Modern.az

Cəbrayılın sabiq icra başçısı vəfat etdi  

Cəbrayılın sabiq icra başçısı vəfat etdi   

7 Yanvar 2019, 09:21

Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev bu gün – yanvarın 7-də səhər saatlarında dünyasını dəyişib.

Bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər. Mərhum bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək.


Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.


O, uzun müddət Cəbrayıl rayonunda müxtəlif vəzifələrdə çalışıb.  18 dekabr 2000-ci ildən 3 mart 2016-cı ilə kimi Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Mahmud Quliyev son vaxtlar böyrək xəstəliyindən əziyyət çəkirdi...

Allah rəhmət eləsin...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi