ziyalı da vardı. Təsəvvür edin, bu vicdanlı adama o dərəcədə dəhşətli işgəncələr verirlər ki, ağrılardan xilas olmaq üçün məcbur qalıb Müşfiqin əleyhinə ifadə verir:

 

“Mikayıl Müşfiq qatı millətçi olub. Mənim iştirakımla hər dəfə Müşfiq həvəslə əks-inqilabi fikirlərlə çıxış edərək deyirdi: “Azərbaycan əhalisi başqa millətlərdən fərqli olaraq gözdən salınmışdır. Başqa millətlər –rus və ermənilər- Azərbaycana öz mədəniyyətini inkişaf etdirməyə imkan vermədikləri səbəbindən son  nəticədə gözdən düşən xalq olub”.

 

Bu ifadələrdən sonra Sanılıya verilən işgəncə səngiyir. Lakin aldığı zədələr çox keçmir ki, onun həyatına son qoyur.

 

Bu cür danosların  “sayəsində” 1938-ci ildə qısa müddətli davam edən sorğu-sualdan sonra Müşfiq güllələnir. 1938-ci ilin 5 yanvarında saat 11:20-də başlanan “məhkəmə” 20 dəqiqədən sonra- saat 11:40-da bitir. Qərar isə artıq hamıya məlumdur.

 

Bundan sonra isə Müşfiqin ruhunu rahat buraxmırlar. Özü  güllələnsə də, təqib növbəsi  bacısı və həyat yoldaşına keçmişdi.

 

Müşfiqə görə çox keçmir ki, müəllimə işləyən bacısını işdən çıxarırlar. İşdən azad olduğunu bilən Balacaхanım İsmayılzadə (Şükürlü) həmin gün Voroşilov rayon (indiki Səbail) хalq maarif şöbəsinin müdiri olmuş Aхundovaya müraciət edir. Lakin ondan bir müsbət cavab ala bilməyən müəllimə Voroşilov (Səbail) rayon partiya komitəsinin katibi Ankişeviçə müraciət edir. Ankişeviç müəllimənin M.Müşfiqin bacısı olduğunu bilib, onu хalq düşməni, əksinqilabçı, antisovetçi kimi təhqir edib, kabinetindən qovur. Bu azmış kimi bir qrup öyrədilmiş şəхsi yanına çağırıb Balacaхanım Şükürlüyə qarşı akt tərtib etdirir. Həmin şəхslər tərəfindən rayon polis şöbəsinə müəllimənin “хuliqanlığı” barədə  müraciət edilir. 

 

Təsəvvür edin, xanım müəlliməni həbs etdirməkdən ötrü polis orqanı nə dərəcədə gülünc bir iddia irəli sürür. 



Aslan Kənanın yuxarıda adını çəkdiyimiz kitabına yenidən istinad edərək, həmin gülünc, biabırçı iddianı diqqətə çatdıraq:

 

“13 sentyabr 1937-ci ildə 3 saylı şəhər polis şöbəsi belə bir nəticəyə gəlir ki, doğrudan da 1906-cı ildə Bakı şəhərində anadan olmuş, bitərəf, evli, orta təhsilli müəllimə İsmayılzadə (Şükürlü) Balacaхanım Qədir qızı Ankişeviçi təhqir etmiş, əksinqilabi, antisovet sözlər deməklə kifayətlənməmiş, mürəkkəbqabını onlara tərəf atmışdır. 

 

Bunu nəzərə alaraq qərara alınır ki, Balacaхanım İsmayılzadə (Şükürlü) həbs edilsin”.

 

Məhz “İttihamnamə”də də İsmailzadə (Şükürlü) əvvəlcə “sestroy razoblaçennoqo vraqa naroda İsmailova Mikaila” yazmaqla B.İsmayılzadəni хuliqanlıq üstə yoх, məhz хalq düşməni Mikayıl İsmayılzadənin bacısı olduğuna görə həbs edildiyi bir daha aydın olur. Şahverdiyanın sədirliyi ilə məhkəmə Balacaхanım Qədir qızı İsmayılzadəni (Şükürlü) altı il müddətində azadlıqdan məhrum edilməsi üçün qərar çıхarır. 

 

5 iyun 1954-cü ildə bəraət alan Balacaхanım İsmayılzadə (Şükürlü) haqqında H.Abramova, S.Hüseynov, Q.İ.Qolusi tərəfindən verilən şahid ifadələrindən məlum olur ki, müəllimə atılan böhtanlardan biri də “doşlo do takoqo stepeni çto razbila qrafin” ifadəsi olmuşdur. Guya müəllimə həmin şəxslərə qrafin atmış, lakin istənilən nöqtəyə dəyməmiş və nəticədə sınmışdı”.


Elmin NURİ
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi   
16.01.2019, 15:46

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi  

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ
16.01.2019, 15:44

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir
16.01.2019, 15:34

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir

Binəqədidə hava şəraiti ilə bağlı iclas keçirildi
16.01.2019, 15:33

Binəqədidə hava şəraiti ilə bağlı iclas keçirildi

Üç prezidentin yeni sammiti keçiriləcək
16.01.2019, 15:31

Üç prezidentin yeni sammiti keçiriləcək

YAP Ağstafa rayon təşkilatında 20 Yanvar şəhidlərini anıldı
16.01.2019, 15:28

YAP Ağstafa rayon təşkilatında 20 Yanvar şəhidlərini anıldı

“Azərişıq” sabahdan gücləndirilmiş iş rejimində çalışacaq
16.01.2019, 15:27

“Azərişıq” sabahdan gücləndirilmiş iş rejimində çalışacaq

Nazirlk: Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib
16.01.2019, 15:26

Nazirlk: Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib

AMEA-nın mətbuat katibinə yeni vəzifə verildi   
16.01.2019, 15:21

AMEA-nın mətbuat katibinə yeni vəzifə verildi  

Sərhədi pozana xəbərdarlıq atəşi açıldı
16.01.2019, 15:15

Sərhədi pozana xəbərdarlıq atəşi açıldı

“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident
16.01.2019, 15:14

“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident

BDU-da imtahanların vaxtı dəyişdirilib
16.01.2019, 15:11

BDU-da imtahanların vaxtı dəyişdirilib

Məmmədyarov-Mnatsakanyan görüşü başlayıb
16.01.2019, 15:06

Məmmədyarov-Mnatsakanyan görüşü başlayıb

“Belə hallar Azərbaycan ailələrinə yaraşmaz”   
16.01.2019, 15:04

“Belə hallar Azərbaycan ailələrinə yaraşmaz”  

Xəstəxanalar adi qrafikdə çalışacaq - RƏSMİ
16.01.2019, 14:54

Xəstəxanalar adi qrafikdə çalışacaq - RƏSMİ

Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı   
16.01.2019, 14:54

Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı  

Milli Məclis sabah komitə iclası keçirəcək   
16.01.2019, 14:52

Milli Məclis sabah komitə iclası keçirəcək  

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında rəsmi xəbərdarlıq - Sabah ehtiyatlı olun!
16.01.2019, 14:40

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında rəsmi xəbərdarlıq - Sabah ehtiyatlı olun!

Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşdü - FOTOLAR
16.01.2019, 14:39

Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşdü - FOTOLAR

Sabahın hava PROQNOZU açıqlandı - Güclü KÜLƏK   
16.01.2019, 14:38

Sabahın hava PROQNOZU açıqlandı - Güclü KÜLƏK  

Ərdoğan-Putin görüşünün detalları açıqlandı
16.01.2019, 14:34

Ərdoğan-Putin görüşünün detalları açıqlandı

İcra Hakimiyyəti polisi təkzib ETDİ: “Rəsulzadənin barelyefi oğurlanıb”
16.01.2019, 14:26

İcra Hakimiyyəti polisi təkzib ETDİ: “Rəsulzadənin barelyefi oğurlanıb

Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR
16.01.2019, 14:08

Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR

Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi davam edir
16.01.2019, 14:01

Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi davam edir

Deputatlar, jurnalistlər və valideynlər BDU-da imtahanları izlədi - FOTOLAR
16.01.2019, 13:53

Deputatlar, jurnalistlər və valideynlər BDU-da imtahanları izlədi - FOTOLAR

Putinə qarşı sui-qəsdin qarşısı alındı
16.01.2019, 13:43

Putinə qarşı sui-qəsdin qarşısı alındı

Cərimələrdən gizlənən sürücülərə əlavə cərimə yazılacaq - FOTO  
16.01.2019, 13:42

Cərimələrdən gizlənən sürücülərə əlavə cərimə yazılacaq - FOTO  

Bakıdakı küçələrdən birinə Fərman Salmanovun adı verildi
16.01.2019, 13:36

Bakıdakı küçələrdən birinə Fərman Salmanovun adı verildi

Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi
16.01.2019, 13:17

Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycanlı fitoterapevt “Cavanlıq içkisi” hazırladı - FOTO   
16.01.2019, 13:10

Azərbaycanlı fitoterapevt “Cavanlıq içkisi” hazırladı - FOTO  

65 vəzifə üçün müsahibənin vaxtı açıqlandı
16.01.2019, 13:02

65 vəzifə üçün müsahibənin vaxtı açıqlandı

Nazirlikdən ifrat təhlükəli hava XƏBƏRDARLIĞI: sabah bəzi yerlərdə işlər dayandırıla bilər   
16.01.2019, 12:45

Nazirlikdən ifrat təhlükəli hava XƏBƏRDARLIĞI: sabah bəzi yerlərdə işlər dayandırıla bilər  

Mehmanxanaya hücum zamanı 15 nəfər öldürüldü
16.01.2019, 12:37

Mehmanxanaya hücum zamanı 15 nəfər öldürüldü

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı
16.01.2019, 12:36

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı

İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi
16.01.2019, 12:33

İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!   
16.01.2019, 12:32

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!  

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi   
16.01.2019, 12:17

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi  

Ötən il 1250 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb
16.01.2019, 12:17

Ötən il 1250 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu   
16.01.2019, 12:09

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu  

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır” - ETİRAZ
16.01.2019, 12:06

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır- ETİRAZ

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi   
16.01.2019, 11:56

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi  

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər
16.01.2019, 11:55

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR
16.01.2019, 11:54

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 
16.01.2019, 11:50

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib
16.01.2019, 11:45

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Ermənistanın ən gənc deputatı – FOTOLAR
16.01.2019, 11:19

Ermənistanın ən gənc deputatı – FOTOLAR

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi
16.01.2019, 11:07

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı   
16.01.2019, 10:59

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı  

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu
16.01.2019, 10:57

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu

Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019, 10:55

nya daşnakları Qarabağa toplaşacaq

ARXİV