Modern.az

Türkiyəli rəssam Xocalıya aid əsərləri İtaliyadakı beynəlxalq sərgiyə çıxaracaq

Türkiyəli rəssam Xocalıya aid əsərləri İtaliyadakı beynəlxalq sərgiyə çıxaracaq

Mədəni̇yyət

22 Noyabr 2011, 17:25

Hər il dekabrın birinci ongünlüyü dünyada “Tolerantlıq ongünlüyü” kimi qeyd olunur. Bununla bağlı dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçirilir. Bu il ilk dəfə olaraq İtaliyanın Florensiya şəhərində “Tolerantlıq ongünlüyü”n’ aid sərgi keçiriləcək. Sərgidə dünyanın 500-dən çox rəssamın əl işləri, rəsm əsərləri nümayiş etdiriləcək. 

Dekabrın 1-2-də tədbirə hazırlıq gedəcək, dekabrın 3-dən 11-dək sərgi keçiriləcək. Sərgidə Türkiyənin tanınmış rəssamı Funda Tuncel də iştrak edəcək. Sərgidə  Funda Tuncelin  üç əsəri nümayiş olunacaq. Sərgidə 500-dən çox rəssamın iştirakı nəzərdə tutulub ki, onların hər birinə cəmi 9 kvadrat yer ayrılacaq.

Türkiyənin tanınmış rəssamı Funda Tuncel Xocalı soyqırımı ilə bağlı əsərlərini  nümayiş etdirəcək. Funda Tuncel 9 kvadrat yerdə Xocalı ilə bağlı üç əsəri yerləşdirəcək. Onun birinci əsəri “Qarabağ torpağı üşüyürmü?”, ikincisi, “Şuşalı quşlar, körpəm haradadır?”, üçüncüsü isə “Zeynəbdir mənim adım, Xocalıda doğulmuşam” adlanır.
Rəssamlar sərgiyə  çıxarılacaq əsərlərində ancaq tolerantlığa aid olan rənglərdən istifadə edə bilərlər, yəni isti rənglərdən istifadə etməlidirlərr, soyuq rənglərdən yox.

Bu barədə məlumatı Modern.az saytına həmin sərgiyə dəvət alan millət vəkili Məlahət İbrahimqızı verib.



M
odern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür